"Azadlıq" Radiosunun əməkdaşlı, xarici kəşfiyyata işləyərək, milli dövlətçilik maraqlarımızı satan, üstəlik, bu günlərdə ona qarşı daha bir neçə ittiham maddəsi irəli sürülən Xədicə İsmayılın erməni dayılarına buladığı quyruğu deyəsən bu dəfə qapı arasında möhkəm ilişib qalıb. Buna görə də vəkili ilə görüşərkən, həmin məruz qaldığı qorxusunu, düşdüyü vahiməsini yazdığı ismarıc məktubu vasitəsilə Kürdəxanı təcridxanasından çölə çıxartdırıb. Yəni Xədicə həm qorxur, həm də depressiyadadır. Bunu onun özü də etiraf edib. Sadəcə, "qorxmaz" tipajlı artistlik "məharəti" ilə və dolayı yollarla.
Əslinə qalanda, "Yeni ittihamlar vecimə də deyil, mənim burda olmağım hakimiyyətin məndən qorxduğunu göstərir", yaxud da "Yeni ittihamlar hüquq-mühafizə orqanlarının nə qədər absurda yuvarlandığını göstərdi" ifadələri ilə gündəmə çıxmağa cəhd edən Xədicə İsmayıl ilk öncə sübut edib ki, o öz çirkaba bulaşdığı həyatında həqiqətən də vecsizin biridir. Onun heç vaxt dövlət, millət və s. bu kimi maraqlar vecinə olmayıb və buna görə də vecsizliyi sayəsində daim erməni maraqları altına yıxılıb. Xədicə İsmayıl həm də ona görə vecsizdir ki, gah zənci ilə, gah da digərləri ilə pornovideogündəminə gələndən sonra özükimilərlə bərabər mətbuata çıxıb özünü "qeyrət-namus" dağarcığı olması, üstəlik lazım gələrsə, ermənilərlə də bir yastığa baş qoya biləcəyini "mərdü-mərdanəliklə" bəyan etməsi məsələsi onun bu vecsizliyini kifayət qədər sübuta yetirib!
Bu gün Xədicə İsmayıl göstərdiyi "şücaətlərinə" görə, guya hakimiyyətin ondan "qorxduğunu" iddia edir. Demək onun sərsəm, əsassız və yararsız ifadələrindən belə çıxır ki, əgər birisi, yəni istənilən fərd ölkədə mövcud olan qanunları pozursa, dövlət isə onu törədtiyi əməllərinə görə həbs edirsə, demək, hakimiyyət həmin fərddən qorxur?! ABSURDDUR!!! Yaxud, hakimiyyət, dövlət qanun pozuntusuna yol verənləri tutmamalıdırmı, qanunları ayaq altına alıb zəməlidirmi? BU DA ABSURDDUR!!!
Xədicə bu cür ittihamları ilə həm də cinayətlərin cəzasız qalması tərəfdarı olduğunu sübuta yetirmiş olur. Əcəba, əgər Xədicə İsmayıl çöldə-bayırda olarkən, ona qarşı kmisə istənilən bir cinayəti törədərkən, o, həmin cinayəti törədən cinayətkarın azadlıqda qalaraq, digərlərinə qarşı da eyni cinayət törətməsininmi tərəfdarıdır? Göründüyü kimi, bu belədir. Çünki onun özü də cinayət əməli törədəndir və "düşüncəsinin" alt qatı cinayətlərə, cinayət törədən fərdlərə "haqq qazandırmaq" funksiyası ilə işləyir. Bilirsinizmi niyə? Ona görə ki, Xədicə artıq, törətdiyi cinayət tərkibli əməllərinə görə çox peşman olub. Sadəcə, kini-küdurəti, içəridə qalaraq, erməni dayılarından daha çox pul qazanmaq istəyi və kor olmuş bəsirəti bunu deməyə, etiraf etməyə heç cür ona imkan vermir...
Hələ bu, harasıdır? Xədicə İsmayıl nə qədər depressiyaya düşdüyünü öz dili ilə etiraf edərək, bunu "dostlarının" üzərinə yazıb. Guya o, heç də "depressiyaya" düşməyib və onu tanıyanların onun içəridə olmasından dolayı "depressiyaya" düşdüklərini dilə gətirib. Amma onun dostları bu gün heç də depressiyada-filanda deyillər. Hətta Xədicə onların yadlarından çoxdan çıxıb və unudulub. Bu belədir, 100%!
P.S. Əgər filosof Nitsşe bilsəydi ki, onun dahiyanə fikirləri bir zamanlar Xədicə İsmayıl tərəfindən cılız şəkildə başa düşüləcək, həmin fikirlərə məhz Xədicə İsmayıl istinad edəcək, o, heç o fikirləri yazaraq, tarixdə öz imzasını qoymazdı. Məsələ filosofun "O şey ki, adamı öldürmür, o adamı güclü edir" kəlamındadır. Filosof burada demək istəyib ki, insan öləndə (cismani, yaxud da mənən-R.) son anlarında güclü olur. Lakin bütün bunlara rəğmən, ən sonda ölür. Bu baxımdan, Xədicənin dərindən depressiyaya düşməklə ölümlə üz-üzə qalmamaq iddiası reallığı əks etdirmir. Çünki Xədicənin özü də yaxşı bilir ki, o, düşdüyü siyasi bataqlıqda ölümə məhkum olub. Ona görə də DEPRESSİYADADIR...