PDF Oxu

Köşə

  • 1 569

Dünyanın təyyarə şoku

Dünyanın təyyarə şoku

Bunun üçün uzunqulaq olmaq lazım deyil. Bir neçə gündür ki, dünyanın müxtəlif ölkələrində sərnişin təyyarələri qəzaya uğrayır. Təbii ki, bu, təsadüfi deyil və müəyyən ssenarinin tərkib hissəsidir. Fikir vermisinizsə, baş verən təyyarə qəzası özündən əvvəlki təyyarə qəzasından daha böyük itkilərə səbəb olur. Dünən əlli biri bu gün yüz on altı oldu. Kim deyə bilər ki, bu, hansısa bir dövlətin, təşkilatın başqa bir dövlətdən, eləcə də dünya birliyindən istədiyini almaq üçün atdığı təhdidedici addım deyil? Mən buna əminəm ki, belədir. Polşa prezidentinin ölümündən sonra təyyarə qəzası ilə sui-qəsd törətmək bir adət halını aldı. Əhsən, Rusiya! Gərək dünya bu adamlara istədiklərini versin, əks halda dünyanın istənilən marşrutunda növbəti təyyarə qəzasını törədə biləcək qədər güclü və prinsipialdırlar.

Elə 116 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzası haqqında "Space" TV-də sujetə baxırdım. ATV-yə çevirər-çevirməz, Zaqatalada dəhşətli zəlzələnin baş verdiyi haqqında xəbər eşitdim. Açığı, bu tip aparıcılar, səriştəsiz ictimai şəxslər, jurnalistikanı kişilikdən məhrum edən bu tip qadınları heç vaxt ciddiyə almamışam. Bu tip qadınalara görə, Azərbaycanın yüzlərlə söz əjdahaları jurnalistikanı tərk ediblər, onlarla bərabər eyni peşəni paylaşmağı özlərinə sığışdırmayıblar. Jurnalsitikada rütbə yoxdur axı. Elə pis, ya da yaxşı, hamısına jurnalist deyilir. At Mətanət ATV biabırçılığını o həddə çatdırdı ki, efir məkanımız kollektiv porno videolardan və yüngül, düşük arvad yığınından başqa heç nəyi xatırlatmır.

Guya Fələstinə görə acıyırlarmış, ürəkləri ağrıyırmış. Ənənəvi bəyanatlar, mənasız çıxışlar, "sülh və əmin-amanlğı qorumalıyıq" çağırışları göz yaşları içərəsində insanda dərin bir gülüş yaradır. ABŞ, İngiltərə və Fransanı başa düşdüm, bu ölkələrdən mərhəmət ummaq, eşşəkdən adam olmağı tələb etmək qədər çətin və müşküldür. Bəs ərəb ölkələrinə nə olub? Məsuliyyətsiz, savadsız, mərifətsiz və vandal ərəb cəmiyyətinin orasına nə dürtülüb ki, səsi çıxmır? Heç çıxa da bilməz. Əgər bir cəmiyyətdə heç kim işləmirsə, yalnız əcnəbilər işləyirsə, yerli əhali dövlətdən aylıq pul alıb keyf eləyirsə, əsl vəhişilik də, əxlaqsızlıq da, qırılmağa layiq olanı da budur. İngilisin arvadı olmaqdan pis bir şeymi var, ey ərəb dövlətləri?

Digər xəbərlər