PDF Oxu

Köşə

  • 1 781

Müsavatda demokratiya yox, quldarlıq prosesi gedir

Müsavatda demokratiya yox, quldarlıq prosesi gedir

Bu gün ölkədə sahibkarlıq kifayət qədər inkişaf edir və söz yox ki, bu kimi faktorun təməlində iqtisadi inkişaf amili dayanır. İnsanlarımız bu faktoru əsas götürərək, müxtəlif iş strukturlarında sahibkarlıq amilinin müxtəlif istiqamətlərində fəaliyyət göstərirlər. Bunu hər kəs bilir. Amma hazırda mən iqtisadi inkişaf barədə yazmağı düşünmürdüm. Sadəcə, bəzi siyasətbazların siyasəti bizneslə səhv saldıqları üçün köşənin başlanğıcını bu motivdə qoydum. Yəni mövzu başqadır. Mövzu isə budur ki, indi sahibkarlıq məsələsi o qədər inkişaf edib ki, hətta bəzi müxalifət partiyalarına da sirayət edib. Məsələn, bu gün ölkədə bir-birlərinə qənim kəsilən AXCP və Müsavat kimi partiyalar və onların rəhbərlikləri həmin təşkilatlara şəxsi biznes obyekti kimi baxırlar. Və bunu yalnız biz deyil, elə həmin partiyalarda fəaliyyət göstərən tərəflər də deyirlər. Götürək, uzun illərdir ki, Müsavatda canını qoyan müsavatçı Məhəbbət Muradovu. O günlər bu şəxs durub deyib ki, təmsil olunduğu təşkilat siyasi qurum deyil, məhz İsa Qəmbər və Arif Hacılı tərəfindən obyektə çevrilmiş biznes, gəlir mənbəyidir. Təbii ki, bu fikirləri M.Muradov elə-belə deməyib. Çünki ortada daha bir vacib məsələ dayanıb. Belə ki, M.Muradov da partiyanın köhnə və yeni rəhbərliyinin əməllərini ifşa etdiyi üçün Müsavatdan qovulub. Eləcə də digər keçmiş müsavatçılar buna bənzər məsələlərə görə, təşkilat sıralarından uzaqlaşdırılıblar. Çünki düz söz həmişə adamı yandırıb. Beləliklə, Muradov partiyadan qovulmasını belə izah edib: "Mənim məhkəməyə şikayət edəcəyimdən qorxaraq partiyaya üzvlüyümü bərpa etdilər. Daha sonra əvvəl olduğu kimi nizamnamə pozuntusuna gedərək bərpa qərarını ləğv etdilər".

Ancaq bu harasıdır ki...Onun partiyadan uzaqlaşdırılması isə guya müsavatçının öz əqidədaşlarını sosial şəbəkədə söyməsi olub. M.Muradov isə bunu təkzib edir. Onun sözlərinə görə, yazdığı fikirlərin heç birində heç kimin adı çəkilmir və heç kimə qarşı aşağılayıcı fikirlər səsləndirməyib: "Qubad İbadoğlunun təşəbbüsü ilə mənim müdafiəmlə bağlı kampaniya başladılmışdı. Həmin kampaniyaya 500-dən artıq müsavatçı imza atdı. Onlar gördülər ki, bu, kifayət qədər güc deməkdir və mənim məhkəməyə şikayət edəcəyimdən çəkinərək rayon təşkilatının sədrinə bərpa olunmağımla bağlı göstəriş verdilər. Bir növ Nazim Əliyevə "nə qələt etmisənsə, düzəlt" göstərişi verildi. Mən Nazimlə uzun illər yaxın olmuşam. Hətta ailəvi dostluq münasibətimiz də olub. O, əlildir və buna görə mən əlilə qarşı hansısa söz demək istəmirəm. Ümumiyyətlə mən əlillərlə mübarizə aparmıram. Amma o savadsızdır, traktorçu işləyir və nə də nizamnamədən, nə məramnamədən başı çıxmır. Ona deyiləni edir. Müsavatın hazırkı rəhbərliyi istəyirdi ki, etdikləri səhvi düzəltsin, amma bu dəfə də nizamnamə pozuntusuna getdilər və özlərinin qərarını özləri ləğv etdi. Çünki mənim partiyada olmağım onlara sərf etmir.

Mən ömrü boyu Müsavatda müxalif olmuşam. Bütün qanunsuzluqlara qarşı çıxmışam. Mən olduğum müddətdə də o təşkilatda nizamnamədən kənar heç bir addım atıla bilməzdi. Ona görə də belə etdilər. Hələ 22 oktyabr qərarında nizamnaməni pozmuşdular. O vaxt mənim iştirakım olmadan, xəbərdarlıq, töhmət və uzaqlaşdırma etaplarını gözləmədən çıxarılan qərar qanunsuz idi. İndi də eyni qanunsuzluqlarını davam etdirirlər. Bu yollarla işimi əngəlləmək, siyasi fəaliyyətimə kölgə salmaq istəyirlər. Lakin bu, baş tutmayacaq...Bu gün İsa Qəmbər və Arif Hacılı Müsavata obyekt kimi baxır. Mən illərlə İsa Qəmbərə xidmət etmişəm. Lakin heç vaxt ona qarşı namərdlik etməmişəm. Bu gün mənim Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatında olmağım onları narahat edir. ADR yaxın günlərdə daha da genişlənəcək və hazırkı Müsavatdan qat-qat güclü bir təşkilata çevriləcək".

Bax, məsələ də budur! Məsələ budur ki, uzun illər canını bu partiyanın yolunda qoyan, döyülən-söyülən bir müsavatçını həmin xidmətlərinə görə dalından təpik vurularaq atırlar çölə. Lap Amerikadakı sahibkarların xoşlarına getmədikləri fəhlələri öz obyektlərindən qovduqları kimi. Necə deyərlər, Müsavatda demokratiya deyil, əməlli başlı quldarlıq prosesi gedir...

Digər xəbərlər