PDF Oxu

Köşə

  • 2 033

BU DA SÜBUT!

BU DA SÜBUT!

Bu günlərdə dövlətə xəyanət ittihamı ilə həbs edilən Leyla Yunusa çox sevdiyi Ermənistandan və çox sevdiyi erməni rəfiqəsi Laura Baqdasaryandan "ürək yanğılı" bir məktub göndərilib. Laura Bqdasaryan isə Ermənistanın "Reğion" tədqiqat mərkəzinin direktorudur. Bu, həmin tədqiqat mərkəzidir ki, Leyla Yunusu erməni kəşfiyyatı ilə sıx bağlarla bağlayıb. Maraqlısı da budur ki, bilavasitə erməni kəşfiyyatı ilə bağlı olan tədqiqat mərkəzinin direktoru, Leyla Yunusun sevimli "podruqası" Baqdasariyan sözügedən məktubunda onun həbsindən və səhhətindən narahat olduğunu dilə gətirib. Dilə gətirməklə, əslində, bir çox məsələləri etiraf edib. Məsələn, erməni "haxçisi" "podruqası" Leyla Yunus "haxçisi" haqqında dizinə döyə-döyə "Azadlıq" Radiosunun erməni xidmətinə deyib ki, uzun müddətdir ki, Leyla Yunusa məktub yazmaq istəsə də, buna tərəddüd edib: "Leyla Yunusla bağlı belə bir məktubu yazanda tərəddüdlü idim. Yerevandan Leyla Yunusa dəstək və simpatiya kimi qələmə verilən, bu da onun vəziyyətini daha da ağırlaşdırardı".

Baxın, Baydasaryan nə deyir?

Deyəndə ki, bu erməni bicbalalara bel bağlamaq olmaz, o saat buradakı Leyla Yunus havadarları tumanlarını başlarına çəkib, haray-şüvənçilik qaldırırdılar. Sən demə, "xalq diplomatiyası" səmərə verəcəkmiş. Həmin "səmərəni" isə artıq gördük...Belə yerdə adama qayıdıb deyərlər ki, di get! Gör ki, vaxtilə erməni aşnalarıyla qol-boyun olub, öpüşüb "çaşqa-loşqa" olan Leyla Yunus, elə həmin o "çaşqa-loşqa" aşnaları tərəfindən necə tələyə salındı!

Baxın həmin Baqdasaryan nə deyir? Deyir ki, guya həmin məktubu Leyla Yunusa yazmaq istəmirdi, amma sonradan bu qərara gəldi. Amma bu simpatiya və dəstək kimi qələmə veriləcəkdi (?!-R.). Yaxşı, a Laura, erməni köpəyoğlunun qızı, əgər sən belə fikirləşirdin ki, sənin məktubun Leyla Yunusun vəziyyətini ağırlaşdıracaq və s. onda niyə həmin məktubu yazdın?! Bir daha təkrar edirəm, bax, budur erməniyə "bacı", "dayı", yaxud da "dədə" deyib real nəticəsini görmək! Leyla Yunusun vəziyyətinin ağırlaşdırılmasına gəlincə isə, əslində, bu vəziyyəti özü üçün elə özü də ağırlaşdırıb. Ona görə də rəfiqəsi Laura heç də narahat-zad olmasın. Uzağı aldığı qarantlardan beş-on dram (erməni pul vahidi) atar Leylanın ağzına, o da onu bağışlayar.

Başqa tərəfdən, Baqdasaryanın toruna düşən yalnız Leyla Yunus deyil. Həm də Leyla Yunusun toruna düşən Rauf Mirqədirovdur! Bu gün Avropa Parlamentində, digər beynəlxalq təşkilatlarda ciddi-cəhdlə müdafiə olunan Leyla Yunus və Rauf Mirtqədirovun işləri belə getsə, daha da çətinə düşdü. Çünki birincisi onlar erməni kəşfiyyatına xəfiyyəlik ediblər. İkincisi, həmin xəfiyyəliyi uzun müddət idi ki, rədd etsələr də, artıq bu xəfiyyəlik sübut olundu. Özü də kim, kim, məhz verbovka olunduqları Laura Baqdasaryan tərəfindən.

Maraqlıdır, bu gün Leyla Yunusu az qala "mələk" kimi təqdim edən Əli Kərimli, Xədicə İsmayıl, eləcə də müdafiə komitələrinin üzvlərinin bundan sonra danışmağa dilləri olacaqmı? Məncə, olacaq. Bilirsinizmi niyə? Ona görə ki, siyasi həyasızlıq, simasızlıq bunların hamısının bezlərinin qırağına yazılıb. Yəni belələri boyunlarına aldıqlarını çoxdan alıblar. Bu səbəbdən, əgər sabah yenə də köhnə ampluaları çərçivəsində "Leyla Yunusa azadlıq" şüarlarını bağıracaqlarsa, bundan heç də təəccüblənməmək lazımdır...

Digər xəbərlər