PDF Oxu

Köşə

  • 1 799

Eldar Namazov erməninin "dayısına" güvənir

Eldar Namazov erməninin "dayısına" güvənir

Artıq erməninin dünyada nə qədər bic, öz xislətinin reallaşması üçün istənilən qədər tülkülüyə gedən, çörəyi dizinin üstündə olan "millət" olması haqqında danışmağa dəyməz. Çünki erməninin kim olduğunu hər kəs çox yaxşı bilir. Ona görə də yenidən erməniçilik haqqında mövzu açmağın yeri yoxdur. Amma erməniçilik sevdası bitib-tükənməyən azərbaycanlılar barədə danışmaq üçün hər zaman yeri var. Bu günə qədər Leyla Yunus, Arif Yunus, Xədicə İsmayıl və s. tipli ünsürlərin adıçəkilən "millətə" qarşı sevgi bəslədikləri barədə o qədər məlumat verirlib ki, açığını deyim, mənim özüm də bu kimi yazılar yazmaqdan bezmişəm. Çünki qozbeli qəbir düzəldər deyib atalarımız. Ancaq yenə də açığını deyim ki, bunların qozbellərinin məzarda da düzələcəyinə inamım-zadım qalmayıb. Axı erməniyə "dayı" deyənlərdən başqa nə gözləmək olar axı?

"Dayı" demişkən, yadıma rus, ingilis, fransız, amerikalı eləcə də erməni "dayıları" bol olan Eldar Namazov düşdü. Demək, həmin bu Eldar Namazov "Azərbaycan Naminə İctimai Forum"un rəhbəri kimi gedib-çıxıb Finlandiyaya və orada Ermənistanın keçmiş milli təhlükəsizlik naziri, azərbaycanlıların qatı düşməni David Şahnazaryan ilə birgə bəyanat yayıb. Guya bunlar Dağlıq Qarabağ məsələsinin uzanmasından o qədər narahat olublar ki, gediblər Skandinav ölkəsinə və orada buzları əritməyə çalışıblar. Amma unudublar ki, elə Skandinaviyanın özü buzlar ölkəsi adlanır. Oralarda buz-filan əriyib-eləməz. Qısası, Eldar Namazov bu dəfə erməni "dayısı" Şahnazaryanda pənahını axtarıb və nəticədə Şahnazaryana yaxınlığı ilə seçilən erməni lobbisi Eldarın cibinə bir balaca görüm-baxım ediblər. Nəticədə, Eldar Davidin nə qədər "sülhməramlı" millətin nümayəndəsi olduğunu reklam edib. Sən demə, həmin bu David Şahnazaryan da Qarabağ probleminin həllinin tezləşdirilməsində və burada hər iki xalqın vətəndaş cəmiyyətinin rol oynamasında maraqlı olmasında fəaliyyət göstərmək istəyirmiş. İnanan daşa dönsün! Yəni erməninin kim olduğunu yuxarıda dediyimə görə, onun tülkülüyü barədə digər fikirləri yazıb, vaxt uzatmaq istəməzdim.

Amma Eldar Namazova gəldikdə, bu fərdin nə qədər ikiüzlü, riyakar və öz mənafeyini güdən adam olduğu barədə bir balaca da olsa yazmaq istərdim. Yazmaq istərdim ki, Eldar Namazov bu qədər Qarabağ probleminin həllini istəyirdisə, hazırda öz dədə-baba torpqalarında məhkəmələri gedən azərbaycanlı girovlarımızın azadlığa buraxılması istiqamətində bəyanat yayardı. Tutardı Şahnazaryanın yaxasından və ondan tələb edərdi ki, ermənilərin vətəndaş cəmiyyəti bu məsələni qabartsın və girovların işğal olunmuş ərazilərimizdən geri qaytarılması tələb edilsin. Ancaq bunu etmədi. Çünki belə şeylər Namazovun "siyasi kontekstinə", ya da "konsepsiyasına" aid olan zad deyil. Belə ki, o, yalnız pul-para məsələsində öz erməni "dayısına" güvənir. O da ki, nəyə görə güvənir bəlli məsələdir. Qarşıdan 2015-ci ilin parlament seçkiləri gəlir. Namazov da öz maddi vəziyyətini daha da yaxşılaşdırmaq üçün üzünü tutub Şahnazaryan dayısına tərəf. Tutub ki, əgər deputatdan-zaddan seçilib eləsəm, siz ermənilərin işğalçılıq siyasətinin davam etdirilməsi üçün parlamentdə əlimdən gələni əsirgəməyəcəyəm. Ruslar demişkən, "vot v çyom fakt!". Vəssəlam!

Digər xəbərlər