PDF Oxu

Köşə

  • 2 065

ABŞ-ın heç nədən "xəbəri" yoxdur

ABŞ-ın heç nədən "xəbəri" yoxdur

Yadınızdadırsa, sərhəd bölgəsində hərbçilərimizə əsir düşən erməni diversiya qrupunun üzvü ilə bağlı ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Psaki "atayana" bir çıxış eləmişdi. Erməni girovu doğma atasından da çox müdafiə edən Psakinin dili özü dili də deyil, bu, öz yerində. Buna görə heç fərdlərdən danışmağa da dəyməz. Kəsəsi, ABŞ erməni girovla bağlı tumanını başına atıb onun müdafiəsinə qalxdı. Bəs erməni əsirliyində olan vətəndaşlarımızla necə, ABŞ bir kəlmə belə danışdımı? Bəli, danışdı. Amma necə? Dövlət Departamentinin nümayəndəsi Psaki girov götürülmüş iki Azərbaycan vəyəndaşına Xankəndidə separatçılar tərəfindən məhkəmə qurulmasını şərh etmək istəməyib: "Bu işlə bağlı bizdə kifayət qədər məlumat yoxdur".

Bu boyda olay haqqında, üç azərbaycanlı barədə əgər sizdə məlumat yoxdursa, bəs bir erməni dığası haqqında məlumatınız necə oldu?! Əslində düz deyirsiz, ABŞ-ın heç nədən "xəbəri" yoxdur. Lazımdırsa, bir neçə xatırlatma da edə bilərəm. Məsələn, müsəlman dünyası ilə bağlı otuz ildir aparılan məxfi planların bir hissəsi olan İŞİD adlanan nəcis yığnağını ABŞ olduqca sistemli şəkildə yaratdı. XX əsrin 90-cı illərindən bu günə qədər bu yönümdə milyardlarla vəsaitini xərcləyən ABŞ-ın indi İŞİD-dən "xəbəri" yoxdur. Rusiya Krımı ilhaq edəndə Qərb dövlətləri ilə Rusiya arasında ilk razılaşma məhz ABŞ-la olmuşdu. Amma ABŞ dedi ki, "Krım məsələsində" Qərbin Rusiyaya dəstək verməsi ilə bağlı ittihamlar doğru deyil". Bir sözlə, ABŞ-ın Krımdan da "xəbəri" yoxdur. Polşanın sabiq prezidenti sui-qəsdə məruz qaldı. Sui-qəsdin həyata keçirilməsində MKİ-nin nəfəsi hiss olunsa da, ABŞ bu qətli həyata keçirməklə Rusiyanı çətin vəziyyətdə qoymağa çalışdı və dedi: "Bu məsələ araşdırılmalı, qatillər tapılmalıdır". Qəddafi öldürüləndə ABŞ-ın Liviyadakı səfiri də diri-diri yandırıldı, amma ABŞ hay-həşir saldı ki, "bu işi" həyta keçirənlər cəzalandırılacaqlar". Bəs niyə cəza olmadı, ABŞ özü özünümü cəzalandıracaqdı? 11 sentyabr hadisəsindən sonra MKİ-nin əməkdaşlarının maaşı 4 dəfə artırıldı. Hörmətli ABŞ, sizcə, niyə? Əslində, töhmət olunmalı deyildilərmi? Avropada PKK-nın nəzarətində olan yüzlərlə tikinti şirkəti, ABŞ-da isə PKK-ya məxsus onlarla neft sindikatları mövcuddur. ABŞ PKK-nı "terrorçu təşkilat" kimi tanıdığına görə, deyir ki, "bizim PKK ilə əlaqəmiz yoxdur, ümumiyyətlə, onlara yaradılan biznez şəraitindən xəbərimiz yoxdur".

ABŞ istənilən məsələdə konkret fikir söyləyə bilir, təkcə Qarabağ problemindən söz düşəndə, yalnız bu cümlələrəi eşidirik: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üsrə danışıqların intensivləşdirilməsinə ümid edir. Biz tərəfləri danışıqlar masası arxasında səyləri iki dəfə artırmağa, diqqəti region əhalisinə sülh gətirə biləcək faydalara yönəltməyə çağırırıq". Bir sözlə, ABŞ sadəcə "ümid edir", "danışıq masasına" dırmaşmaqdan danışır...

Ermənilər indi məhkəmə qurublar, bütün dünyanı bürüyən bu rüsvayçı məhkəmədən ABŞ-ın "xəbəri" yoxdursa, Minsk Qrupunun həmsədrliyindən rədd olub getmələrinin vaxtı deyilmi!?

Digər xəbərlər