Bəzən həyatda elə hallar da mövcud olur ki, həmin amillər bir-birləri ilə bənzərlik, oxşarlıq cəhətləri ilə daha çox nəzərə çarpır və bu cəhətlərin pis tərəfləri də, yaxşı tərəfləri də olur. Lap nağıllarda, əfsanələrdə, hətta real həyatda olduğu kimi. Xeyir və şər. Bu gün Azərbaycana qarşı şər qüvvələr yenidən fəallaşıb. İstər Avropada, istər Amerikada, istərsə də burada. Onların hər biri əlində olan bütün imkanlardan istifadə etməklə ölkəmizin qüdrətinə qarşı badalaq vurmağa çalışırlar. Lap o günləri Avropa Parlamentinin müəmmalı sədri Şults kimi! Həmin bu Şults yenə durub-durum Azərbaycan hakimiyyəti ilə amiranə tonda danışmağa cəhd edib. Düzdür, ölkəmizin müvafiq siyasi dövlət strukturları Şultsu yerinə otuzdurub. Amma fakt budur ki, avropalı parlamentarilərinin sədri nədənsə Leyla Yunus haqqında narahat olmağa başlayıb. Hansı ki, Leyla Yunusun kim və nə olmasını kifayət qədərimiz bilirik. Bu öz yerində.
Ancaq gəlin görək, Leyla Yunus nəyə görə Martin Şultsun, eləcə də xarici beynəlxalq təşkilatlarının bu qədər marağına səbəb olmaqdadır? Bəri başdan deyim ki, burada əsas məsələ erməniçilik amilinin mövcudluğudur. Leyla Yunus da erməni aşnalarının və onları Avropada dəstəkləyənlərin sevimli bəndəsidir. Beləliklə, bu günlərdə sapı özümüzdən olan baltalar, şər qüvvələr yenidən fəallaşıblar. Şər qruplar xalqın, dövlətin əldə etdiyi uğurlara nəinki sevinmir, hətta düşmən münasibəti bəsləyərək bu nailiyyətin üstünə kölgə salmaq, onu qaralamaq üçün bütün gücünü səfərbər edir. Bununla yanaşı, Azərbaycanın şər-şabata düşmənləri ilə sıx iş birliyi quran şər qruplar ölkəmizin imicini, yüksələn nüfuzunu ləkələməyi sanki özlərinə borc bilirlər. Hələ bu da azmış kimi, şərə, şeytana, iblisə xidmət edən bu kimi idbarlıq nümayəndələri "hüquq müdafiəçisi" adı altında simasızlıqlarına maskalar taxmağı da unutmurlar. Əbəs yerə deyil ki, bir çoxları, yəni sağlam düşüncəyə malik olan ictimai rəy çoxluğu onu Vətəninə və dövlətinə qarşı çıxış edən ən xəyanətkar məxluq kimi tanımaqdadır. Təbii ki, bu gün özünü "hüquq müdafiəçisi" kimi təqdim edən Leyla Yunusu onu bu titulda tanıyanlardan fərlqi olaraq, normal düşüncəyə malik olanlar erməni xidmətçisi kimi tanıdıqlarını qeyd edirlər.
Cəmiyyət isə belə "həyat fəlsəfələrini" çoxdan görüb. Hətta vaxtilə Leyla Yunusun yolunu gedən bəziləri şərə xidmət etdiklərini anlayaraq, ziyanlı yollarından geri dönüblər. Ancaq Leyla Yunus bu gün də öz iyrənc yolunu davam etdirməkdədir. Məhz Avropa Parlamentinin sədri Martin Şultsun və onun kimilərinin dəstəyi sayəsində. Ancaq bu dəstəyin bir gün dibindən sınaraq, yerə düşəcəyi gün də yaxındadır. Çünki Azərbaycan cəmiyyəti belə halları çox görüb. Hətta bir gün həmin bu Şults qayıdıb Azərbaycan xalqından üzr də istəməli olacaq. Çünki onun özü də Leyla Yunus kimi satqınların öz dövlətinə qarşı hansı çirkab hərəkətlər etdiyini yaxşı bilir. Ən azından, Şults yaxşı olardı ki, bu suala cavab versin. Cavab versin ki, əgər hər hansı bir alman hüquq müdafiəçisi öz ölkəsinin milli-dövlətçilik maraqlarını xarici ölkələrin birinə satsa, onun başına sığal çəkiləcəkmi? Vesrin cavabı biz də görək hansı cavabı verir, mister Şults!