PDF Oxu

Köşə

  • 1 685

DARISI OLMAYANLARIN BAŞINA!

DARISI OLMAYANLARIN BAŞINA!

Budur, artıq mətbuatımızın 139 ilini də başa vurduq. Son 10 il ərzindədə uğurlu yol gedən mətbuatımızın ötən ili daha yaddaqalan oldu. Belə ki, nənəhg jurnalistlər ordusundan nə az-nə çox, düz 156 ailə dövlətimizin diqqət və qayğısı nəticəsində, xüsusilə, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə şəxsi mənzillə təmin olundu. Bu, həm də dünyada analoqu olmayan bir nəhəng layihənin başlanğıcıdır desək, yanılmarıq. Yənin nəniki MDB məkanında, eləcə də dünyanın heç bir dövlətində olmayan bir ilk, məhz Azərbaycanda reallaşdı. Əlbəttə ki, bütün bunların arxasında ölkəmizin gücü, qüdrəti və insan amilinə verilən yüksək qiymət faktoru dayanıb. Bu faktordan məhz qələm sahiblərinin də yararlanması isə təbii ki, çox önəmli hadisəsir. Və mən burada özlərini jurnalist adlandırıb, tamamilə başqa peşənin qulpundan yapışanları həmin cərgəyə qatmaq istəməzdim.

UNUTMAQ LAZIM DEYİL Kİ...

Hələ bir neçə il öncə, sözügedən mövzu gündəmə gələrkən, bəzi ağzıgöyçəklər, xüsusilə də müxalifət mətbuatında oturub hakimiyyətə qarşı şər-böhtan səsləndirən vuranlar bu gün nədənsə susurlar. Niyəsi isə budur ki, dövlətimiz, ölkə rəhbərliyimiz böyüklük göstərib və siyasi mənsubiyyətindən asılı olmayaraq, iqtidarlı-müxalifətli jurnalistləri bir damın altında ev-mülk sahibi etdi. Necə deyərlər, darısı olmayanların başına! Amma unutmaq da lazım deyil ki, bu kimi əhəmiyyətli amili "jurnalistlərə verilən rüşvət" kimi qiymətləndirənlərin çalışdıqları qəzetlərin qələm sahibləri də yeni binadan təmir olunmuş mənzillərlə təmin olundular. Nəticədə kimin kim olduğu bir daha öz təsdiqini tapdı. Yəni dövlətin yürütdüyü siyasəti aşırı şəkildə tənqid edənlər dövlətin qanadı altında sığındılar. Bax, böyüklük də budur ki, dövlət siyasi mənsubiyyəti deyil, insanlıq amilini, ön gör və bundan sonra da görəcək.

NÖVBƏTİ SEVİNCİ 255 JURNALİST AİLƏSİ YAŞAYACAQ

Yuxarıda qeyd olunduğu kimi, ilk binanın açılışını edən Cənab Prezident 2015-ci ildə daha bir möhtəşəm binanın açılışını edəcək. Lakin bu dəfə mənzillərin sayı daha çox - düz 255-na qədər olacaq. Bu isə yaxın iki ildə tikiləcək binada 255 jurnalist ailəsinin fərdi mənzillə təmin olunması deməkdir. Ona görə də həmkarlarına xoş olsa da, qısqananların nəzərinə, heç də pessimistliyə qapanmağa dəyməz. Necə deyərlər, mənzillərlə təmin olunan həmkarlarımızın sevincini mənzil gözləyənlər də yaşasınlar...

Digər xəbərlər