Qərbə meyil etməyin, avropalaşmağın nə önəmi var axı! Əgər avropalaşmağı yalnız qısa geyinməkdə, lütlənməkdə, ağzına gələni danışmaqda və cəmiyyətdə sənə sərbəstliyin verilməsində görürsənsə, bu, artıq ən azından "F" hərfinin təsiri altına düşmək qədər alçaqlıqdır. Yox, əgər avropalaşmağı demokratik dəyərlərdə görürsənsə, bu dəfə daha böyük səhv edirsən. Avropa Parlementi qondarma erməni "soyqırımı" qətnaməsini qəbul etdi və türk dünyansına da mesaj göndərildi ki, "ermənilərlə mehriban olun...". Bu qədər bəsit. Görəsən, Azərbaycanın daxilində avropalaşmağın arzusunda olanlar, Qərbin zorlanmış demokratik dəyərlərini ölkəmizə idxal etmək istəyən yöndəmsizlər bu barədə nə düşünür? Söhbət Avropa Parlamentinin, Avropa Məhkəməsinin kəllə-mayallaq siyasətinə güvənən radikal müxalifətçilərdən gedir. Avropalılar düz etdimi? Düz etməyiblərsə, o zaman niyə bütün abır-həyanızı avropalılara qurban verirsiniz?
Bu azmış kimi, avropalı parlamentarilər Türkiyə dövlət başçısından tələb edirlər ki, "ermənilərdən üzr istəsin...". Mən ermənilərə təklif edirəm ki, Sarkisyanın arvadı, qızı başda olmaqla bütün erməni qadınlarını düzün və mən onlardan "üzr" istəyim. Heç kim narahat olmasın, hamısını səbrlə, təmkinlə bir-biri növbəyə düzüb, düz qabaqlarında "üzr" istəyəcəm. Buna vaxtım da çatar, gücüm də. Təki siz edin. "Azadlıq" qəzetinin Avropa Parlamentinin qondarma erməni "soyqırımı" qətnaməsini qəbul etməyini böyük sevinc hissi ilə dərc edən bu qəzetin bir arzusu da yerinə yetdi.
Rəsul Cəfərovun məhkəməsində iştirak edənlər vicdanlarını varaqlasalar görərlər ki, o özünü dolayısı ilə təqsirli bilirdi. Çünki özünü müdafiə etmək üçün əlində heç bir fakt yox idi, ona görə də susmaqla sözünü dedi. Düz 6 il 6 ay azadlıqdan məhrum edildi. Mən indi bilirəm ki, bu adam 195 min manat vəsaiti mənimsəməkdə, vəzifə səlahiyətlərini aşmaqda və vergidən yayınmada ittiham olunur. Məhkəmədə çox məsələ ortaya çıxdı, bunlar bir tərəfə. Sən demə, Rəsul müxalifətin mitinqlərinə 195 min manat pula gedirmiş. Nə vecinə, o boyda pulu evdə qoyub xımır-xımır xərcləyirmiş. Cəmi 37 manat pulun hesabatını verib. Özünün də etiraf etdiyi kimi Norveç, Niderland, ABŞ, Çexiya və sairə ölkələrdən küllü miqdarda qrantlar aldığını özü də etiraf etdi. Sübut gətirilir ki, QHT qeydiyyata alınmadan da fəaliyyət göstərərək qrantlar ala bilər. O zaman bəs bunun vergisi harda ödənir? Vergisi ödənmirsə, bəs bu boyda pullar qara pullar deyilmi?
Uşaqların diqqətini Natiq Cəfərovun məhkəmədəki replikası çəkib. Rəsula deyib ki, "Milli Şura" ABŞ-da seçkilərdə iştirak edəcəklər. Xeyli gülüblər. Zalım uşağı, pis məzələnməyib. İndi gözləyin, bir-iki günə Natiq Seymur Baycanı məhkəməyə verəcək. Çüki o deyib ki, "REAL" reallaşa bilmir.