PDF Oxu

Köşə

  • 2 868

Leyla Yunusun Arifə işarə dolu məktubu

Leyla Yunusun Arifə işarə dolu məktubu

Leyla Yunus əri Arif Yunusa məktub yazıb. Həbsxanadan yazılan, özü də casusun yazdığı məktubun özünəməxsus, xarakterik cəhətləri varmış. Bu ər-arvadları tanıyan olmasa, elə bilərsən ki, Fərhad Şirinə namə yazıb. Amma mahiyyət etibarilə hal-hazırda dörd divarlar arasında olan A.Yunus Fərhad ola bilər. Leylanın kamerasına keçmək üçün həbsxana divarlarını yara bilər, hətta öz kamerasından ora süd arxı da çəkə bilər. Məncə, bu həsrəti bitirməyin vaxtı çatıb. Yüz ildən sonrakı nəsil də sizləri oxuyanda əsərin epiqrafında yazılalacq ki, "hadisə Kürdəxanı vilayətində vaqe olmuşdur".

Görün nə yazır: "Yadındadır, mənə evlənməyi təklif edəndə səni, onun xeyir-duasını almaq üçün babamın məzarına aparmışdım? Sonra mənə dedin ki, məhz həmin an həmişə bir yerdə olacağımızı anladın". Görürsənmi, dörd divar insanın 40 illik ölmüş sevgisinə də can verirmiş. Amma mənə çox maraqlıdır, görəsən, Arifə xeyir-dua verən Leylanın babası həqiqətən də azərbaycanlı imiş? Bu qəbir təsadüfən Sarqsyanın, Mıkoyanın, Atayanın qəbri ilə yanaşı durmayıb ki?

Bunun ardınca Leyla Xodaseviçin sətirlərini yazıb Arifə yollayıb: "Yerdə, göydə nə baş versə, mütləq yadıma sən düşəcəksən yenə". Zalımın qızı əməlli-başlı qızışıb, özü də bu yaşda qızışmaq lap vampirsayağı olur. And içirəm, bu dəqiqə Arif Leylanın əlinə düşsə, iqtidara olan əsəblərini şəhvətə çevirib onu eynəyi tərləyənə qədər get-gələ salar.

Leyla "xanım", gör necə də yumşalmısan, "incə", "səmimi" və sevgipərəst olmusan. Vaxt olacaq, ermənilərə etdiyin casusluğun da, aldığın qrantların da peşmançılığını çəkəcəksən. Növbəti dəfə Arifə yox, digər xəyanətkarlar kimi sən də dövlət başçısına məktub ünvanlayıb əfv olunmağını, bağışlanmağını istəyəcəksən. İllərdir ki, milyonlarını alıb yediyin xarici day-daylarının qəlbini qıracaqsan. Amma mən dəqiq əminəm ki, sənin ilk qaranquşun qızın olacaq. İlk olaraq o, peşmançılığını ifadə edəcək, sonra Arif qızını "tək qoymasın" deyə ona həmrəy olacaq. Daha sonra "mən anasız qalmışam" başlığı ilə məktublar yazılacaq. Gərək insanda ağıl olmasın ki, bu qədərini fikirləşə bilməsin. Atalarımızın "Allahsız yerdə otur, böyüksüz yerdə oturma" kimi məntiqsiz kəlamları olduğu kimi, "Sirkə nə qədər tünd olsa, öz qabını sındırar", "Yüz ölç, bir biç" kimi öz təsdiqini tapmiş aforizmləri də var. Məgər erməniyə casusluq edəndə, dövlət maraqlarını pula satanda bu illər ərzində niyə bir dəfə də olsun ölçüb-biçə bilmədin. Bunun axırı hara gedir, insanı nə gözləyir, bu suallara cavab vermək elə də çətin deyildi.

Bax, heç kimin səsi çıxmır, bir-iki erməni səni müdafiə etdi, o da üç günlük. İçimizdəki tayların-İsa Qəmbər, Əli Kərimli də səni cəmi öz saytlarında iki saat manşetdə saxlaya bildilər. Bəlkə Arifin Leylaya məktubu bunları kövrəldə bildi. İnanıram ki, onun məktubu daha ağlamalı olacaq.

Digər xəbərlər