PDF Oxu

Köşə

  • 2 032

Bir ayağını maşının qabaq "krılo"suna, o biri ayağını da...

Bir ayağını maşının qabaq "krılo"suna, o biri ayağını da...

Hər maşının öz qiyməti var, qiymətinə də uyğun sürülməlidir. 260 min manatlıq maşını 70 km saat sürətlə sürsən, adamın atasına söyərlər. Ona görə də 260 min tüpürcəyin altında avtoşluq edən gənc bir oğlanın elə bu sürətlə də qudurğanlıq etməsi təəccüblü görünməməlidir. Əmin olmaq lazımdır ki, bu gəncin özü də bundan zövq almır.

Bir ayağını maşının qabaq "krılo"suna, o biri ayağını da qaldırıb qabaq "partplesə" uzadan qızın istənilən bucaqdan görünən "tərəfləri" daha çox zövq verirsə də, oxucuya verir, daha çox zərər verirsə də, yenə də oxucuya verir. Halal olsun, bəzən insanı ölüm həddinə çatdırır belə şəkillər. Dırnağından tutmuş başındakı gərəksiz, ümidsiz, mağa da möhtac olan tüklərinə qədər qocalırsan, tükənirsən, məhv olursan, əriyirsən. Ehtirasının, istəklərinin, arzularının sönməsi üçün özünü ən alçaq yola qoymağa da hazır olursan. Yuxularında gördüyün bir gözəlliyin özünü dəmir "krılo"ların üstünə sərməsi, ayaqlarını evkaliptin budaqları kimi uzadıb maşını baldırları ilə qucaqlaması, meymunun sonuncu balasından heç də fərqlənməyən bir gədənin üzündən "yana-yana" öpməsi səni o qədər tükədir ki, di gəl kişi ol ki, ölməyəsən. Sənin yanmağın bir yana, onun özünün də qandığı müvəqqəti keyf macəraları sonda yenə cəmiyyətin atasına od qoyur- "massaj salonu"nun daimi sakinlərindən biri özünü buna hazırlayır. 40 manata bədənini satanda isə, özünə fəxr duyası bu sözü deyə bilir- mənim yanım elə bahalı maşın oturacaqlarına dəyib ki...

Utanmaq lazım deyil, utandıqca guya təmiz və pak görsənirik. Əslində isə, elə bir abırsız, həyasız libasa bürünmüşük ki, 25 yaşlı gəncin 78 yaşlı öz doğma nənəsini zorlayandan sonra "Bakıya gedib- gəldim, orda elə şeylər gördüm ki, özümü saxlaya bilmədim" ifadəsini, sizlər uzun aylardır eşidəcək, mən də indi qələmə alacaq qədər alçalmışıq. Qusar əhvalatı...

Vay o günə ki, eyni tipli qız sürücünün qabağına çıxasan, üzünə baxmağı belə özünə ar bilir. Sən piyadasan... Saxla, polis qardaş, saxla bu qızı! Gah güzgüləri, gah küləyi, gah da yerdən qaldırıb üzünə çırpdığı yağış suları, palçığı sənə mütləq toxunmalıdır. Sən ona keçməlisən, bağışlamalısan. Pəncərədən "debil, cəhənnəm ol" sözlərini eşitdikcə sakitləşirsən ki, zalım qızı heç olmasa Azərbaycan dilini bilir, özü də "cəhənnəmə-zada" inanır. Onlar üçün "orta aylıq əmək haqqı" ifadəsi bir ayda 43 dəfə maaş almaq kimi başa düşülür. Bankomat, növbə, pensiya, nisyə ( hələ nisyə dəftərinin üstündəki "kişi ol, bu dəfə nisyə alma" yazısı...) anlayışı olmayanın küləyi də olacaq, 260 km saat sürəti də, üzünə çırpdığı palçığı, söyüşü də olacaq...

Digər xəbərlər