PDF Oxu

Köşə

  • 1 641

DİALOQDAN İMTİNA EDƏN DEMAQOQLAR

DİALOQDAN İMTİNA EDƏN DEMAQOQLAR

İqtidar-müxalifət dialoqunun növbəti raundu da başa çatdırıldı. Artıq son iki ayda ikinci dəfə baş tutan dialoq mühiti isə belə deməyə əsas verir ki, Azərbaycanda bir-ikisini çıxmaq şərtilə normal müxalifət partiyaları nəzərə çarpmaqdadır. Yəni bu amil ən əsası, radikalizmin, dağıdıcılığın qarşısını alır. Bu isə müsbət məsələdir. Çünki ictimai rəy də siyasət mexanizmində radikalizmə qətiyyətlə "yox" deyir.

Ancaq məsələ yalnız bunda deyil. Məsələnin daha bir tərəfi AXCP və Müsavatın həmin dialoqa qatılmamaları qərarıdır. Məsələn, Müsavat partiyasının sabiq başqanı İsa Qəmbər partiyanın itqidar-müxalifət görüşünə qatılmamasına dair qərarını dəstəkləyib və bununla sübut edib ki, həm o, həm də əzəli düşməni olan Əli Kərimli hələ də meydan təfəkküründən ayrılmağı bacarmayıblar. O da sübut edilib ki, bunların hər ikisi həm də siyasi demoqoqiyayla məşğuldurlar. Yəni əllərində dialoqa qatılmamaları üçün heç bir əsasları olmadığına görə, indi də siyasi demoqoqluq etməklə məşğuldurlar.

Guya bu oturub və Müsavata saxta yolla gətirdiyi yeni başqan Arif Hacılının fəaliyyətini izləyib və nəticədə dialoqa qatılmaması qərarını da alqışlayıb. Ancaq adama deyərlər ki, ay İsa, bax, sənin təmsil olunduğun partiya dialoqa qatılmaması ilə nə əldə etdi, yaxud da itirdi? Bax, onda cavab belə olar - Müsavat dialoqa qatılmaması ilə dialoqa qatılan müxalifət partiyaları tərəfindən növbəti etimadsızlıq əldə etdi. İtirdiyi isə hakimiyyətlə danışıqlara gedərək, partiyasının gücləndirilməsi üçün şans oldu. Yəni öz iradlarını hakimiyyətə bildirməklə, Müsavat nə isə əldə edə bilmək şansına malik ola bilərdi. Amma olmadı. Çünki Müsavat partiyası sabiq başqan İsa Qəmbər başda olmaqla, demoqogiya ilə məşğul olur.

Elədə də həmin ifadələri AXCP-yə də aid etmək olar. Hətta İsa Qəmbərdəki demoqogiyadan daha çoxu Əli Kərimlidə var. Fəqət, illər keçsə də, onların müxalifətçilik dövrləri bir qərinəyə yaxınlaşdıqca, onlar daha da demoqoqlaşırlar. Ancaq bunun faydasını görmürlər. Belə də ki, demoqoqlaşırlarsa da, demoqoqlaşmırlarsa da öz işləridir. Yaxşı ki, Müsavat-AXCP rəhbərliyi həmin dialoqda iştirak etmədilər. Yoxsa, bu demokratik mühit havasını korlaya da bilərdilər.

Digər xəbərlər