Əyri oturub düz danışanda az qalırsan ki, "xalq düşməni" kimi topa-tüfəngə tuşlanıb bütün bədheybət adları ayama kimi düz alnının ortasına yapışdırırlar. Burda danışmaq olmur ki... Amma qıraqda oturub, biznesini yürüdüb və keyfin gələndə də Azərbaycandakı siyasi proseslərə "münasibət sərgiləyib" özünü "eleqant" kimi təqdim etmək ən biabırçı təbliğat üsuludur ki, Rəsul Quliyev eyni dəsti-xəttlə həyata keçirir.
Diqqət edək. Amerikadan bura dilini o qədər uzadır ki, burda hara gəldi girir. Bir də görürsən ki, R.Quliyev 100 il bundan öncəki hadisəini gündəmə gətirir, günahını da iqtidarın üstünə atır. Ya da ki, hansısa qədim Azərbaycan qalasının tarixindən danışır və yaxud hər hansı bir müğənninin həyatını "təfsir" eləyir. Siyasətiçi üçün bundan rüsvayçı nə ola bilər ki?..
Onun Azərbaycan tarixinin fenomenal şəxsiyyətlərindən olan, ümumiyyətlə, dünya tarixinin beş dövlət xadimindən biri kimi tarixə düşən Şah İsmayıl Xətai haqqında dedikləri bir daha təsdiq etdi ki, R.Quliyev bekar adamdır, oturub kitablar oxuyur və kitabı da qurtaran kimi ağzına gələni püskürür. Təbii ki, qurbağa və göl məsələsini əsas tutub onun Ş.İ.Xətai haqqında dediklərinə münasibət bildirmək istəmirəm. Onsuz da Ş.İ.Xətayiyə tarix də, xalqımız da, dünya da, tarixçilər də öz dəyərli qiymətini verib və hələ yüz illər boyu onun irsi, vahid Azərbaycan dövlətinin qurulması istiqamətində atdığı əvəzolunmaz addımlar tədqiq olunacaq, araşdırılacaq. Amma bir şeyə də əmin oldum ki, Rəsulun qanından olan insanların cəmini bir yerə yığsan, Xətainin tökdüyü bir qətrə qan qədər də dəyərli deyil. Ayıbdır, elə şəxsiyyət haqqında söz de ki, mənəvi haqqın olsun və ya o səviyyədə bir ol. Sən ki, yerin dibinə girmisən.
ADP sədri Sərdar Cəlaloğlu R.Quliyevə tutarlı cavab veib. Amma hər nə xəstəlikdirsə, bu şineldən çıxan bütün şəxslər hər şeydən yazır, görür. Hər nədirsə, S.Cəlaloğlu İŞİD-lə bağlı, Quranın şərhi ilə bağlı hansısa faktı ortaya qoymaq qədər cəsarətli addım atacağını da deyib. Amma Sərdar bəy, mürtəd, bədnam və əxlaqlarını "ora"larında gizlədən vəhhabilərdən düzəmlənən İŞİD haqqında araşdırma aparmaq beləmi çətindir ki, Qurana üz tutursan? Quranla lənətlənən bu şəxslərin kim olduğunu, kimə və nəyə xidmət etdiklərini bilmirsənmi? Məncə, vaxt aparmağa dəyməz.
Bax, dilində "qardaş" deyən, əməlində isə belimizdə bardaş qurub-oturan Türkiyə terrorçulara dəstək verirsə, heç araşdırmaya da ehtiyac yoxdur. Dünya tarixinin bir faktı da var ki, Türkiyə tarix boyu əksər müharibələrdə məğlub olub, bir-iki istisna var. Yaxın tarixi götürsək, dünya müharibələrində Türkiyənin məğlubiyyəti sübut elədi ki, bu dövlətin "ora"sında başqasının barmağı var və heç vaxt da düzgün mövqe tuta bilməyib. Türkiyənin bugünkü durumuna baxın, adam utanır. Nə olsun ki, Ərdoğan bu hissdən uzaqdır.
Samir