Və ya sonradan qeyrətə gəlmək
Düz 50 yaşı var Hüseyn Abdullayevin. Ancaq buna baxmayaraq, hələ də ailə sahibi olmayıb. Ancaq bilinən budur ki, bu vaxta qədər hoydu-hoydu ilə yaşayıb və cəmiyyətdə "razborşik" kimi tanınır. Üstəlik onun əməllərində cinayətlər var. Özü də çox! "Razborşik" Quskanın zamanında əlinin altında silahlı "ordusu" o qədər insanlara zülm edib ki...
"Quska" bu gün kişiliyini Əli Kərimlinin yanında axtarır
Hələ XX əsrin 90-cı illərinin ikinci yarısında "Quska" Azərbaycan dövlətinin imicinə, nüfuzuna zərər vuran çox pisliklər edib. Amma indi hər şey üzə çıxmaqdadır. Məsələn məlumdur ki, "Quska"nın qaniçən və qəddarlıq əməlləri bu gün də bir sıra insanlar tərəfindən xatırlanır. Hətta onun qudurğanlığı o həddə çatmışdı ki, bəzi şəxsləri belə öz kabinetlərində döyürdü. Budur həmin bu "şair" və "ürəyiyuxa" "Quska"! "Quska" bu gün kişiliyini Əli Kərimlinin yanında axtarır. Hansı ki, bir "gey"in yanında kişilik axtarmaq elə ən böyük qəbahətdir! Yəqin ona görə AXCP sədri Ə.Kərimlinin sevimlisinə çevrilib H.Abdullayev! Ancaq dədələrimizin bir sözü var, kişi düşmən olanda da gərək kişi kimi düşmən ola. Ancaq "Quska" kişi kimi belə düşmən olmağı bacarmır. Çünki Ə.Kərimlinin yanındadır! Ə.Kərimlinin yanında olmağın özü NAKİŞİLİKDİR!
Bu gün onun Almaniya banklarında 100 milyon pulunun olduğunu da bilən-bilir. Bu pullar isə Azərbaycanda sadə vətəndaşlara qarşı törədilən soyğunçuluq, "razborka" və cinayətlər yolu ilə əldə olunan pullardır. İndi durub ağzına gələni danışır. Xaricdə otura-otura. Amma Azərbaycan gəlib bu sözləri deməyə cürəti çatmır ! Bilirsiniz niyə? Çünki qorxur!!! "Susma" deyib Almaniyada pivə içməklə deyil ki, "Quska"!
Beləliklə, bu "adam" qudurub və elə bilir ki, çapıb-taladığı pullar hesabında nə istəsə danışa bilər. Düzdür, demokratiyadır. Amma bəzi hallarda həmin demokratiyanı adamın özünə elə yedizdirərlər ki...Çünki demokratiya meyarlarını aşmaq, ağzına gələni danışıb iy vermək heç də normal düşüncə deyil, "Quska"!
P.S. Sonradan qeyrətə gəlmək isə yaxşı əlamət deyil...