PDF Oxu

Köşə

  • 1 774

Rəngbərəng Emin

Rəngbərəng Emin

Köhnə metoddan istifadə etdilər, RATİ-nin rəhbəri Emin Hüseynovu antik çekistlər kimi rəngləyib səfirliyə soxdular. Saçlarının yarısını ağ, yarısını da göy qurşağı etdirib, gözünə eynək vurub, özünü ahıl görkəmə salıb və beləcə öz doğma ölkəsində casus deşiyinə dürtmələnə bildi. Əhsən! Ancaq bu metod Eminin başı üçün deyildi, incəliklə işləyib hazırlayıblar.

Kimin o qədər pulu olsa, sahibkarlıqla məşğul olar da. Milyonları harda gizlətmək olar axı? Ya gərək hansısa bir işə sərmayə ayırasa: ya evdə yatırdasan, ya da ki banka depozit qoyasan. Əgər həqiqətən çirkli pullar deyildisə, həqiqətən də bu pullar məqsədli şəkildə verilməmişdisə, o zaman Emin sahibkarlıq fəaliyyətini etiraf etməli idi. Burda qəribə nə var ki? İstənilən Azərbyacan vətəndaşı sahibkarlıqla məşğul ola bilər: kimin pulu varsa, biznesmen olsun. Xədicənin, Eminin başqa biznesmen və biznesledilərdən nəyi əskikdir ki... Zalım uşaqlarının əməlli-başlı pulu var imiş.

Hər şeyi müdafiə etməkmi olar? Təki iqtidara gələk deyə, bu yolda erməni ilə də dostluq etmək olarmı? Emini ən çox müdafiə edən "Turan"ın rəhbəri Mehman Əliyevdir. Eminin səfirliklərə, xaricdə bağlı olduğu adamlara aldığı pulların müqabilində gördərdiyi siyahıda əksər layihələrin rəhbəri kimi Mehman Əliyevi göstərilir. Guya vətəndaş cəmiyyətinin formalaşması istiqamətində layihələr həyata keçirirlər.

Eminin bu layihələrindən birinə iştirakçı kimi dəvət olunmuşdum, müzakirələrdə iştirak etməli idik. Keçirilən dinləmələrdə cəmi 3-4 nəfər azərbaycanlı var idi. Qalanları hamısı xarici səfirlikərin əməkdaşları və turistlər idi. Hamı ingilis dilində danışırdı, Azərbaycanca bir kəlmə belə kəsmək istəyən yox idi. Kimin ağlına nə gəlirdisə, Azərbaycan dövlətini o formada da ittiham edirdi. Bəzi QHT rəhbərləri də dinləmələrə sonradan gəldilər. O QHT-lər ki, məhz Eminin vasitəsilə xaricdən milyonlar alıb Azərbaycanla bağlı çirkin öhdəliklər götürürlər. Eminin qardaşı Mehmanın özünü kəkilli fərə kimi aparmasının da bəzi sirləri açılır. Yaman bic qardaşlar imişlər. Şəhərdə piyada gəzmək, günü bir dönərlə başa vurmaq, bir manatlıq çayxanada oturmaq...

Biz nə İsveçrə, nə də ABŞ səfirliyinə deyə bilmərik ki, niyə belə edirsiniz? Əslində onlar öz işlərini görürlər.

Digər xəbərlər