PDF Oxu

Köşə

  • 1 694

PARÇALANIN Kİ, PARÇALANASINIZ

PARÇALANIN Kİ, PARÇALANASINIZ

Bundan əvvəl də keçirilən prezident və parlament seçkilərində müxalifət birlik təşəbbüsləri göstərsə də, nəticədə birliyə nail olmağı bir yana qalsın, əksinə, mövcud olan bloklarını da parçalayıb. Hələ 2010-cu ildə keçirilən parlament seçkiləri öncəsi müxalif partiyalar birləşmək və seçkilərə birgə getmək barədə danışıqlar aparsalar da, cəmiyyət əks proseslərin şahidi oldu. 5 il ərzində mövcud olan "Azadlıq" bloku dağıldı. Seçkilərdən sonra bir sıra müxalif partiyalar "İctimai Palata" adı altında birləşməyə cəhd göstərdi. Lakin zaman göstərdi ki, müxalifət birliyə nail olmağı bacarmır. Çünki bu qurum da göztərdi ki, prezident seçkilərində vahid namizəd məsələsində razılığın əldə edilməməsi təşkilatdakı vəziyyəti günü-gündən daha da gərginləşdirdi və partlayış həddinə çatdırdı. Həmin partlayış indi də "Milli Şura"nın yaranması ilə nəticələnib. Fəqət, 2013-cü ilin prezident seçkiləri də bu qurumun yararsızlığını sona çatdırdı.

Onlar 2000-ci ildən başlayaraq bəzi beynəlxalq təşkilatlarla, Azərbaycan xalqının iradəsinə zidd gedən xarici qüvvələrlə əməkdaşlığa başlayıblar. 2005-ci ildən etibarən onların bu əməkdaşlıqları, həmçinin ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Rino Harnişin təşkilatçılığı ilə görəcəkləri işlər, eyni zamanda hakim komandanın tərkibində yer alan bəzi adamların dövlət çevrilişinə dəstək vermələri ifşa olundu. 2008-ci ilin prezident seçkilərində isə radikal müxalifət boykot qərarı verməklə, Azərbaycan xalqının iradəsinə hörmətsizlik etməklə, seçkinin nəticələrinin beynəlxalq aləm tərəfindən tanınmamasına çalışdı. Bunun da sifarişi bəlli ünvanlardan gəlmişdi. Lakin xalq onlara etimad göstərmədi və nəticədə özlərini seçki prosesindən sadəcə təcrid etdilər. 2010-cu ilin parlament seçkilərində də eyni ssenari üzrə hərəkət edib fiaskoya uğradılar. Onların son antimilli fəaliyyəti isə 2013-cü ilin prezident seçkilərində oldu. Kinorejissor Rüstəm İbrahimbəyovun ortaya atılması, "Milli Şura"nın yaradılması əvvəlki xəttin yeni formada davamı idi. Radikal müxalifət bu dəfə də Rusiya faktından istifadə etməyə çalışdı. Lakin nəticə onların istədiyi kimi deyil, məhz xalqın istədiyi kimi oldu!

İstənilən birliyin məqsədi və məramı olmalıdır

Görünən isə budur ki, bu seçki ilində müxalifətin heç bir bloku yaranmayacaq, əksinə, olanlar da dağılacaq. Çünki onların heç bir elektoratları yoxdur. Öz partiyaları ola-ola müxtəlif adlar altında üç adam bir təşkilat yaradır, beş adam bir təşkilat yaradır. Öz partiyalarının adı o qədər hörmətdən düşüb ki, onun adını çəkmək istəmirlər və başqa-başqa təşkilatlarda birləşməyə çalışırlar. Lakin istənilən birliyin məqsədi və məramı olmalıdır. Digər tərəfdən isə həmin adamlar xalqla, insanlarla bağlı olan adamlar olmalıdırlar. Bu xüsusiyyətlərin heç biri müxalifətdə yoxdur. Olmadığına görə də parçalanırlar. Belə yerdə isə bir sözü demək lap yerinə düşər - parçalananın ki, parçalanasınız. Biz də görək ki, haraya qədər gedirsiniz.

RƏFİQƏ

Digər xəbərlər