Müsavat qaçmağa, şütüməyə qərar vermişdi. Düz 25 ildir ki, qaçırlar. Hara qaçdıqlarını özləri bilməsələr də, amma qaçırlar. Bu dəfə aprelin 19-da rəsmən qaçmaq istədilər, bu da alınmadı. İndi qərar veriblər ki, qondarma erməni "soyqırımı" ilə bağlı müzakirələr keçirsinlər. Vallah, pis deyil, keçirsinlər də. Bir var, çıldaqdan qaçan dəlilər kimi küçədə yığışıb qaçsınlar, bir də var ki, heç olmasa yalan-doğru yığışıb ağıllı bir məsələdən danışsınlar. Ruslar demişkən, "niçivo..."
Aprelin 24-də İsa Qəmbərin rəhbərlik etdiyi Milli-Strateji Düşüncə Mərkəzi "Soyqırımı yalanı və Qarabağ məsələsi" mövzusunda dəyirmi masa keçirmək niyyətindədir. Hünəri varsa, iqtidaryönlü bir jurnalist bu tədbirdə iştrak etsin. Baxmayaraq ki, bu tədbirə bütün jurnalistlər dəvətlidir. Biz bunu Rəsul Cəfərovun məhkəməsində gördük. Cəbhəçilər "SƏS", "Yeni Azərbaycan", "Kaspi" qəzetlərinin əməkdaşlarının ünvanına öz ana tərbiyələrinə uyğun ifadələr işlətdilər, təzyiq etdilər, hətta məhkəmə zalından çıxarmağa cəhd etdilər. Təsəvvür edin, bir jurnalistin üstünə 25-30 cəbhəçi və müsavatçı düşmüşdü. Allah uzaq eləsin, bunlar hakimiyyətdə olsalar, nə edərlər görəsən? Məhkəmə nəzarəçiləri müdaxilə etməsə idi, jurnalistərin gözünü də çıxarardılar.
Son bir-iki gündə baş verən olayların qısa mənzərəsi insanı dəhşətə gətirir. Ən zəhləm gedən idman növü olan futboldur. Braziliyada futbol oyunları zamanı 9 azarkeş öldürülüb. Min illərlə tarixi olan bir tayfanın sonuncu nümayəndəsi yüzdən artıq yaşı olan qadın dünyasını dəyişib. Onun dilini də heç anlamayıb. Tayfanın dilini də bilən sonuncu adam idi. Müsəlman ölkələrində vətəndaş müharibələri davam edir. Qərb ölkələrini isə Allah dağıdır, zəlzələlər, sunamilər, tornadolar... Mahiyyət etibarilə ABŞ-da bir gündə təbii fəlakətdən ölənlərin sayı ilə Suriyada bir gün ərzində öldürülənlərin sayı eynidir. "Neftçi"nin keçmiş futbolçusunu ermənilər öldürdü. Merlin Monronun öldürüldüyü təsdiqləndi. Monika Beluççi yeni ər axtardığını bəyn elədi. Papa kişilik eləmədi. Avropa Parlamenti sərsəmlədi və sairə. Bütün bu mənzərəyə diqqət edəndə, bir xətt gəlib keçir beynimizdən: "Xristianlar müsəlmanlara müharibə elan edib və qeyri baş verənlərin də səbəbkarı məhz müsəlmanlardır...".