Karl Marksın "Dekabristlər üsyanı" haqqında çox gözəl bir fikri var. Sual ediblər ki, "Dekabristlər" üsyanı niyə məğlub oldu? "Bu üsyan ya çox tez başlamışdı, ya da çox gec" deyə cavablandırır. Bəzən özüm də ətrafa baxanda bir neçə ilə gec doğulduğuma özümü inandırmaq istəmirəm. Bu boyda iyrənclikmi olar? Heç kim özünü vaxtında və zamanında doğulmuş insan hesab eləmir. Mən həmişə optimist olmuşam, heç vaxt bədbin düşünməmişəm, cəzasız qalacağımı da düşünmürəm. Əgər kimsə bütün qərarların hər gün sabunla yuduğu dəridən-sümükdən ibarət olan əllərində olduğunu düşünürsə, "Müdir, siz özünüzə yaxşı baxmadığınıza görə sizdən icmişəm" deyəcək qədər aşağı enə bilirsə, təkəbbür boynundakı bir neçə manatlıq parça qalstukunu qarnının üstünə aşırırsa, bir nazirəmi, deputatamı zəng vuracaq səlahiyyətdə olub özünü "fəzilətli", "qüdrətli", "güclü" hiss edirsə, artıq heyvan olduğunu anlamalıdır.
Bir tərəfimizi soyuq qış bürüyüb, mərmisi, işğalı, yağısı doluşub bura. Bir tərəfdən dünyanın Şimal ayısı qonşumuzdur, pəncəsinə düşməməyə çalışırıq. Bir tərəfdə "ağ ayıların "nəzərindən" uzaqıq, o biri tərəfdə də dənizə söykənmişik. Çiyinlərimiz qabar bağlayıb, neftindən tutmuş balığına qədər dilənçisi olmuşuq. Bu ölkənin otuzdan, yüz iyirmi beşdən, iki yüzdən, iki mindən, onların da bir o qədər əlaltılarından biri də deyilik. Hələ də qana bilmir ki, biz sənin əlinə vermişik, məsələn, qələmindən, peçatından tutmuş bahalı siqaretinə qədər. Səndən əmr sahibimi olar?
Bütün bunlardan sonra keçək mətləbə. Biz hətta metroda "Azadlıqa" getmək üçün "20 Yanvar"dan keçməli oluruq. "Şuşa" restoranı tikirik, bər-bəzəkli, amma nə getməyə pulumuz çatmır, o birinə də getməyə qeyrətimiz. Əldə edə bilmədiklərimizi o qədər sevməklə məşğuluq ki, əlimizdə olanları sevməyi çoxdan unutmuşuq. İndi qış gəlir, dekabrın, yanvarın, fevralın soyuğunu sən hiss edəndə, soyuq divarların Merlin Manro "rəzaləti" səni haqlayanda bəlkə bir balaca qanmağa başladın. Amma bu da alınmayacaq. Çünki fevraldan sonra mart - Novruz gəlir. Məhz elə mənasız cüzi bir bayram sevinci sənə haqqı qanmaqda mane olacaq.