PDF Oxu

Köşə

  • 2 218

"... Bir gün hər kəslə görüşəcəyik"

"... Bir gün hər kəslə görüşəcəyik"

Qadınlar qeybət edəndə deyirlər ki, qadındır da, qeybət onsuz da qadın işidir. Kişi qeybət edəndə "siyasətdir" deyirlər. Bir siyasətçini gətir, 1990-cı illərin əvvəllərindəki hadisələri danışsın, başdan-ayağa qeybət olacaq. Bir səhifə də olsun tarixi reallıqdan danışa bilməyəcək. Normal insan bunu qanır. Bu, axmaqların işidir. Çünki axmaqlar heç vaxt bağışlamırlar və heç vaxt unutmurlar. Bugünkü dövrdə 1990-cı illərin əvvəllərinə məxsus videolardan, lent yazılarından göz qaytaran, qorxu çıxaran, uşaq qorxudan metod kimi istifadə olunur. Əgər istəyirsən ki, orta məktəbdə oxuyan azyaşlı uşağına xəyanətin, satqınlığın ən incə detallarına qədər öyrədəsən, ona indidən hər şeyi izah edəsən, o zaman parlamentin cəbhəçilərdən, müsavatçılardan ibarət olan dövrünü ona göstər. Aç youtube-u, qoy baxsın! Bundan başqa, əgər istəyirsən ki, mürəbbə bankalarına qarışqa yığışmasın, o zaman İbrahim İbrahimlinin cavanlıq şəklini bankaya yapışdır. Fərqi yoxdur, bu "bəylərdən" hansının cavanlıq şəklini vursan, bir dənə də qarışqa mürəbbəyə yaxın gəlməyəcək.

"Turan"ın başçısı Mehman Əliyevin xəstələnməsi çoxunuza bəllidir. Yaman soyuqlayıb, bütün bədəni ağrıyır. Ağrımasın neynəsin, trenajora gedir. İşçisi ayı 100 manat olan trenajora, özü də Teatr Xadimləri İttifaqının binasında yerləşən trenajor zalına. Ayı 25 manata üzv olub. Türkün sözü, qaldırır - qoyur. Özü də birdən-birə ştanqın altına girmək hansı ağıllı adamın işidir ki!? Bütün əzələləri ağrıyır. Yadımdan çıxmamış deyim, vaxtilə M.Əliyevin "QAĞAXAN" ( o boyda sənətkarın adını guya öz dilimizə uyğunlaşdırıb) dediyi şəxs vəfat etdi. Türk dünyasına ağır itki üz verdi, böyük Kayahan ölmədi, sadəcə dünyasını dəyişdi. Böyük insan son müsahibəsində "... bir gün hər kəslə görüşəcəyik" deyib vidalaşdı. Başımız sağ olsun!"

Ümumiyyətlə, bu həftə dünyada çox hadisələr baş verdi: Yəmən daha çox bombalandı, İrana sanksiyalar ləğv edildi, Türkiyədə ürək ağrıdan olaylar yaşandı. Azərbaycanda da çox şey ortaya çıxdı: Elşad Miri etiraf elədi ki, özü də nəcis yığnağı olan vəhhabiliyin bir qırığıdır, Mustafa Hacıbəyli Eynulla Fətullayevin Rusiya xüsusi xidmət orqanlarında xidmətdə olduğunu bəyan elədi, bəzi televiziya rəhbərləri açıq şəkildə etiraf etdilər ki, onlar mənəviyyata yox, reklama, pula işləyirlər... Bu həftə nə az, nə çox düz 5 reket sayt da yarandı. Bu 5 saytın bir rəhbəri var, hər ay da 500 manat "müəyyənləşdirilmiş" gəliri olacaq. Bir sözlə, kimi tasa otuzdurublarsa, günahları öz boyunlarına.

Digər xəbərlər