PDF Oxu

Köşə

  • 1 660

Saqqallı uşaqlar

Saqqallı uşaqlar

İnsan dəhşətə gəlir, Müsavatı, AXCP-ni tanıdıqca adam saatlarla təəccüb içində yaşayır. Adamın yazığı da gəlir, bəzən İsa Qəmbərin, Əli Kərimlinin yerinə utanmağa da məcbur oluruq. Şou təkcə müğənni yığnağının ümumi etalonu deyil, bu, həm də Azərbaycan müxalifət düşərgəsinə şamil oluna biləcək bədbəxtlik göstəricisidir. Avqustun 18-də Müsavat partiyasında baş tutan iclasın biabırçılığını ən əxlaqsız qadın belə daşıya bilməz.Bir neçə ilə öncə "Lider" televiziyasında "Kuklalar" verilişi yayımlanırdı. Müxalifətin iç üzünü kuklalar vasitəsilə ifşa edən bu verilişin ən ümdə cəhəti o idi ki, İ.Qəmbərin xarakterini tamamilə aça bilirdi. Bəzən axşam bu verilişə baxıb, səhər açılan kimi İ.Qəmbər özü kuklaları yamsılayırdı. Söhbəti uzatmayaq, keçək avqustun 18-dəki iclasdakı dava-dalaşlara, diaoloqlara. İclas əvvəldən axıra qədər rüsvayçı olaylara keçib. Ancaq ən yaddaqalan olay başqanlığa namizədlər Arif Hacılı ilə Qubad İbadoğlu arasında olub.Dava A.Hacılının Q.İbadoğluya dediyi sözdən sonra başlayıb: "Sən QHT sektorunda milyonlar qazanırsan, partiyaya nə xidmətin keçib ki, başqan olmaq istəyirsən?" Q.İbadoğlu isə "sənin hansı bankda nə qədər pulun, harada villan varsa, açıb tökərəm" cavabını verib. Bundan sonra əsəblərini cilovlaya bilməyən A.Hacılı yumruğunu tarazlayıb Q.İbadoğlunun üzərinə hücum çəkib, amma ətrafdakılar saqqalı uşaqların yumruq davasını sakitləşdirə biliblər.Daha sonra Tural Abbaslı İ.Qəmbəri Hüseyn Məlikovu müşavirlikdən çıxartmaqla partiyanı zədələməkdə ittiham edib. İ.Qəmbər isə "bu mənim səlahiyyətimdir, sən münasibət bildirə bilməzsən, kim istəyirsə, partiyadan getsin" cavabını verib. Vurğun Əyyub isə İ.Qəmbəri partiyanı dağıtmaqda suçlayıb: "Arif Hacılını sən müdafiə edirsən, əlini çəksən, o, məhv olacaq". Buna cavabında İ.Qəmbər "Quran" çıxardıb ki, partiyadan getməyəcəyinizlə bağlı əl basın. İclasın sonu isə daha maraqlı və yaddaqalan olub. A.Hacılı deyib ki, başqan olmasam, partiyanı dağıdacam.Əziz oxucular, məni bağışlayın, saçlarım ağardı, müxalifətin cəmi bir iclasında baş verənləri yazmağa abır-həya imkan vermir. Di gerisi özünüzə qaldı, tapın öyrənin.

Digər xəbərlər