PDF Oxu

Köşə

  • 1 652

Ayıb işlər

Ayıb işlər

Təsəvvür elə ki, yaxın bir adamın rəhmətə gedib, amma sən ölüyə də xəcalət verən mənasız işlərlə məşğulsan. Ya da hansısa bir əzizin həbs olunub, sənsə bundan sonra daha "azad" olmusan. Tutaq ki, kəfən almağa kişi pul qoyub gedib, amma indi kəfən pulu davasıdır. Lap elə həbsdə olana yemək aparmaq üçün bir kilo kartofdan da 200 qram oğurlamaq kimi nəsnələrimiz var. Əvvəla cinayətkarın kartofundan kəsmək ayıb deyil, amma onu müdafiə etmək üçün komitə yaradıb qrantlar almaq üçün çalışmaq əsl naqislikdir. Belə deyilsə, bəs nə üçün həbsdə olan bir müxalifətçiyə görə, hərə bir müdafiə komitəsi yaradıb? İsa Qəmbərin təşəbbüsü ilə yaradılan komitəyə AXCP qoşulmur, AXCP-nin yaratdığı komitəyə "Milli Şura" qoşulmur, o biri partiyalar da hərəsi bir komitə yaradıb heç kimin qoşulmasını istəmirlər.

Əli Kərimlinin Gəncə keçilərinə oxşayan bir əlaltısı var. Əvvəl cəbhəçi olduğunu bilməsəydin, adama oxşatmaq olardı. İndi isə keçi saqqalı saxlayıb, avropalaşıb, qrantlaşıb, məhkəmələşib, NATO-laşıb, azadlıqlaşıb. Bir sözlə, Seymur HƏZİLƏŞİB. "Azadlıq" radiosunda İ.Qəmbəri biabır elədi, efirin görünməyən tərəfində Ə.Kərimli çırtma çalırdı, nəbzi "süleymani" oynayırdı. Amma faktiki ortada olan budur ki, bu tip keçilərin əlinə fürstə düşsə, münafiq İŞİD-çilərdən heç də fərqlənməz, milləti məhv edər. Bu gün hakimiyyətdən dialoq tələb edən S.Həzi İ.Qəmbəri Əhməd Orucla bir masada oturduğuna görə tənqid atəşinə tutur. Deyir ki,Ə.Oruc müxalifəti tənqid etmişdi, onunla bir masada oturmaq olmaz. Adama deyərlər ki, axşama kimi bir yığın ifritlə iqtidarın əleyhinə aparmadığınız kampaniya yoxdur, o zaman niyə iqtidardan masa tələb edirsən!? Abrın, həyan olsun da. Sən müxalifətdə tanınan sima deyilsən ki, sənin haqqında uzunqulaq (özünə bənzər) bir namə yazım. Amma mən əminəm ki, sən bu yazını oxuyandan sonra ad - soyadımı öz qara dəftərçənə yazıb evində yorğan-döşəyin arasında gizlədəcəksən. Ona görə ki, guya kişinin oğlu hakimiyyətə gələcək və bizi cəzalandıracaq.

Həbsdəki müxalifətçi də sizə ümid olub, indi yazıq başa düşəndən sonra daş atıb baş yarır. Onlar da başa düşməlidirlər ki, əvvəla cinayəti eləmək lazım deyil. İkincisi, edirsənsə, cəzasına hazır ol. Üçüncüsü, "İ.Qəmbərə, Ə.Kərimliyə ümid olan şamsız qalar" atalar sözünü unutma!

A kişilər, həbsdəkilərlə işiniz olmasın, imkan verin əməllərinin cəzalarını çəksinlər. Heç olmasa, vicdanınız olsun, müdafiə komitəsi adı altında xaricilərin qrantlarını yeməyin.

Digər xəbərlər