PDF Oxu

Köşə

  • 1 521

ABŞ-dan "din dərsi"

ABŞ-dan "din dərsi"

ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerri dünya ölkələrindəki dini dözümlülük, tolerantlıq barədə hesabat xarakterli çıxış etdi. Şair Hüseyn Arif demişkən, "Oğru oğurluğu lənətə basıb". Qırğızıstan, Özbəkistan, Türkmənistanla bağlı açıqlamalardan da görünür ki, C.Kerri əlinə verilən şeyi (türkün məsəli) oxumaqla məşğuldur. Azərbaycanla bağlı çıxış lap bədnam oldu, guya ölkəmizdə din sahəsində vəziyyət yaxşı deyilmiş. Paho, görəsən hansı əsasla ABŞ belə bir iddia ilə çıış edir? Ancaq diqqətimi çəkən bir məqam oldu. Dövlət katibi deyir ki, "Azərbaycanda dini təşkilatların qeydiyyatı ilə bağlı problemlər var". Məgər biz hər dini təşkilatı qeydiyyatamı almalıyıq? Təbii ki, bu, ABŞ-ın siyasətinə cavab verir. Məsələn, iyrənc və terrorçu İŞİD dövlətini ABŞ yaratdı, İngiltərə də maliyyələşdirir. Vaxt var idi İŞİD-i yaradacaq dini təşkilatın qeydiyyatı üçün ABŞ dəridən-qabıqdan çıxırdı. Bu da nəticə. Dünyada o qədər radikal dini cərəyanlar var ki, biz onların yaratdıqları qurumları ölkəmizdə qeydiyyata alsaq, uduzmarıqmı? Yoxsa daha ölkəmizdə radikal meyillər yaratmağa gücünüz çatmır deyə, indi də açıq şəkildə bəyanat verirsiz!?

Dünya ölkələrində dini təfriqələr, radikal şərait və dini zəmində münaqişələr yaratmaq üçün ABŞ-da 10-a yaxın xüsusi xidmət orqanı, institutlar fəaliyyət göstərir. Bu qurumlar istənilən ölkədə dini münaqişə yaratmaq üçün uzun müddət təhlillər aparır, milyonlar ayırır, böyük bir agent şəbəkəsi qurur. Özünü dünyanın ağbirçəyi kimi gözə soxmağa çalışan ABŞ nə üçün İraq, Suriya, Fələstin məsələsində günahsız insanlara kömək etmir və ya normal münasibət ortaya qoymur? Adıçəkilən ölkələrdə ABŞ-ın hərbi bazaları ilə vəhhabilərin hərbi bazaları yanaşı qurulur, terrorçu təşkilatların rəhbərləri öncə MKİ-nin, sonra "Mİ-6"-nın, daha sonra isə "Mossad"ın agenti çıxır, yardımlar ABŞ dolları ilə alınır, müqəddəs Qurani-Kərim yalnız və yalnız ABŞ-da tərcümə və təfsir olunub yayılır.

ABŞ dünyada yeganə dövlətdir ki, bütün dövlətlərdə saysız-hesabsız dini cərəyanlar yaratmaqda israrlıdır və bu onun qarşısında bir məqsəddir, dövlət proqramıdır desək, daha doğru olar. Məgər dinimizi vəhhabi damğası ilə ləkələyən ABŞ və İngiltərə deyilmi? Azərbaycan dünyada tək-tük dövlətlərdəndir ki, ölkəmizdə heç bir dini münaqişə yoxdur, bütün dinlərə, təriqətlərə eyni dərəcədə yanaşılır, hörmət olunur, hər bir kəsin vicdan azadlığı təmin olunur. Bunu ən gözəl bilən elə ABŞ-ın özüdür.

P.S. Mən arzu edirəm ki, dünyada bir dövlət ortaya çıxıb ABŞ-ın özünü öz hesabatına salaydı. Ora da qiymət versinlər. Bu haqq onun əlindən alınsa, ABŞ başını itirəcək.

Digər xəbərlər