Söz sənətinin ali məqsədi həqiqəti yaymaqdır, obyektivlik isə əsas peşəkarlıq meyarıdır. Jurnalist hazırladığı məqalədə tənqid obyektinin mövqeyini araşdırmalı, sonra qənaətini bölüşməlidir. Lakin bu, mümkün olmadıqda, tənqid obyekti tələb edərsə, öz fikirlərini çatdırmağa çox qısa vaxtda ona şərait yaradılmalıdır. Daha dəqiq desək, plüralizm prinsipinə əməl olunmalıdır. Digər tərəfdən, yazıda şərhlər elə şəkildə ifadə edilməlidir ki, oxucu onu xəbərdən, faktdan ayıra bilsin, bunun məhz jurnalistin mövqeyi olduğunu anlasın. Beləliklə, jurnalist informasiya qaynaqlarına sayğılı yanaşmalıdır.
Xədicə İsmayıl haqqında fikir bildirmək tam yerinə düşür
Lakin bütün bunlara rəğmən, aramızda elələri də var ki, nəninki bu prinsiplərə əməl etmir, özlərini jurnalist kimi deyil, siyasi tərəfdaş, ya da "dahi siyasi araşdırmaçı" kimi göstərirlər. Belə bir məqamda Xədicə İsmayıl haqqında fikir bildirmək tam yerinə düşür. Erməni əsilli bu şəxs Azərbaycana, xalqımıza qarşı potoloji nifrətilə seçilir. Bu gün Xədicə İsmayıl ümummilli məsələlərdə bütün normaları pozur və qışqıraraq, insanlara aqressiv hücumlar etsə də, hələ də onun bu kimi sərsəm hərəkətlərinə göz yumulur. Yeri gəlmişkən, Xədicə İsmayılın hələ bir neçə il öncə "Azadlıq" Radiosunun Bakı bürosunun rəhbəri vəzifəsindən istefa verməsi də bir sıra qaranlıq məsələlərə söykənirdi. Çünki bu üzdəniraq erməni aşiqi istefasını yaradıcılığa daha çox önəm verməsilə əlaqələndirsə də, məsələnin kökündə yenə də Azərbaycan Xalq Cəbhəsi Partiyası və Əli Kərimli ilə bağlı məqamlar əsas yer alırdı. Başqa sözlə desək, onun istefasına səbəb "Azadlıq" Radiosunun Bakı bürosunun fəaliyyətinin ictimaiyyət tərəfindən ciddi tənqid olunması, eləcə də Xədicə İsmayılıın radionun internet səhifəsini AXCP sədri Əli Kərimlinin təbliğat ruporuna çevirməsi idi. O, öz fəaliyyəti ilə yalnız anti-Azərbaycan, ermənipərəst qüvvələrin və xaricdə olan ermənipərəst dairələrin alətinə çevrilmişdi.
Onun anti-Azərbaycan fəaliyyəti, Azərbaycan dövlətinə və xalqına qarşı fəaliyyəti, açıq ermənipərəst mövqeyi bir daha sübut edir ki...
Faktlar göstərir ki, Xədicə İsmayıl Azərbaycan vətəndaşı olaraq vətəndaşlıq mövqeyinin qanunsuz şəkildə davamına qəsdən şərait yaradırdı. Bu torpağın suyunu içib, çörəyini yeyib, havasını udaraq dövlətimizi bütün hallarda ləkələyərək, ölkəmizin mənafeyinə xələl gətirməyə çalışan Xədicə İsmayılın kimliyi "USAİD"-in qalmaqallı qrant müsabiqəsinə sənəd verəndə məlum oldu. Həmin qrant müsabiqəsində üç iddiaçı vardı. Bir müddət əvvəl "USAİD" 2,4 milyon dollar həcmində qrant müsabiqəsi elan etdi. Müsabiqəyə bir neçə iddiaçı vardı: - "İREX" və "İnternyus" təşkilatları. Növbəti iddiaçı isə öz çevrəsi ilə Xədicə İsmayıl idi. O, guya "araşdırma jurnalistikasının inkişaf etdirilməsi ilə bağlı layihə" təklifi verərək, əslində, bir sıra rəsmi şəxsləri ləkələməyə, nüfuzdan salmağa çalışırdı. Eləcə də onun Polşada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxış edən həmyerlimizə nümayişkəranə şəkldə etiraz etməsini də göstərmək olar.
Sirr deyil ki, Xədicə İsmayıl siyasi gündəmdə də olmağı sevən şəxslərdən biridir. Onun anti-Azərbaycan fəaliyyəti, Azərbaycan dövlətinə və xalqına qarşı fəaliyyəti, açıq ermənipərəst mövqeyi bir daha sübut edir ki, Xədicə İsmayıl Leyla Yunusun yolunu gedir. Leyla Yunusun yolunu gedənləri isə elə SDİ rəhbərinin aqibəti gözləyir. Artıq bu amil də özünü sübut etmək ərəfəsindədir.