PDF Oxu

Köşə

  • 2 151

Rüstəm İbrahimbəyov yenə də susur...

Rüstəm İbrahimbəyov yenə də susur...

Uzun müddətdir ki, səsi-sədası gəlməyən "Milli Şura"nın "fəxri sədri" Rüstəm İbrahimbəyov yenə də susmağında israrlı olduğunu nümayiş etdirməkdədir. Hətta bu gün Əli Kərimli və onun kimi səs-küyçülər Leyla Yunus haqqında boğazlarını yıtrmalarına rəğmən, İbrahimbəyov bu prosesə də münasibət bildirmir. İlk baxışdan isə görünən budur ki, qoca kinorejissor artıq əlini hər şeydən üzüb. Baxmayaraq ki, həmin bu Leyla Yunus ötən prezident seçkilərində, yəni İbrahimbəyov Cəmil Həsənlidən qabaq namizəd seçiləndə onun buna layiq olduğunu bar-bar bağırırdı. Məsələn, deyirdi ki, "İbrahimbəyova hamı - Astaradan Qubaya, Qazaxdan Salyana qədər və siyasi baxışlarından asılı olmayan hər kəs səs verəcək, çünki o, birləşdirən fiqurdur. Nəhayət, Rüstəm İbrahimbəyov qorxmayacaq və hakimiyyətin təzyiqinə tab gətirəcək bir insandır".

İndi isə fakt budur ki, hətta onun haqqında bərli-bəzəkli sözlər deyib pafoslar qatan Leyla Yunusa "siyasi məhbus" donu geyindirənlərə belə dəstək verməkdən çəkinir Rüstəm İbrahimbəyov. Demək, belə çıxır ki, əslində o, heç nəyə tab gətirən adam-zad deyilmiş! Bu, öz yerində...

Necə deyərlər, bu da bu!

Hələ bu harasıdır? Leyla Yunus vaxtilə onu da bar-bar bağırıdı ki, əgər Rüstəm İbrahimbəyov keçid dövründə ölkəyə rəhbərlik etsə, ikicə ilə islahatlar aparıb, müxalifətçiləri ağ günə çıxaracaq. Amma nəyi gördük? Gördük ki, bu adam Allahın sənədləşmə işlərini belə axıra kimi görüb-qurtara bilmir! Məsələn, vətəndaşlıq məsələsini çözə bilmədi və yerini verdi Cəmil Həsənliyə. Necə deyərlər, bu da bu!

Ancaq bu da son deyil. Əgər Leyla Yunus iddia edirdisə ki, Rüstəm İbrahimbəyov qorxmazdır, geri çəkilməzdir-filandır, yaxşı, onda nəyə görə bu günə qədər gedib gizlənib xaricdə və Azərbaycana gəlməkdən qorxur? Görmüşük ki, qorxmaz, mübariz adam heç nəyə fikir vermədən, hətta həyatı təhlükəyə düşərsə belə, atacağı addımını atar. Bu da baş vermədi. Demək, Rüstəm İbrahimbəyov həm də qorxaqdır!

Leyla Yunusdan ona görə küsüb ki...

Anlaşılandır ki, Rüstəm İbrahimbəyov vaxtilə Leyla Yunusun onun barəsində işlətdiyi pafoslu sözlərinə görə, indi-indi anlamağa başlayıb ki, hansı vəziyyətə düşüb. Yəni özünü hansı vəziyyətə gətirib çıxarıb. Görünür, İbrahimbəyov Leyla Yunusun əlindən zəncir çeynəyir. Bəhanəsi odur ki, niyə onda olmayan xasiyyətləri elə-aləmə car çəkib, onun barəsində yalanlar danışıb. Axı o, heç də mübariz, qorxmaz adam deyil.

Bu baxımdan, İbrahimbəyov Leyla Yunusdan yamanca küsüb. Küsdüyünə görə də onun barəsində fikir-zad bildirmir.

Digər xəbərlər