PDF Oxu

Köşə

  • 1 753

AXCP Müsavatdan necə qisas alacaq?..

AXCP Müsavatdan necə qisas alacaq?..

Yadınızdadırsa, 2000-ci ildə AXCP parçalandı və KXCP adlı yeni partiya yaradıldı. Yəni AXCP-dən ayrılanlar KXCP-ni yaratdılar. KXCP yaradılan kimi Müsavat onu tanıdı və hər cür "dostluq" nümayiş etdirdi. Tarix təkrar olunur, bəs bu gün necə olacaq? Bu gün də Müsavat parçalanır, artıq fraksiyalar yaradılır və yaxın günlərdə yeni yaradılan partiyalar elan olunacaq. Maraqlıdır AXCP Müsavatdan ayrılıb frkasiya və ya partiya yaradanların qurumlarını tanıyacaqmı!? Güman ki, hə. AXCP məhz bu məsələyə görə Müsavatdan qisasını alacaq, niyə də almasın. Elə Fuad Qəhrəmanlının bununla bağlı mətbuata verdiyi açıqlama öncədən deməyə əsas verir ki, AXCP Müsavatdan gedənlərin yaratdıqları yeni qurumu tanıyacaq: "Biz hələ bu barədə müzakirə aparmırıq. Müsavatda hələ ki, o proseslər gedir. Onlar yeni qurum yaradandan sonra biz müzakirə eləyib, onları tanıyıb-tanımayacağımız barədə qərarımızı verəcəyik". Bu fikir dolayısı ilə təsdiqlənir. İndi Əli Kərimli də sevindiyindən kef eləyir, yaxınlarına da tez-tez bu ifadə ilə sarılır: "Müsavat ADP-nin yanına getdi, hər kəs bizə ümid edəcək". Bu adamcığaz həqiqətənmi belə düşünür?!

Əvvəllər Müsavat funksionerlərinin otaqlarında M.Ə.Rəsulzadənin şəkli ilə bərabər, Ə.Elçibəyin də şəkli asılırdı. Biri sağda, biri də solda. Heyif o kişilərdən. İndi gör kimlərin başı üstündən üzümüzə baxırlar. Elə iki gün bundan öncə Elçibəyin Müsavat qərargahında olan sonuncu iri şəklini də partiyanın "kaptorka"sına atıblar. Kişilər Ə.Kərimliyə olan hirslərini, qəzəblərini vaxtilə özlərinin də "mənəvi atamız" dedikləri Elçibəyin şəklindən çıxırlar. İ.Qəmbər və A.Hacılı "Milli Şura"nın mitinqinə niyə gəlmədi? Göndərdiyi casuslar xüsusilə rəngarəng görünürdü. Meydanın qırağında hər müsavatçının əlində bir telefon, hərəsi birinə məruzə edirdi, İ.Qəmbərindən tutmuş A.Hacılısına, G.Aslanına qədər məruzə edilirdi. Həkim dostlarımızdan biri deyir ki, "icazəsiz mitinqlərdə iştirak edən müsavatçıların və cəbhəçilərin pul müqabilində azad olunması üçün 1 il ərzində 5-6 min pulum çıxıb. Özüm də borca düşmüşəm". Sən demə, müsavatçılar həbs edilən kimi, AXCP-dən Nurəddin Məmmədli dərhal həkimi telefonla yığıb "doxtur, nə qədər kömək edə bilrsən? "deyirmiş. İndi o azadlığa çıxmasına pul verilən gənc gədə nə həkimi tanıyır, nə də düzəlib adam olub. Ortada udan Nurəddindir! Ortada udan ha! Heç görmüsünüzmü ki, AXCP-nin maaş cədvəlində böyük hərflə qarşısına "X" qoyulan adamların adlarını Nurəddin açıqlasın? Ola bilməz e. Sadəcə deyir ki, bu yekə "X" yekə adamların göndərdiyi əmanətdir.

Digər xəbərlər