PDF Oxu

Köşə

  • 2 170

BAŞ OĞRUNUN OĞURLUQDAN DANIŞMASI

BAŞ OĞRUNUN OĞURLUQDAN DANIŞMASI

Ya da lopa erməni bığlı Əlayif çığır-bağırı

Avropa Parlamentinin məlum və heç nəyə yaramayan qondarma qərarından sonra danışarkən ağzına çullu dovşan yerləşməyən baş oğru Əli Kərimlinin oğurluqdan danışması yenidən bir çox detalların üzə çıxmasına şərait yaradır. İqtidarı müxtəlif cür qərəzlərlə ittiham edən bu mənşəyibilinməz ünsürün kökü məhz oğurluq üzərində qurulub desək, yanılmarıq. Təkcə özünə lider adlandırdığı Əbülfəz Elçibəyin Kələkidə xəstə yatdığı zaman Türkiyədən ona göndərilən 10 min dolları açıq-aşkar cibinə dürtüb, heç nə olmamış kimi Bakıya qayıtmağın özü elə oğurluğun, şərəfsizliyin və alçaqlığın ən bariz nümunəsi hesab oluna bilməzmi?! Bunu mən, o, başqası deyil, məhz AXCP şinelindən çıxan bir çoxları etiraf da edib. Bu, bir aksiomadır!

Əslində, Əli Kərimlinin oğurluq detalları yalnız bundan ibarət deyil. Onun bank maxinasiyalarında, başqalarının adlarından pul çıxarmaq əməllərində, buna bənzər bir çox məqamlar yer alıb və onların hamısını sadalasaq belə, nəinki bir köşəyə, hətta bütöv bir qəzetə sığdırmaq mümkün olmaz. Çünki Əli Kərimlinin oğurluq salnaməsi çox nəhəngdir. Bu gün də Əli Kərimli kimi baş oğrunun cibi qaşınmaqda davam edir. Bu dəfə Leyla Yunus vasitəsilə çoxlu pul qazanmaq istəyən AXCP sədri indi də tutub Avropa Parlamentinin ucuz qətnaməsinin ucundan və ucuzluğa qədər getdir. Beləliklə, baş oğru yenidən səhnədədir!

Bu arada Leyla Yunus demişkən yadıma onun lopabığı vəkili - Əlayif Həsənovun "Azadlıq" adlı "stenqazeta"ya çıxıb, Əli Kərimlinin öytərdiyi kimi danışması düşdü. Guya müvəkkili Leyla Yunusun döyülməsi barədə əlində "faktların" olduğunu iddia edən bu erməni bığına mənsub lopabığ vəkil özünü "hüquq müdafiəçisi" qismində ən "ağıllı" biri hesab etməyə başlayıb. Bu arada sual etməyin tam yeridir: "Ayə, (yaxud ara!-R.) ay Əlayif, dünən Leyla Yunusa pul xərcləyən erməni kəşfiyyatı bu günlərdə sənə nə qədər pul ödəyib ki, belə bir ləçəri müdafiə edirsən, özü də hakimiyyətə çapur ata-ata?!" Əgər belədirsə, yəni ermənidən pul alıb erməni ləçərinin haqlarını müdafiə edirsənsə, onda daşıdığın o bığın haramın olsun! Yəqin elə lopa bığına görə erməni köpəkuşağı səni nəzarətə götürərək, Azərbaycandakı emissarlarını müdafiə etməyi tapşırıblar. Yoxsa elə bir bığı olan kişi bu qədər nakişiliyə gedib, Azərbaycanı satan bir ləçərin müdafiəsinə qalxmaz!!!

"Stenqazeta"ya müsahibəndə deyirsən ki, "Mən bu gün Penitensiar Xidmətin rəhbərliyinə və Respublika Prokurorluğuna müraciət ünvanlamışam. Bildirmişəm ki, bu işgəncə faktları araşdırılmalı və buna son qoyulmalıdır". Hansı işgəncə faktından danışırsan ki, indi də Leyla Yunusu müdafiə etməkdən ötrü onunla bir kamerada yatan digər məhbusları öz çirkin oyunlarına qatırsan? Gah qadınları "siqaretçəkən" adlandırırsan, gah da digər ittihamlar atəşinə tutursan? Lap tutalım ki, Leyla Yunusun kamerasında olan hər hansı bir qadın siqaret çəkir. Məgər bu qanun pozuntusudur? Yoxsa Leyla Yunus o qədər "mühüm şəxsiyyət"dir ki, onun yanında siqaret çəkməz olmaz? Məgər sən onu da bilmirsən ki, həmin bu Leyla Yunusun göbəyindən erməni konyakı süzənlər həmin konyakı içib Azərbaycana həqarətlər edib və etdiriblər?! Bilirsən, özü də çox yaxşı bilirsən. Sadəcə sən və sənin o BAŞ OĞRUN bunları etiraf edəcək kişiliyində deyilsiniz. Ona görə də başlamısan lopa bığının altındakı dodağınla ağzına gələnləri danışmağa. Deyirsən ki, işgəncə faktları araşdırılmalı və buna son qoyulmalıdır. Əgər bir şey ki, araşdırılmayıb, yaxud da nəticə yoxdursa, ona necə son qoyula bilər? Bunun özü də açıq-aşkar fahişəlik deyilmi?

Yaxşı olardı ki, ara, ay Əlayif, gedib o lopa erməni bığına bir əncam çəkəsən. Ya dibindən qırxasan, ya da bığına sahib çıxasan. Özün bilirsən da, bığ məsələsinə buralarda həssas yanaşırlar. Ən uzağı get baş oğru Əli Kərimli ilə məsləhətləş. Hərgah, bığını qırxıb-eləsən, o, sənin üçün yapışdırılma yalançı bığ təşkil edər. Necə olsa da baş oğrudur axı...

Digər xəbərlər