PDF Oxu

Köşə

  • 1 511

Rəsul Quliyevdə "yazıçı" olmaq həvəsi

Rəsul Quliyevdə "yazıçı" olmaq həvəsi

Görünür sabiq spiker "siyasi meyit"dən "ədəbi meyitə" çevrilmək eşqinə düşüb

Bu günlərdə müxalifət mətbuatında neçə illərdir ki, Amerikada mühacirətdə olan eks-spiker Rəsul Quliyevin Azərbaycan Yazıçılar Birliyinə üzv olmaq üçün müraciət etməsi və bundan sonra yazıları ilə çıxış etməsi barədə məlumat verilib. Onu da xatırladaq ki, eks-spiker bir müddət "Rəsul Bayram" imzası ilə ədəbi mühitə qatılmışdı. Qeyd edək ki, Rəsul Quliyev "Axına qarşı" (2010), "Qarabağ: Müqavimətsizlikdən doğan faciə" (I kitab, 2011), "Həqiqətin qiyməti" (2011) romanlarının müəllifidir. Doğrusu, sabiq spikerin özünü gah siyasətdə, gah da ədəbiyyatda sınamaq istəsə də, hələ də bir uğur qazana bilməyib. Bir zamanlar parlamentə başçılıq etməsi isə tamam təsadüfi bir olay idi ki, onun da ömrü iki ildən artıq çəkmədi. Görünür, keçmiş spiker ədəbiyyat sahəsinə də girişərək, özünü burada sınamaq fikrinə düşsə də, bu yol da ona uğurlu olmayıb. Çünki ədəbiyyatın siyasətdən fərqli cəhətləri çoxdur. Siyasət hər nə qədər qeyri-səmimiliyi sevsə də, ədəbiyyat bunu qəbul etmir. Oxucu isə daha sanballı, daha maraqlı və əhatəli əsərləri oxumaqda maraqlıdır. Rəsul Quliyev isə Amerikada 10 ildən artıq yaşamasına baxmayaraq, hələ də "badbaxtlar" ifadəsindən qurtula bilmir.

Bir də doğrusu, 3 kitab yazmaqla özünü ədəbiyyatçı saymaq və ya roman müəllifi hesab etmək də gülməlidir. Rəsul Quliyevin yazıçı olub siyasətçi kimi fəaliyyət göstərmək istəməsi, daha digər iddialarla çıxış etməsi həm onun hərdəmxəyallığından xəbər verir, həm də nə etmək istədiyini bilməməyindən. Görünür sabiq spiker qarşıdakı parlament seçkiləri ərəfəsi özünə yeni macəra axtarır və həmin macəranı da hələlik ədəbiyyatda tapmaq xəyalındadır. Ancaq R.Quliyev hələ də anlamır ki, quyuya su tökməklə, quyu sulu olmaz və növbəti istəyi də siyasətdəki fəaliyyəti kimi olacağı şübhəsizdir. Çünki hər nə qədər düşüncəli olsa belə, onun yetərli istedad sahibi olmadığı göz qabağındadır. "Siyasi meyit" statusu almış sabiq spikerin ədəbiyyatda da "ədəbi meyit" dərəcəsi alması isə çox yerinə düşərdi.

Digər xəbərlər