PDF Oxu

Köşə

  • 1 844

Vəhdət sədri İsa Qəmbərə elə bir sillə vurdu ki...

Vəhdət sədri İsa Qəmbərə elə bir sillə vurdu ki...

Sözün həqiqi mənasında insanda abır-həya yaxşı şeydir. Az da olsa suçlusansa, əyriliyin varsa, güzgüyə baxıb onu sındırmaq yox, özünü düzəltmək lazımdır. Amma İsa Qəmbər "Milli Şura"nın iclasında yenə də güzgünü sındırmaq istədi. Təbii ki, Vəhdət partiyasının sədri Tahir Kərimlinin haqlı sualından sonra. İclasda T.Kərimliyə müxalifətçilər tərəfindən edilən həqarətləri bir yana qoyaq, bu hərəkətlər onsuz da müxalifətin ailə və əxlaq göstəriciləridir.

Deməli, iki gün öncə müxalifətin ADP qərargahında keçirilən konfransında gərginlik yaşandı. Belə ki, Müsavat partiyasının başqanı İsa Qəmbərin də qatıldığı konfransda Vəhdət partiyasının sədri Tahir Kərimli müxalifəti tənqid etdi, Müsavat başqanı və digərlərinin çıxışlarında nöqsan tutdu. T.Kərimli müxalifətə sual verdi ki, "niyə xalq sizi dəstəkləmir? Deməli, xalq müdrik deyil, əgər müdrikdirsə, niyə sizi dəstəkləmir?"

Şübhəsiz ki, bu sual tam gücü ilə İ.Qəmbərin düz alnının ortasına yapışdı. Bu boyda real, haqlı suala Müsavat başqanı heç bir cümlə ilə də cavab verə bilmədi. Cəmi bunu deyə bildi ki, xalq hər zaman müxalifəti dəstəkləyib. O zaman ay İ.Qəmbər, bəs sizi dəstəkləyən xalq niyə sizi hakimiyyətə gətirmir? Hakimiyyətə gəlmək üçün xalqdan güclü amil varmı? Təbii ki, yox. Bunun ardınca isə konfransda iştirak edən sıravi üzvlər Tahir Kərimlini iqtidara işləməkdə günahlandırdılar. İclasda olanların hamısı İ.Qəmbərin rüsvayçı susqunluğuna dəstək verməyə başladılar. Yerlərindən T.Kərimliyə atmacalar atmağa başladılar, onun ünvanına təhqir dolu fikirlər səsləndirdilər. Ey bədbəxt müxalifətçilər, bəs hanı demokratiyanız? Haqlı sual verəni söyürlərmi? Bura sizin üçün 90-cı illərin əvvllərindəki Milli Məclis deyil e. O xirtdəkdən yuxarı anqırıqlarınızı evinizə saxlayın, ya da elə anqırın, elə söyün ki, il boyu eşidən öz ailəniz olsun. Sonra biz eşitsək, eybi olmaz.

Amma T.Kərimli məsələyə bir daha özü aydınlıq gətirib dedi ki, onu dəvət edəndə dedilər ki, iqtidar, eləcə də digər partiya nümayəndələrinin hamısı konfransda iştirak edəcəklər, bu səbəbdən mən də toplantıya gəlib. Ay Tahir bəy, siz də sadəlövhsünüz e, iqtidarın nə işi var axı bu xırda-xuruşların iclasında? Ortada fakt olan budur ki, T.Kərimli iclasa gəldi və sözümü bunların üzlərinə dedi. Qulaqlarına bağırdı ki, müxalifət nümayəndələri gedib başqa ölkə səfirlərinə yalvarmaqdansa, hakimiyyətlə normal dialoqa girsələr, daha yaxşı olar.

Hər şey bir yana, bəs bu adını "milli" qoyduqları şuranın sədri niyə iclasda yox idi? Qəribə deyilmi? Özü də Cəmil Həsənli iclas vaxtı telefonunu söndürdü və iclasdan sonra ona ünvanlanan haqlı suala da əsəbi halda cavab verdi: "qurdalamayın belə şeyləri, iştirak etməmişəm... etməmişəm də".

Kişinin əsəbləri ilə oynamayın...

Digər xəbərlər