Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin KİV rəhbərləri ilə keçirdiyi görüşdən sonra bir sıra müxalifət "liderlərinin" kürkünə çox ciddi şəkildə bit-birə düşməyə başladı. Niyəsi də budur ki, əgər belə olmasaydı, həmin "liderlər" dərhal özlərinə yaraşan tərzdə - yəni kuklalıq edərək cəmiyyət içində özləri-özlərini biabır etməzdilər. Və əlbəttə ki, belə kuklalardan biri də "cəbhə" sədri Əli Kərimlidir. Az qala müşavirənin şəkillərini lupa ilə izləyən AXCP sədri burada "çox "böuyük kəşf edib". Məsələn, "kəşf" edib ki, sən demə həmin müşavirədə iştirak edənlərin bəziləri "yuxuya" gedibmiş. Ancaq bütün bunlara rəğmən, Əli Kərimli kuklalıq edərək, sosial şəbəkədə bunları yazarkən bir mühüm məsələni unudub. Məsələn, AXCP sədri iddia edəndə ki, bəs "müşavirədə iştirak edənlərin əksəriyyəti mürgüləyib", bax, onda həmin iddiasında sözün həqiqi mənasında sarsaqlayıb!
"Azadlıq"a gizli imza ilə yazı yazanda yerəmi baxırsan, göyəmi?
Birincisi, həmin müşavirənin iştirakçıları KİV rəhbərləri olublar. KİV rəhbəri isə birinci növbədə, yəni rəhbərlikdən də öncə JURNALİSTİDR!
Jrunalistin işi isə harada, necə və hansı şəraitdə olursa-olsun, yaşanan hadisəni, mövcud vəziyyəti işıqlandırmaqdan ibarətdir. Yəni aydın məsələdir ki, belə müşavirələrin protokolunda uzağı bir-iki jurnalist iştirak edərək, onu işıqlandırır. Ancaq Prezident Administrasiyasındakı müşavirədəkilərin hər biri media təmsilçiləri olublar. Onlar da tədbirin gedişini ya kitabçaya yazıb, ya da planşet vasitəsilə informasiya yayıblar. Yəni insan nə isə yazanda göyə deyil, əlinin altındakı dəftərə baxır.
İkincisi, ay Əli Kərimli, sən "Azadlıq" qəzetinə "siyasət şöbəsi" adlı gizli imza ilə yazı hazırlayarkən, ağı-qaradan seçə bilmədiyin gözlərin göyəmi baxır, yoxsa, yerəmi?! Yaxşısı budur ki, sən bir gün "Azadlıq" qəzeti üçün cızma-qara edərkən, məni də çağır, mən də bir jurnalist kimi sənin kukla fizianomiyanı fotoaparatın yaddaşına köçürüm. Onda bir-bax və gör ki, gözlərin hansı səmtə baxır - yerəmi, göyəmi??!!
"İnvalid" müxalifətin kor kuklaları kimə lazımdır ki...
Həqiqətən də "Azadlıq" qəzeti elə sənin düşündüyün kimi "qaladır". Ancaq bu "qala" Simnar ağanın, Göygöz Kosanın camaata zülm etdiyi qanlı qaladır! Bu qalaya qarşı isə mübariz iqtidar jurnalistləri öz sözünü deyib və deyəcək də. Buna şübhən olmasın. Şübhən olmasın ki, sənin "Azadlığ"ın avqustun əvvəllərində cəbhənin təmas xəttində erməniyə ordumuzun dislokasiya nöqtələrini göstərdiyi kimi, bir daha bunu edə bilməyəcək. Etsə belə, bizi - iqtidar jurnalistlərini qarşısında görəcək.
Qaldı ki, "mürgüləmək" məsələsinə, Əli Kərimli onu da bilməlidir ki, əgər o, özünü "açıqgözlü" fərd hesab edirsə, çox dərindən yanılır. Çünki ildən-ilə ağlı kimi, gözü də korlaşmağa başlayıb bu kuklanın. Belə ağıldan və gözdən korlaşanların və korlananların isə cəmiyyətə, ictimai rəyə heç bir təsir imksanı necə ki, olmayıb, bundan sonra da olmayacaq. "İnvalid" müxalifətin kor kuklaları kimə lazımdır ki...
P.S. Həqiqətən də Əli Kərimlinin "açıqgözlüyü", və "ağlı" izafi şəkildə "aşıb-daşır". Nə edəsən, 20 ildən artıqdır ki, müxalifətdə çürümə davam edir. Görünür kor gözü qorxmağa, olmayan ağlı isə daha da yerindən oynamağa başlayıb binəvanın. Ona görə də zaman-zaman sarsaqlayır...