PDF Oxu

Köşə

  • 1 805

Türkiyə Cümhur başqanını seşdi

Türkiyə Cümhur başqanını seşdi

Türkiyə tarixində yeni bir səhifə açıldı. Bu səhifə türk tarixinin həm də bir çox səhifələrini bağlamış olacaq. Türkiyə Rusiya deyil, kaprizləri yerin çox dərinliklərindədir, süni dəyişiklik müvəqqəti olaraq kosmetik əlamətdir. 90 ildir mövcud olan dövlətdə qəfil siyasi üstünlüyün ələ keçməsi təəccüb doğurmadı. Xalqın qarşısında ikinci bir seçim qoymadılar, məcburiyyət qələbənin əsas istehkamına çevrildi. Amma 51 faizdən artıq səslə qələbə elə də yalan görünmür. Əslində gözlədiyim bir şey olmalı idi, axı Ərdoğan cəbhədə gəbərən erməni əsglərini ziyarət etməli, ağlamalı, onlara başsağlığı verməli idi. Təəccüb doğurur. Amma Əhməd Davudoğlunun əsgərlərimizi ziyarət etməsi daha səmimi görünür.

"Azadlıq" Ərdoğandan nə yazır?

"Azadlıq" qəzeti bütün günü Ərdoğanı söyürdü, onu Azərbaycan hakimiyyəti ilə iş birliyində suçlayırdı və belə hesab edirdi ki, Ərdoğanın dəstəsi bizim müxalifətə borcludur. Dəstək umurdular. Kimdən? Bir qardaşa xəyanət etmək üçün o biri qardaşdan. Təbii ki, dəstək yox, palçıq lopası yekə bir ləkə kimi yapışdı bunların alınlarına. Müxalifətin Türkiyədə bir tək dəstəkçisi var, onun da 100 yaşı var, guya Rəsulzadənin dostlarından olub. O da oturub evində danışır da. O çərənləyən kimi İsa Qəmbər və Əli Kərimli artıq kresloya indi bu dəqiqə "oturacaq" kimi hazır vəziyyətdə dururlar. Amma millət onlara həmişə oturacağı "yeri" göstərib. "Azadlıq" Ərdoğanın qələbəsini elə böyük sevinclə xəbər verib ki, elə bil özləri taxta çıxıblar.

Gülağa Aslanlı və Nurəddin Məmmədli zarafatı

Dəqiq əhvalatdı, müsavatçı özü danışıb.

Gülağa: Ay Nurəddin, Osmanlı İmperiyasında IV Murad taxta çıxandan sonra nə edib?

Nurəddin: Ayə, qoy fikirləşim, deyəsən prinsipial və konseptual məsələlərlər bağlı...

Gülağa: Çərənləmə, qısa de, konkret!

Nurəddin: Deyəsən, qanun...

Gülağa: A kişi nə edəcək, IV Murad taxta çıxandan sonra oturub da (gülür).

Min dəfə deyilib ki, heç kim bu kişi ilə şit-şit zarafatlar edib, ələ salmasın, yoxsa cəddi belinin ortasından elə vurar ki, heç seçkilərdə də iştirak edə bilməzsən.

Digər xəbərlər