"20 Yanvar" metrosunun yaxınlığında kafe var. Elə ki, saat 19:00 oldu, müxalifətçilər kafeyə doluşur. Xüsusilə də, sabiqlər. Ayaqlarını ayaqlarının üstünə qoyub, "Sobranie"dən piləyib rəməlvari müzakirəyə başlayırlar. Dünən bu sabiqlərin istəmədən qulaq şahidi oldum.
- Az qalıb, uje Putin bizi sıxacaq. Görək Gömrük İttifaqı nə olacaq. Amma az qalıb, İŞİD də bura gəlir.
- Nəsə çox çətin durumdayıq, İŞİD ağına-bozuna baxmayacaq, qıracaq iqtidarı.
Özünüz qiymət verin. Birincisi, terrorçu, Allahın düşməni olan İŞİD-i burda arzulayırlar. İkincisi, elə bilirlər ki, Putin artıq Azərbaycanda inqilab edir. Bu qədər xəstə təfəkkür və düşüncə sahiblərini ancaq müxalifətdə tapmaq olar. O biri müxalifətçi də deyir ki, İngiltərədən buna zəng vurub onu politoloq kimi ora dəvət ediblər, guya bunun məqaləsini oxuyub dəhşətə gəliblər. Cəmi on dəqiqə içində bunların dilindən on beş min "ideya", "yol" və "məsləhət" eşitdim. O vəziyyətə düşdüm ki, çayın pulunu verəndə iki manat əvəzinə iyirmi manat verib qorxu hissimi öldürmək istəyirdim. Adam elə zənn edir ki, əgər bir balaca çaşsan, bütün peyğəmbərlər də yığışsalar səni qurtara bilməzlər.
Sonra söhbətləri Müsavatın qurultayından düşdü. İsa Qəmbərin adı çəkiləndə müxalifətçilərin tükləri biz-biz dururdu. Zalım oğlu bunlara nə edib ki? Depozolmu vurdurub, mıxatrınmi atdırıb, bilmək olmur. Amma adı gələndə müsavatçılar elə bilirlər ki, İsa zühur eləyib (əstəğfürullah). Söhbəti fırlatdılar, axırda belə qərara gəldilər ki, qurultay 2015-ci ildə parlament seçkilərindən sonra keçirilsə, daha yaxşı olar. İnanın ki, Müsavatın qərargahında da çayxana müzakirəsi həmişə qalib gəlir, onlar üçün çayxanada qəbul olunan qərarlar BMT Baş Məclisinin qərarları qədər önəmlidir.
Sən demə, Leyla Yunus 2015-ci ildə ölkəmizdə keçiriləcək Olimpiya Oyunlarını boykot etmək istəyir. Bu münasibətlə də, Sülh və Demokratiya İnsatitutunda kampaniya keçirəcək. Bu qadının xəyanətləri göz qabağındadır, açıq-aşkar deyir ki, mən Azərbaycanın əleyhinə nə lazımdırsa, edəcəm. İqtidarın demir ha, Azərbaycanın əleyhinə deyir. Digər tərəfdən də, anasının erməni olduğunu və QHT-sinin də ermənilərdən pul aldığını təsdiqləyir. O faktı da təsdiq edir ki, 90-cı illərin əvvəllərində Müdafiə Nazirliyində işləyəndə Azərbaycanın döyüş xəritələrini ermənilərə ötürüb, onlara casusluq edib. İndi əgər bu adamın çirkin niyyətlərinin qarşısı alınırsa, biz anti-demokratikmi oluruq? Və ya dünyanın diqqətinin Azərbaycana yönəldəcək bir yarışı boykot etmək nə demək? Əgər öz çirkinliyimiz olsa idi, dünyanın ən sanballı tədbirlərini ölkəmizdə keçirməyə izn verərdikmi?
P.S. Bu qadını Fransua Olland "edəcək". Yəni məmur edəcək, amma Fransada.