PDF Oxu

Köşə

  • 2 131

Sadəcə, AYIBDIR!

Sadəcə, AYIBDIR!

"Milli Şura" bu dəfə də meydana daxil olmadı, girdi. Girməklə daxil olmağın fərqi çoxdur. Onların 5 aprel mitinqi də əsl "1 aprel zarafatı" idi. Özləri özlərini necə lazımdırsa, elə də aldatdılar. Heç olmasa, ildə bir gün, aprelin 1-də bir-birinizi aldatmayaydınız da. "Milli aktyorların" yalanının ən azı isbatlamaq üçün bir saat əvvəldən "Məhsul"da bitməkdən başqa yolum qalmadı. Qapının ağzında dayandım, meydana girənləri ağına-bozuna baxmadan barmaqla saymağa başladım. Jurnalistləri, "qoltuğunda top" mitinqin qurtarmasını gözləyən fotbol oyanamaq istəyən azyaşlı uşaqları", hüquq-mühafizə orqanlarının əməkdaşlarını, yolunu azıb "Məhsul"a girənləri çıxsaq cəmi 400-500 adam var idi mitinqdə. Amma "Milli Şura" bəyan edir ki, guya mitinqdə 10 min adam olub. İnsan sizin ucbatınızdan öz gözlərinə şübhə eləyir. Şəhadət barmağı ilə Əli Kərimlini göstərib bizlərdən "Bu kişi Etibar Məmmədovdur?" deyə soruşan mitinq iştirakçıları da oldu. Gültəkin Hacıbəylini göstərib "ala, Rəqsanə də burdadır ki..." deyənlər də oldu. Bir sözlə, əsl mırt dolu bir tamaşa oldu. Şəxsən mənə ən çox ləzzət eləyən Cəmil Həsənlinin "düüdd, düüüüüüüüüüüd, düd-düd-düd" zurna sədası altında meydana daxil olması, Əli Kərimlinin də qaz balası kimi onun quyruğu ilə sürünməsi oldu. Bu adamlar hələ də 1980-ci illərin zurna-balabanının həvəsindədirlər, meydana elə girirlər, elə bil ki, qız köçürdüb-oğlan evləndirirlər. Açığı, "Milli Şura"nın bu mitinqi siyasi tədbirdən daha çox, xınayaxdı mərasiminə oxşayırdı. Təsadüfi deyil ki, elə buna görə də bu mitinqə bir toyluq adam gəlmişdi.Mitinqin ortasında sifəti uzunsov tərəvəzlərdən heç də fərqlənməyən bir cəbhəçinin şər-böhtanı tribunadakıları vəcdə gətirdi. Guya binadan mitinq iştirakçılarına kartof-soğan atırlarmış. Bunun dalınca da Əli Kərimlinin "atın, siz kartof atın, biz də mitinqə davam deyəcəyik" şüarı ətrafdakı ət dükanlarının da ətini tükətdi. Ətiniz tökülsün... Ən maraqlısı bu oldu ki, "Musavat.com" saytı "Milli Şura"nın mitinqindən adı bir foto da vermədi. Necə deyərlər, Müsavatın da başı yaman qarışıb, camaat seçkilərə hazırlaşır, Müsavatda hələ də arvad davası gedir. Pənah Hüseyn, Oqtay Gülalıyev, Aslan İsmayılov meydana girən kimi (onlar daxil olmurlar, girirlər), küncə qısılıb tum çırtdatmağa başladılar. Hələ də anlaya bilmirəm ki, özünü radikalların xoruzuna çevirmiş Aslan İsmayılova nə üçün bu mitinqlərdə bircə dəfə də olsun söz verilmir? Həmişə də gəlib küncdə dayanıb çıxıb gedir. Axı bu adam bütün hüquq maddələrini sizin boyunuza uyğun tətbiq eləyir, heç olmasa, söz verin.İranla-"Altılıq" ölkələri arasında baş tutan tarixi razılaşmanı bütün ölkələrdə təhlil etdilər, proqnozlar qoydular, bir sözlə, hamı təqdir etdi. Bizim radikal müxalifət də bu razılaşmaya münasibət bildirdi. Əli Kərimli İranla-"Altılıq" ölkələri arasındakı razılaşmanı 5 aprel mitinqi ilə əlaqələndirdi. Yalan demirəm, açın oxuyun! Görəcəksiniz ki, uğursuzluq cəhənnəmə, savadsızlıq adamı lap biədəb göstərirmiş.

Digər xəbərlər