Dünya qarışqa yuvası kimi qaynayır. El-oba sözü olmasın, "it yiyəsini tanımır." Bilmək olmur kimin əli kimin cibindədir. Qulağımızın dibində Rusiya slavyan qardaşları ilə qanlı münaqişədə olsa da, Vladimir Putin Qərbi yeni SSRİ ilə hədələyir, Suriyada minlərlə insanın qanına bais olan Bəşər Əsəd seçki məntəqəsi cəhənnəmə, heç güllə yağışı altında bir addım atmağın belə mümkün olmadığı ölkədə özünü yenə də prezident elan etdi.
O birisi yandan da Yaxın Şərqdə daha bir "müsəlman ovuna" start verilib. Özlərini İŞID elan etmiş terror qruplaşması Mosuldakı Türkiyə konsulluğuna hücum edib, diplomatları və türk vətəndaşlarını girov götürdükdən sonra, bu qaniçənlər yüzlərlə uşağı və qadını "Allahu Əkbər" sədaları altında qanına qəltan edir, dünya isə ağzına su alıb susur.
Fikir verin, təxminən 1000 nəfərlik qruplaşma bir gecənin içində bütün İraqı əsarətə alıb. Göydəki quşların belə icazəsiz uçmadıqları İraqda, bu terrorçular kimin siyasi, iqtisadi, hərbi dəstəyi ilə belə qaniçənlik edirlər? Hə, bax bu, başqa məsələdir. Bilirsiniz kimin sayəsində? Müsəlmanları bir-birinə qırdırıb onlara milyonlarla dollar silah satan, elə bu silahlarla da onları bir-birinin üstünə fitvalayan Qərb maqnatlarının. Həmin bu İŞID terrorçularının əllərinə silah verib, yoldan keçən hər kəsi vəhşicəsinə qırdıran, sonra da onlara öldürdükləri müsəlmanlara görə "Allahu Əkbər" dedirdən xristian milyonçuların əsl bayramıdır indiki zamanlar. Özü də ən dəhşətlisi odur ki, İŞID sıralarında "müsəlmançılıq" eşiqnə düşənlərin arasında... Aralarında boğazından erməni xaçı asan "yeni müsəlmanlar" da var. Bu günlərdə İraqdakı tükmən saytlarının birində girov götürülən İŞID üzvlərindən birinin erməni olduğu, boğazından erməni xaçı asıldığı nümayiş olundu. Hər şey gün kimi ortadadır!
Əgər qabaqlar xristian dünyası "Ərəb baharı" adı altında feodal ərəb diktatorlarının idarə etdikləri dövlətləri bir-birinə qarışdırırdılarsa, indi vəziyyət tamam başqadır. Çünki artıq o dövlətlərdən əsər-əlamət belə qalmayıb. İndi Şərqdə müsəlmanlar tayfa və sülalə şəklində bir-birləri ilə savaşırlar. Özü də Qərbdəki silah mafiyasından, senator biznesmenlərdən milyonlarla dollar müqabilində aldıqları silah-sursatla bir-birlərini qırıb çatırlar. "Allahu-Əkbər" sədası altında.
Fikir verirsinizmi? "Allahu Əkbər" sədaları altında terror qrupları yaradılır, islama qarşı əsl nifrət formalaşdırılır. Bu, əsl antiislam siyasətidir. Ən acınacaqlısı odur ki, bir çox adını müsəlman qoyan bisavadlar da bu xristian siyasətinin "əvəzolunmaz" alətləridirlər.
Birisi öz müsəlman qardaşını ödürür, günahsız insanlara- uşaqlara, qadınlara, qocalara divan tutur, sonra da "Allahu Əkbər" deyib "qələbəsini" qeyd edir. Bəyəm bu, müsəlmançılıqdır? Yox, qətiyyən yox. İslam elm, mədəniyyət, insanlıq, sivilizasiya dinidir. Bütün dünyaya əsl insanlığı, humanizmi təbliğ edən bir dindir. Bunlar isə islamı dünyay əsl vəhşi din kimi təbliğ etməyə çalışırlar.
Hə, islamı bu formada dünyaya təqdim etmək heç vaxt Avropadakıların yuxusna belə girmir. Bu, başqa məsələ. Niyə? Çünki o zaman bütün avropalılar, kişinin kişi ilə evlənməsinin nə qədər böyük günah və dəhşətli faciə olduğunu anlayıb bu fəlakətə qanuni don geyindirən xristian aləmini tərk edib islama üz tutacaqlar. Necə ki, hətta "islamofobiya"nın at oynatdığı indiki vaxtlarda belə Avropada insanlar sürətlə islama üz tuturlar. Bu məsələnin mənəvi tərəfi.
İndi keçək İŞİD-i hərəkətə keçirib müsəlmanları daxilən çökdürməyə çalışan Qərb siyasətçilərinin planlarına. Məlumdur ki, hələ neçə-neçə əsrlər əvvəl islamı parçalamaq üçün, islamı bir neçə təriqətə bölmək üçün katolik keşişləri və İngiltərə xüsusi xidmət orqanlarının əli ilə böyük əməliyyatlar keçirilib. İslam dininin, humanist ideyalarının, müqəddəs Qurani-Kərimdə yer alan ali dəyərlərin Avropada diqqətlə və rəğbətlə qarşılanması, xristian dünyasını, xüsusi ilə Qərbin xüsusi xidmət orqanlarını əməllicə təşvişə salmışdı. Onlar əmin idilər ki, bu proses onunla nəticələnəcək ki, bütünlükdə Avropada islama böyük axın baş verəcək. Onlar bu məsələdə haqlı idilər. Həmin axın indi bütünlükdə Avropanı bürüyüb gedir. Avropa gəncləri mənəvi depressiyadan qurtulmaq, mənəvi dəyərlərə sahib olmaq üçün islama axın edirlər. Belə olmasaydı, bütün Avropada "islamofobiya" deyilən kapmaniya dünyanı başına alıb getməzdi. Demək ki, Qərb üçün həyəcan siqnalı başlayıb. Ona görə də islamı vəhşi obrazında dünyaya göstərməklə, ilk növbədə xrsitianların islama sürətli keçidini əngəlləmək, Avropada antiislam təbliğatı aparmaqla insanlarda islam əleyhinə qüsurlu fikir formalaşdırmağa çalışırlar. Ən əsası isə onlar daha qorxulu varianta əl atıblar- müsəlmanları neçə əsrlər bundan əvvəl olduğu kimi, yenə daxildən məhv edib ən azı bir neçə yüz illik müddətdə zəiflətmək. Deyəsən, budəfəki müsəlman ovu "xaş yürüşlərindən" də acınacaqlı olacaq...