Açığı deyim ki, ABŞ xüsusi xidmət orqanlarının həyata keçirdikləri əməliyyatları lentə almağı xoşlayır, hətta uğurlu kəşfiyyat əməliyyatından sonra bir film də çəkirlər. Bir sözlə, AzTV-də, ANS-də, ATV-də baxdığınız Amerikan filmlərinin çoxu baş vermiş hadisələrdir. 2012-ci ildə Hollivoodda "Arqo" adlı film çəkilmişdi, baxanlar bilir ki, maraqlı filmdir.
1979-cu il noyabrın 4-də İranın paytaxtı Tehranda ABŞ səfirliyinin binası tələbələr tərəfindən ələ keçirilir və 66 nəfər personal girov götürülür. Ancaq 6 nəfər diplomat qaçaraq xilas ola bilir. 6 nəfər səfirlik əməkdaşı Kanada səfirliyində və İngiltərə səfirinin evlərində gizlənirlər. 6 səfirlik əməkdaşını Tehrandan qaçırmaq üçün CİA-da qərargah qurulur və plan hazırlanır. Plana görə, guya Hollivud "Arqo" adlı elmi-fantastik film çəkilişlərini başlanmalı idi. Çəkiliş planına əsasən, filmin bəzi hissələri də İran ərazisində lentə alınmalıymış. Bu əməliyyatın İrandakı işlərini özbək əsilli müsəlman Nəzər təşkil edir. Əməliyyat 11 gün davam edir və Hollivudda qurulan saxta "Altıncı studio" "Arqo" filmini çəkmək üçün saxta hazırlıqlara başlayır. Los-Anceles şəhərində dərc olunan kinojurnallarda "Arqo" filminin çəkilişlərinin başlaması ilə bağlı elanlar verilir. Daha sonra CİA agentləri kino çəkənlər adı ilə Tehrana gedərək, 6 səfirlik əməkdaşını çəkiliş qrupunun üzvü kimi Tehran Hava Limanı vasitəsilə İrandan çıxararaq, Amerikaya aparır və nəhayət CİA-nın ən uğurlu əməliyyatlarından olan "Arqo"ya film də həsr olunur.
Qısası, Emin Hüseynov, Xədicə İsmayıl və Leyla Yunusu Azərbaycanda çıxarmaq üçün Qərb dairələri müxtəlif ssenarilər qurdular, hətta müvəqqəti fəaliyyət göstərmək üçün ofislər də açdılar. Amma bu, mümkün olmadı. Eminin ABŞ səfirliyinə təqdim etdiyi "məni xilas edin" məktubunun qəbul edilməməsi də sadəcə iz itirmək üçün idi. İsveçrə səfirliyinə də "dobro" verən elə ABŞ-ın ölkəmizdəki səfirliyi olub. Loru dildə desək, 2:1 oldu hesabımız. Xəyanətkarlardan ikisini tuta bildik, biri isə, səfirlikdə gizlədildi. İndi çalışırlar ki, Emini hansısa formada ölkədən çıxarsınlar. Ancaq bunun iynə ilə gor qazmaq qədər çətin olduğunu bilirlər. Hələ ki, düşünürlər. Yəqin ki, Emini qaçırtmaq üçün ən optimal variant kimi Olimpiya Oyunlarını seçiblər. Ölkəyə minlərlə insan gələcək.
P.S. Məlumata görə, ABŞ səfirliyi əməkdaşlarının bir hissəsini ABŞ-a göndərərək CİA-dan yeni əməkdaşların göndərilməsini istəyib. Deməli, hansısa plan hazırlanır. Hazır olmalıyıq.