PDF Oxu

Köşə

  • 1 679

Qərblə bizim fərqlərimiz

Qərblə bizim fərqlərimiz

Köhnənin Qərbi

Orta əsrlərin sandıq ədəbiyyatlarında Qərb ölkələri əməlli-başlı tənqid olunur. Təkcə ona görə yox ki, bu ölkələri inqilablar, üsyanlar bürümüşdü, həm də ondan ötrü ki, ədiblər Qərb insanının gələcək taleyini əvvəlcədən görə bilirdilər. Təsəvvür edin ki, Viktor Hüqo "Səfillər" romanında kilsələr, monastrlarla bağlı o qədər incə mətləblərə toxunur ki, sanki bir görücünün gələcək haqqında proqnozlarını oxuyursan. Bu gün müsəlman dünyasında əxlaqsızlıq kimi qəbul edilən hər hansı bir hadisə hələ XV-XVI əsrlərdə qərblilərin kilsələrində, monastrlarında baş verirdi. Qısası, Roma həmişə "mərkəz" rolunu oynayıb, Roma sirkuldur. İstər yeraltı dünyanın gizli qurumları, istər "mütərəqqi dəyərlərin" dünyaya, xüsusilə də, müsəlman dünyasına ixracı, istərsə də bu gün imtina edə bilməyəcəyimiz bütün formal dəyərlər məhz Romanın vahid nöqtədən cızdığı çərçivənin içindədir. Bu gün Qərb üçün din elə də önəmli amil deyil, dindən bir alət kimi istifadə edirlər. Amma vaxt var idi, dini fanatizm və radikallıq Avropanı cənginə almışdı. Q.Qaliley, C.Bruno dini fanatizmin, nadanlığın, cəhalətin, radikallığın qurbanları idilər. Lakin bu gün Avropa müsəlmanları radikallıqda, dini fanatizmdə suçlayır. Onlar terrorçuluğun, radikallığın bətnidir və bütün bunları bizdən yaxşı bacarırlar. Bəs niyə Qərb dövləti Şərq dövlətindən daha güclüdür, daha sadə dildə desək, nə üçün xristian, Avropa ölkəsi müsəlman ölkəsindən daha güclü görünür?

Əsas səbəb budur

Bunun bir cavabı var: Qərbdə vətəndaşlıq, bizlərdə isə vətənpərvərlik hissi daha güclüdür. Vətənpərvərlik- vətən uğrunda ölmək, canını fəda edə bilməkdir. Vətəndaşlıq isə vətən uğrunda xidmət göstərmək, hansısa bir kəşf etmək, töhfə vermək. Şübhəsiz ki, vətənə olan istək, sevgi hər ikisinin kökündə dayanır. Bir sözlə, biz ölmək, onlar öldürmək üçün yaşayırlar. Amma Qərəbin özündə də vətənpərvərlik hissinin güclü, vətəndaşlıq hissinin isə zəif olduğu dövlətlər var, ona görə də güc təlqin edə bilmir. Məsələn, Şotlandiya. Bəlkə də elə bu cür yaxşıdır!? Ağlınız "Cəsur ürək" filmindəki fantastik səhnələrə getməsin. Şotland xalqı həqiqətən də əsl vətən fədailəridir, dünyanın üç ən vətənpərvər xalqlarından biridir.

Kilsənin təməl daşında nə var?

Yadımdadır ki, bir neçə il bundan öncə Dağlıq Qarabağın işğalı ilə bağlı danışan italyan "kimin Qarabağda daha çox dua mərkəzi (məscid, kilsə, monastr) varsa, o torpaqlar da onundur. Hələ 498-ci ildə Qarabağda Aquen kilsə məscidi yaradılandan sonra bu bölgədə baş verənlərdən xəbəri olmayan italyandan heç bir ağıllı qərar gözləmək düz deyil. Bu gün Erməistanın özündə də kilsələrin divarları məsciddir. Məscidin minarəsini söküb qızıl suyuna çəkilmiş xaçı bu məscidin başına yapışdırıb mənimsəməklə və ya müsəlnmanlara məxsus məscidləri mənimsəyib xristian kilsəsi etməklə Qarabağı da mənimsəmək olmaz. Bu gün Ermənistanda istənilən kilsəni söküb təməlində araşdırma aparsan, hansısa azərbaycanlı bəyin, xanın, hacının "....filankəs filakəs oğlu filan ildə inşa etdrmişdir" yazılmış lövhəsini oxuyacaqsan.

Digər xəbərlər