Bu ad elə-belə yadıma düşmədi. Çünki bu adın altında 20 ildir ki, Azərbaycan xalqının gözünü döyənək edən o qədər zəhlətökən fərdlər dayanıb ki...Onlardan biri də söz yox ki, AXCP sədri Əli Kərimlidir. Görünür, qarşıdakı bələdiyyə, ondan sonra gələn parlament seçkilərinə qədər və seçkilərdən sonrakı dövrlərdə də biz onun haqqında hələ çox yazacağıq. Nə qədər ki, özü siyasi səhnədən və xalqın qarşısından üzüsulu getməyib, o vaxtadək yazacağıq. Çünki bu fərd bilavasitə bir cəhənnəm şeytanıdır ki, yapışıb millətin ətəyindən əl çəkmir ki, çəkmir. Yaxşı deyiblər ki, adamda abır-həya yaxşı şeydir. Ancaq abır-həyanın olması üçün insanda gərək bir balaca vicdan da olsun. Həmin vicdan isə bu gün hakimiyyətə gəlməkdən ötrü bütün çirkin əməllərə əl atmağa hazır olan Əli Kərimlidə əsla yoxdur!
Bir halda ki, özünün "lider" olması üçün öz ağsaqqalının (Əbülfəz Elçibəyin -R.) həyatına sui-qəsd təşkil edərək, onu zəhərlədəndən hansı vicdanı gözləyəsən??!! Bilavasitə Ə.Elçibəyin sayəsində əldə edilən partiyanın maliyyə fondunu oğrulayaraq mənimsəyən oğrudan hansı abır-həyanı görəsən??!! Öz lideri xəstə ikən, ona Türkiyədən göndərilmiş 100 min dollarlıq maddi köməyi Kələkidən Bakıya oğru əlaltıları ilə qaçıran, həmin pulların vasitəsilə xəyanətkar "Yurd" qruplaşmasını Elçibəyə qarşı istiqamətləndirən şərəfsizdən hansı əqidəni tələb edəsən??!! "Azadlıq" qəzetini ələ alaraq məhz həmin mətbu orqanın səhifələrində "Əbülfəz Elçibəy siflis xəstəsidir, bu gün-sabahlıqdır", "Elçibəydən daha lider olmaz", "Elçibəy müxalifəti çökdürəcəkdi...Əli Kərimov olmasa idi" tipli yazılar dərc etdirən satqından daha hansı "kişiliyi" və "mərdliyi" axtarıb üzə çıxarasan??!!
Bir sözlə, bu gün hakimiyyətə gəlmək uğrunda bütün çirkin əməllərə hazır olan Əli Kərimli, həqiqətən də antimilli təhlükə mənbəyinə, parazitinə, amöbünə çevrilib. Çünki onun varlığı bundan o yana inkişaf etməyib. Əbəs yerə deyil ki, bu, həmin Ə.Kərimlidir ki, onun ən yaxın qohum-əqrəbası, əzizləri ondan imtina ediblər. Bu, həmin Əli Kərimlidir ki, heç bir yerdə işləmədiyi halda, Allahın beş manat dövlət maaşını almadığı vəziyyətdə, ildə 80 min dolları (!!!-R.) gül balasının təhsil haqqı üçün Londona göndərə-göndərə onun təhsilini "başa vurdurdu". Arvadına Parisdə və Londonda brend parfüm malları satan dükanlar açdırdı. Sonra da durub deyir ki, ondan "təmiz", ondan "saf", ondan "pak" adam yoxdur. Bəli, o, özünü o qədər tərfiləyib, göylərə qaldırır ki, adamın başının tükü biz-biz durur.
Fəqət, hər şey göz qabağındadır. Hər kəs, yəni bilən bilir ki, Əli Kərimli millətə, xalqa və "cəbhəçilərə" qarşı o qədər xəyanətlər törədib ki, onun bu yolda tayı-bərabəri yoxdur. Ona görə də arada AXCP-nin orda-burda tədbirlərini keçirən bu rəzil fərd Azərbaycan hakimiyyətinin, Azərbaycan dövlətçiliyinin üzərinə qara yaxmağa cəhd edərkən, unutmamalıdırlar ki, onun bu xalq qarşısındakı xəyanətləri unudulmayıb. Yaxşı olardı ki, Ə.Kərimli və onu müdafiə edən binəvalar sürüsü onun həmin xəyanətlərini etiraf etsinlər. Əks halda qanunamüvafiq qaydada onun özü Azərbaycan xalqının qarşısında cavab verməli olacaq. Gec, ya da tez bu, baş verəcək. Bu, hətta sabah da baş verə bilər...