PDF Oxu

Köşə

  • 2 156

ERMƏNİLƏRİN PAPASI, YAXUD İT-İTİN AYAĞINI BASMAZ

ERMƏNİLƏRİN PAPASI, YAXUD İT-İTİN AYAĞINI BASMAZ

Bizlərdə deyərlər ki, it itin ayağını basmaz. Həqiqətən də belədir. Məsələn, adi və şahidi olduğum bir misal gətirim. Qonşuluğumuzda yaşayan bir kişi iki dənə alman köpəyi saxlayırdı. Hər səhər onları gəzdirər, zamanında çimizdirər, yeməklərini də xüsusi dükandan alırdı. Bir gün səhər həyətdə küçə itlərinin hürmələrinə yuxudan oyandım və gördüm ki, yazıq kişinin üstünə azı dörd-beş dənə süləngi küçə itləri düşüb və...

Onun uzun illərdir saxladığı alman köpəkləri də qoşulub həmin süləngi itlərə və binəvanın şalvarının ətəklərini dartışdırırlar. Birtəhər həmin itləri digər qonşularımla bərabər yzaıq kişinin ətrafından uzaqlaşdırdır. Lakin onda bir daha şahidi oldum ki, həəə, həqiqətən də it itin ayağını basmazmış!

Xristian ailəsinin bir çox əsrlərdir ki, islamofobiya səbəbindən doğan düşmənçilik mövqeyi

İndi əziz oxucu, bu məsələ elə-belə, havadan yadıma düşməyib. Çünki bu günlərdə Roma Papası Françeskonun "erməni soyqırımı"nı tanıması həmin misalın reallığını sübuta yetirib. Təbii ki, ermənilərin qondarma iddialarının tanınması, qardaş türk toplumu ilə yanaşı, Azərbaycan ictimai rəyində də hiddətlə qarşılanıb. Çünki o da daha öncədən bəlli idi ki, Roma papası 1915-ci ildə həlak olanları yad etmək üçün təşkil olunan tədbirdə 20-ci əsrin ilk soyqırımı qurbanlarının erməni topluluğu olduğunu söyləmişdi. Hələ bu da azmış kimi, öz sərsəm bəyanatına "ədalətli don" geyindirməyə cəhd göstərməklə, bu addımını "kilsənin cəsurluq tələb etməsi üçün" (?!-R.) atdığını demişdi. Ancaq burada hər hansı bir cəsurluqdan danışmağa belə dəyməz. Bu cəsarətsizlik, eləcə də xristian ailəsinin bir çox əsrlərdir ki, islamofobiya səbəbindən doğan düşmənçilik mövqeyindən başqa heç nə deyildi. Ona görə də bəri başdan "it itin ayağını basmaz" məsələni ortaya ataraq, Roma Papasının erməni katolikosu başda olmaqla, bütün ermənilərə papalıq etdiyini əminliklə iddia etmək olar.

Xocalı qətliamının soyqırımı olduğunu Vatikandakı balkonundan bəyan etsin

Əgər Fransisk bu qədər "ürəyiyanan", "ədalətli", "cəsur" və s. bu kimi meyarlara söykəndiyini iddia edirsə, 20-ci əsrin əvvəllərində sübuta yetirilməyən, tarixi faktlara söykənməyən erməni soyqırımını" bəh-bəhlə tanıdığını deyirsə, onda buyursun, ermənilərin dəfələrlə Anadoluda Azərbaycanda türk soyuna məxsus milyonlarla insanları qətlə yetirdiyini öz Vatikandakı balkonundan bəyan etsin. 20-ci əsrin əvvəllərində baş verən qeyri-dəqiq, yalançı "dəlilləri" bir kənara qoyaraq, 21 ƏSRİN (!!!-M.) SOYQIRIMI KİMİ BİR ÇOX DÜNYA ÖLKƏLƏRİNİN PARLAMENTLƏRİ TƏRƏFİNDƏN TANINAN XOCALI QƏTLİAMINI TANISIN.

Ancaq bunu etmir. Niyəsi və səbəbi isə bəllidir. Köşəmin başlanğıcındakı məsəl kimi...

Digər xəbərlər