Bəzən həyatda elə hallar da mövcud olur ki, həmin amillər bir-birləri ilə bənzərlik, oxşarlıq cəhətləri ilə daha çox nəzərə çarpır və bu cəhətlərin pis tərəfləri də, yaxşı tərəfləri də olur. Lap nağıllarda, əfsanələrdə, hətta real həyatda olduğu kimi. Xeyir və şər. Söz yox ki, şər müəyyən mənada xeyir üzərində üstünlüklər əldə etsə də sonradan, yəni son anda xeyirin qarşısında məğlub olur. Amma təəssüf ki, şər qüvvələr bu dünyada hələ ki, çoxdur və xeyirxahlıq amili ona qarşı mübarizəsini davam etdirir. Ta o vaxta qədər ki, şər xeyirin qarşısında diz çöksün.
Bu günlərdə sapı özümüzdən olan baltalar - şər qüvvələr yenidən fəallaşıblar. Şər qruplar xalqın, dövlətin əldə etdiyi uğurlara nəinki sevinmir, hətta düşmən münasibəti bəsləyərək bu nailiyyətin üstünə kölgə salmaq, onu qaralamaq üçün bütün gücünü səfərbər edir. Bununla yanaşı, Azərbaycanın şər-şabata düşmənləri ilə sıx iş birliyi quran şər qruplar ölkəmizin imicini, yüksələn nüfuzunu ləkələməyi sanki özlərinə borc bilirlər. Hələ bu da azmış kimi, şərə, şeytana, iblisə xidmət edən bu kimi idbarlıq nümayəndələri "hüquq müdafiəçisi" adı altında simasız simalarına maskalar taxmağı da unutmurlar. Onlardan biri də Sülh və Demokratiya İnstitutu maskası, həm də markası altında fəaliyyət göstərən şərbaz "hüquq müdafiəçisi" Leyla Yunusdur. Əbəs yerə deyil ki, bir çoxları, yəni sağlam düşüncəyə malik olan ictimai rəy çoxluğu onu Vətəninə və dövlətinə qarşı çıxış edən ən xəyanətkar məxluq kimi tanımaqdadır. Təbii ki, bu gün özünü "hüquq müdafiəçisi" kimi təqdim edən Leyla Yunusu onu bu titulda tanıyanlardan fərlqi olaraq, normal düşüncəyə malik olanlar erməni xidmətçisi kimi tanıdıqlarını qeyd edirlər.
Bəli, uzun müddət idi ki, Leyla Yunus yox olmuşdu. Xarici ölkələrdə daha öncə qazandığı pul-parası qurtarandan sonra isə birdən onun yadına düşdü ki, yenidən qazanmağın zamanı çatıb. Bu səbəbdən də geriyə-Azərbaycana döndü şər-şabatalı Leyla Yunus. Qayıtdı ki, yenidən başqalarının cibinə girməklə, "arıqlamış" pul kisəsini "kökəltsin". Ölkəyə gələr-gəlməz isə özü kimi xəyanətkar, satqın şər mətbuatına çıxdı və bəyan etdi ki, bəzi məsələlərdən (?-R.) "narahat" və "narazıdır". Əslində, belə də olmalı idi...Məgər nə zaman belə olmayıb axı? Bir neçə ay Azərbaycanda üz-gözünü cıraraq haray-şüvən salmaq, sonra da xaricə gedib bir müddət orada kef eləmək. Sonradan isə yenidən həmin halı təkrarlamaq. Sual olunur ki, ay şərlər "xatunu" Leyla Yunus, nəyə görə sən bu ölkədə heç olmasa bir il davamlı şəkildə yaşamırsan və ayrı-ayrı zamanlarda səsin ümumiyyətlə gəlmir? Cavabı bəlldir - o, qara-qışqırıq salır və sonradan çəkilir kənara və meydanı verir erməni aşnalarına... ki, onlar da Azərbaycana qarşı iddialarını Avropa instansiyalarında qaldırsınlar, ölkəmizə qarşı çirkin planlarını reallaşdırsınlar. Budur Leyla Yunus kimi satqın, həyasız və abırsız məxluqun "həyat fəlsəfəsi"!
Cəmiyyət isə belə "həyat fəlsəfələrini" çoxdan görüb. Hətta vaxtilə Leyla Yunusun yolunu gedən bəziləri şərə xidmət etdiklərini anlayaraq, ziyanlı yollarından geri dönüblər. Leyla Yunus isə qalıb ortada tək və bu təklik əslində ona sərf edir. Çünki daha Arzu Abdullayeva, Səidə Qocamanlı, Novella Cəfəroğlu və digərləri illər öncə atdıqları bu kimi addımlarını daha atmırlar. Çünki şər xeyirə qalib gəlmişdi. Amma Leyla Yunus belə getsə, geriyə qayıtmağa yol tapa bilməyəcək. Xeyir şəri yarı yolda diz çökdürməklə, onun timsalında olan digər şərləri də bu məmləkətdən birdəfəlik uzaqlaşdıracaq...