PDF Oxu

Köşə

  • 1 505

ƏLİ KƏRİMLİNİN "FACEBOOK" QORXUSU

ƏLİ KƏRİMLİNİN "FACEBOOK" QORXUSU

Bu gün Azərbaycanda internet resurslarından istifadə azaddır və bu amil həm də bir aksiomadır. Yəni istər facebook, istər twitter, istərsə də digər sosial şəbəkələrdə on minlərlə istifadəçilərimiz mövcuddur. Ancaq gəlin görək, həmin istifadəçilərin hər birini normal, insani dəyərlərdən uzaq olmayan tərbiyəvi əhəmiyyətdən, cəmiyyətə mənfi təsir etməyən statuslar yazır, qruplar yaradır, fikirlər bölüşdürürlərmi? Təəssüf ki, bu, belə deyil. Çünki bir çox hallarda ifrat təhqirlər və xalqımızın milli-mənəvi dəyərlərinə aid olmayan statuslara da rast gəlinir. Bu acınacaqlı faktor isə, təbii ki, gələcək nəsillərə ötürülmə təhlükəsini yaşadır. Bəs bunun baş verməməsi üçün nə etmək, hansı tədbirləri görmək olar?

Məsələn, hələ bir müddət öncə, YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun mətbuata açıqladığı fikirlərindən də aydın şəkildə görünür ki, hazırda sosial şəbəkələrdə azadlıqdan sui-istifadə hallarına rast gəlinir və sosial şəbəkələrdə insanların şəxsiyyətini təhqir edənlər də tapılır: "Hesab edirəm ki, bu məsələlərə nəzarət olunmalıdır. Söhbət kimin hansı fikri yazmağından, kimin fikrini necə ifadə etməsindən getmir. Söhbət ondan gedir ki, insanların şərəf və ləyaqətini aşağılayan, onlara etikadan kənar sözlər yazan insanlar bir məsuliyyət hiss etməlidir... Ona görə də, hesab edirəm ki, sosial şəbəkələrə nəzarət olunmalıdır".

Əslində, çox haqlı və düşündürücü təklifdir. Çünki unutmaq lazım deyil ki, sosial şəbəkələrdə yazılan təhqirlər hətta bəzi hallarda qanlı cinayətlərə qədər gedib çıxır. Lakin daha bir məqam ondan ibarətdir ki, sosial şəbəkələr bəzi mənfəətpərəst siyasi fərdlərin də oyuncağına çevrilib. Məsələn, dağıdıcı müxalifətdə "liderlik" edən tərəflər bir-birlərini əllərinə aldıqları və həyatlarını zəhərlədikləri gənclər vasitəsilə söyür, təhqir edirlər. Sonra da adını qoyurlar "demokratik və azad fikrin təzahürü" (?!-R.H.). Məgər siyasi məqsədlərini reallaşdırmaqdan ötrü söyüş söymək, həmin söyüşləri sosial şəbəkələrdə paylaşmaq nə zamandan demokratiya, söz azadlığı olub? Qeyd edək ki, dünyanın bir çox inkişaf etmiş ölkələrində sosial şəbəkələrə nəzarət təcrübəsi mövcuddur. Məsələn, bir neçə il öncə London hadisələrinin nəticəsində əsas kimi sosial şəbəkələr götürülmüşdü. Britaniya hakimiyyəti dərhal facebook və digər şəbəkələrin nəzarətə götürülməsi haqqında qərar qəbul etdi. Ancaq nədənsə, həmin ərəfələrdə Britaniya hakimiyyətinə gözün üstündə qaşın var deyən tapılmadı ki, bu da ayrı və bəlli məsələdir.

Həmçinin, bütün bunları demokratiyanın tələblərinə zidd addım hesab etmək olmaz. Çünki digərlərinin şərəf və ləyaqətinə hörmətsizlik, ümumiyyətlə, edilməməlidir. Ancaq Siyavuş müəllimin vaxtilə səsləndirdiyi haqlı fikirləri bu gün də AXCP sədri Əli Kərimlini vəlvələyə salıb. Onun emissarları Avropa təşkilatları qarşısında internatin azad olmaması haqqında nağıllar danışırlar. Digər tərəfdən, "cəbhə" sədri çıxıb mətbuata və bar-bar bağırmağa başlayıb ki, qoymayın, Azərbaycanda söz və fikir azadlığı pozulur. Demək, Ə.Kərimlinin dar düşüncəsinə görə, əgər o sosial şəbəkələrdə işlətdiyi gənclər vasitəsilə Müsavat başqanına söyüşlər yağıdırırsa, İsa Qəmbər də ona adekvat cavablar ünvanlayırsa, bu, "demokratiya və söz azadlığıdır", yox, əgər bütün bu kimi rəzilliklərin qarşısı alınırsa, bu, qeyri-demokratiya və söz azadlığının pozulmasıdır? Çox məntiqsiz və dayaz fikirdir! Ona görə də durub bar-bar banlayır ki, guya "facebook" YAP-çılar üçün qorxulu kabusa çevrilib" (?!-R.). Şəxsən mən YAP-çıyam və "facebook" mənim üçün heç bir qorxulu kabusa-filana çevrilməyib. Eləcə də, digər yeni azərbaycançılar sosial şəbəkələrdə əlikimilərin cavablarını lazımi qaydada verməklə, onu yerində otuzdururlar. Əslində, qorxulu kabus məhz Ə.Kərimli üçündür. Əgər qanunvericilikdə sosial şəbəkələrə nəzarət müəyyən edilərsə, onda Ə.Kərimlinin də dili qısalacaq və İ.Qəmbərə yeni-yeni söyüşlər yazdıra bilməyəcək. Yeri gəlmişkən, Müsavat başqanı İ.Qəmbər də YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzova bu kimi əhəmiyyətli təklifə görə minnətdar olmalıdır.

Digər xəbərlər