PDF Oxu

Köşə

  • 1 772

SİLİNMƏZ DAMĞA

SİLİNMƏZ DAMĞA

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham olunaraq həbs edilmiş "Sülh və Demokratiya İnstitutu" adlı təşkilatın təsisçisi və direktoru Leyla Yunus ətrafında dağıdıcı düşərgədə polemikalar davam etməkdədir. Nə qədər qəribə olsa da "bulanıq suda balıq titmaq" sevdasına düşmüş bir sıra ermənipərəst beynəlxalq təşkilatlar bu məsələdə daha çox canfəşanlıq etməkdədir. Leyla Yunusa vəkillik edən həmin təşkilatlar bir az da irəli gedərək, səlahiyyət həddini aşmaqla ölkəmizin daxili işinə müdaxilə etməkdən belə çəkinmirlər. Çox təəssüflər ki, Vətənini, dövlətini, millətini cevən insanlar üçün Vətənə xəyanət rəmzi qazanmış Leyla Yunusun əməlləri nə qədər ağrıdıcıdırsa, Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən beynəlxalq təşkilatlar üçün bir o qədər önəmlidir. Çünki ölkəmizdə daim xaos, qarşıdurma görmək istəyən həmin maraqlı dairələr mütəmadi olaraq ermənipərəst mövqeyi ilə fərqlənən Leyla Yunus faktorindan gen-boluna istifadə etməyi bacarıblar. Digər tərəfdən, bu qüvvələr üçün anti-Azərbaycan fəaliyyətində bulunan "hüquq müdafiəçisi"ni kəşf etmək elə də çətin məsələ deyil. Nəzərə almaq lazımdır ki, Leyla Yunus ömrü boyu ermənipərəst mövqeyi ilə seçilib, əməlləri ilə erməni maraqlarının təminatçısı kimi tanınıb. Azərbaycan dövləti və millətinə qənim kəsilmiş Leyla Yunus demək olar ki, bütün fəaliyyəti dövründə Azərbaycan xalqına düşmən münasibəti göstərib. Bir çox hallarda ermənipərəst mövqeyini gizlətməyərək beynəlxalq ictimaiyyətdə ölkəmiz haqqında mənfi rəy formalaşdırmağa çalışıb. Heç kimə sirr deyil ki, onun Azərbaycan haqqında reallıqdan uzaq, böhtan xarakterli məlumatlar yayması dəfələrlə ölkəmizdə ciddi narazılıqla qarşılanıb. Azərbaycan ictimaiyyətinin nümayəndələri düşmən dəyirmanına su tökən Leyla Yunusun mütəmadi tamaşaya çevirdiyi hay-küyünə tutarlı cavab verib və ölkəmizin nüfuzuna xələl gətirmək istəyən şəxsi qınayıblar. Qınayıblar ona görə ki, necə insan, vətəndaş və ən nəhayət qadın olasan ki, yaşadığın, torpağı üzərində gəzdiyin, çörəyini yediyin ölkəni belə asanlıqla yada sata biləsən. Amma görünür, bu unsana Vətəni satmaq, Vətənə namərd gülləsi vurmaq elə də çətin məsələ deyil. Çünki belə bir yol tutmaq onun xislətindən irəli gəlir.

O da təsadüfi deyil ki, erməni xüsusi xidmət orqanlarının sifarişi əsasında bu ölkənin mətbuatı daim Leyla Yunusu müdafiə edir, yerli və xarici KİV-lərdə, müxtəlif xarici və beynəlxalq təşkilatlarda onun həbsi ilə bağlı məsələni qabardır. Bununla erməni ideoloqları "satqın cütlükləri" tək qoymayacaqlarına mesaj vermiş olurlar. Söz yox ki, L.Yunus primitiv şəkildə sovet hakimiyyəti dövründə tanınmış dissidentlərin dəst-xəttini təkrarlamağa, özünü onlarla bir cərgəyə qoymağa çalışır. Lakin fakt ondan ibarətdir ki, Azərbaycan ictimaiyyəti onun əməlləri barədə kifayət qədər məlumatlıdır. Onların hansı mənbədən qıdalandıqları, hansı qüvvələrin təsiri altında olmaları heç kimə sirr deyil.

Müstəqillik dövründən bəri bu "hüquq müdafiəçisi" özünün radikal və təxribat xarakterli bəyanatları ilə dövlətimizi gözdən salmaq niyyəti güdüb. Bununla kifayətlənməyərək istər Azərbaycanda, istərsə də, ölkə xaricində Ermənistan nümayəndələrinin çağırışları ilə üst-üstə düşən bəyanatlar səsləndirməklə Azərbaycan hökumətinə təzyiq etmək niyyətində bulunub. Daha doğrusu, açıq-aşkar həmin qüvvələri Azərbaycana təzyiq etməyə çağırıb. Bu şəxsin iddiaları o qədər böyük olub ki, hətta Azərbaycanın Avropa Şurasına qəbulunun, Azərbaycanda "Eurovision" mahnı yarışmasının və Bakıda Avropa Oyunlarının keçirilməsinin əleyhinə bəyənatlar səsləndirib. Məhz bu kimi fəaliyyət onun Vətən xaini simvoluna çevrilməsini labüd edib. Bu labüdlük artıq onun alnında damğaya çevrilib. Özü də silinməz damğaya...

Digər xəbərlər