PDF Oxu

Köşə

  • 1 303

Sükutu Alekslə pozanlar

Sükutu Alekslə pozanlar

Müxalifətin fəaliyyətsizliyi göz qabağındadır, indi heç bir siyasi partiya rəhbəri aqressiv bəyanatlar səsləndirmir və ya onların aqressiv davranmalarına xarici havadarları tərəfindən hələ ki, "dobro" verilməyib. Nə AXCP-də, nə də Müsavatda gündəmdə olan ciddi bir mövzu yoxdur. 2014-cü ilin birinci rübündə Müsavat partiyası qurultay çağırışları ilə "baş dolandırdığı" kimi, indi də AXCP "partiyanın" 25 illiyi ilə bağlı məsələni gündəmə gətirməklə özlərini bir neçə günlük də olsa gündəmdə saxlamağa çalışacaqlar.

Lakin hər iki partiya rəhbərinin oxşar qərarları da var. Məsələn, İsa Qəmbər "Yeni Müsavat", Əli Kərimli isə "Azadlıq" qəzetinə göstəriş verib ki, daha çox xarici siyasətçilərdən müsahibələr alıb, müzakirəyə çevirsinlər. Şübhəsiz ki, bunu özü-özlüyündə bir siyasi taktika kimi qiymətləndirən hər iki partiya vaxt itkisindən başqa heç nəyə nail olmur.

ABŞ-ın Milli Demokratiya İnstitutunun (MDİ) Bakı ofisinin keçmiş rəhbəri Aleks Qriqoryevs "Turan" agentliyinə müsahibə verib. Müsahibədə olduqca diqqətçəkən məqamlar, ən əsası isə, azərbaycanlı jurnalistin qərəzli sualları açıq şəkildə özünü büruzə verir. Bir növ əcnəbinin boynuna qoymağa çalışırlar ki, guya Azərbaycan hakimiyyəti Aleksə nifrət edir, əlində topu olsa onu vurub gəbərdər və sairə. SİTAT: "Azərbaycan hakimiyyətinin şəxsən sizə qarşı münasibətini necə qiymətləndirirsiniz? Sizi Mərkəzi Kəşfiyyat İdarəsinin casusu və Azərbaycanın düşməni adlandırırdılar. Bununla bağlı nə deyəcəksiniz? SİTATIN SONU.

Heç görəsən, Aleks Qriqoryevs Azərbaycanda kiminsə, xüsusilə də iqtidarın yadına düşürmü? Ümumiyyətlə, Azərbaycanda işini bitirib öz ölkəsinə dönən bir şəxsdən provokativ müsahibə götürmək nəyə xidmət edir? Və ya Aleks Azərbaycanda olanda niyə iqtidarı tənqdi etmirdi?

Bunu hər kəs bilir ki, "Turan" İnformasiya Agentliyi, "Azadlıq" qəzeti və "Meydan TV" eyni mənbədən maliyyələşir. Ardıcıl olaraq hər üç media qurumunda keçmiş səfirlərdən müsahibələr alınır. Lakin bu diplomatlar hansılardır? Yadınızdadırsa, Azərbaycanda villaya, biznesə, var-dövlətə sahib olmaq istəyən səfirlər və xarici nümayəndəliklərin üzvləri var idi. Onlar ümid edirdilər ki, iqtidar bunlardan qorxacaq və bunlara hər şeyi bəxşiş edəcək. Ancaq belə olmadı. Həmin şəxslər burda səslərini çıxara bilmədilər, öz ölkələrinə qayıdandan sonra isə danışmağa başladılar, iqtidarı tənqid etməyə cəhd etdilər. Bir növ bütün bunlar planın tərkib hissəsidir.

Samir

P.S. Metyu Brayza o diplomatlardandır ki, müxalifət illərdir ki, ondan müsahibə almaq istəyir, ancaq ala bilmir. İllərdir ki, onu provokativ sualllarla Azərbaycana iqtidarının əleyhinə qaldırmağa çalışsalar da nail olmayıblar. Bir az da cəhd edin. Leyla Yunus və Metyu Brayza əhvalatı dərs oldu. Brayza, dönən üzünə elə Leylanın özü qurban.

Digər xəbərlər