Bu qurumun prezidenti David Kramer əvvəllər Dövlət Departamentində çalışıb, nümunəvi işçi olub. Elə xarici işlər idarəsinin özündə vaxtilə o, MKİ-nin gizli əməkdaşlarından biri kimi tanınıb, xüsusilə də xalqların "azadlığı" ilə bağlı hazırlanan məxfi dosyeləri hazırlayan şəxslərdən biri olub. Onun Dövlət Departamentindən çıxması əslində karyerasında böyük uğur idi. Çünki ABŞ böyük məbləğ xərcləyib yaratdığı ən böyük beynəlxalq QHT-lərdən birinə onu rəhbər kimi gətirdi. Necə deyərlər, əvvəlki missiyasını açığa çıxarıb, səfir kimi Cənubi Qafqaz ölkələri ilə "kuratrlığını" yerinə yetirməyə başladı. Amma bu hələ o demək deyil ki, o, ABŞ-ın Cənubi Qafqazda, lap elə deyək ki, Azərbaycandakı səfiri deyil.
Kramer öncə Azərbaycan haqqında növbəti qərəzli bəyanat yaydı, indi də tələb edir ki, Azərbaycana sanskiyalar tətbiq olunsun. Onu da əsas gətirir ki, vaxtilə Rusiyaya tətbiq edilən sanksiyalar da qeyri-mümkün görünürdü. Həqiqətən də Azərbaycan dövlətinə eşq olsun! Deməli, bunu beynəlxalq qurum da başa düşür ki, ölkəmizə sanksiyalar effektli olmaya da bilər, üstəgəl Azərbyacan sanksiyalara dözümlülük baxımından Rusiya ilə müqayisə olunur. Necə deyərlər, əla! 22 il ərzində bütün dünyaya sübut edə bilmişik ki, Azəbrycan möhkəm sütunlar üzərində qurulub, sarsılması mümkün deyil.
Lap tutaq ki, sanskiya tətbiq etdiniz. Uduzan kim olacaq? Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu heç bir dövlət həyata keçirə bilməz. Hələ ki, bizdən asılısınız və uzun müddət də belə olacaq. Siz qərəzli hesabatlar yayın, biz də onillikləri əhatə edən neft layihələri ilə sizləri asılı salaq. Azərbaycan və Türkiyənin razılığı olmadan Qərbin Şərqdəki sütunları zəlzələdən çıxmış divarlar kimi aşıb çürüyər.
Şükür olsun ki, şirkətləriniz ölkəmizdə fəaliyyət göstərir. Bu şirkətlər işlətdiyi hər hansı bir cinayət nəticəsində ölkəmizdən qovula bilməzmi? Bəlkə qoyduqları sərmayəni əsas gətirib bunun mümkünsüzlüyünü bəyan edərsiz. Amma cinayətkarın sərmayəsinə baxılmır.
Guya Rusiyanın çökdürüblər. Rusiyanı çökdürmək üçün bütün dünya da səfərbər olsa, mümkün olmayacaq, nəinki hansısa təşkilatın hoqqabazlığı ilə mümkün olsun. Rusiyaya 10 milyardlıq sanksiya tətbiq edirsiniz, amma özününüz 20 milyard ziyana düşürsüz. Heç fikirləşmisinizmi ki, Putin son addımlarını atmamışdan öncə milyon dəfə ölçüb, milyard dəfə də bizib? Corabını boğazınıza necə dolayıbsa...