Roma Papası ermənilərin arzusuna "hə" dedi. Avropa Parlamenti də dığaların istəyinə qarşı çıxmadı. Bir sözlə, bu gün bütün xristian dünyası Türkiyəni təkləyib. Şəxsən mən Türkiyədən daha cəsarətli bir adekvat cavab gözləyirdim. Amma necə oldu? Əhməd Davudoğlu 1915-ci ildə gorbagor olan ermənilərin qohumlarına başsağlığı verdi. Bu dolayısı ilə "soyqırımını" qəbul etmək deyilmi? Baxın, Türkiyə bir tərəfdən belə bir hadisənin olmadığını, ermənilərin sadəcə müharibədə öldürüldüklərini etiraf etsə də, bunun "soyqırımı" adlandırılmasının əleyhinə idi. Buna görə ermənilərin qarşısında heç bir məsuliyyət daşımadıqlarını bəyan edirdilər. Bəs nə üçün başsağlığı verirsiniz? Bu hadisənin baş verdiyini təsdiq etmək demək deyilmi? Şərt o deyil ki, Türkiyə rəsmi şəkildə "soyqırımını" tanısın. Məsələ ondadır ki, bu gün bütün Qərb buna "soyqırımı" dedi və Türkiyəni üzr istəməyə çağırdı. Əmin olun, Türkiyə ən pis halda bu gün ermənilərə başsağlı verdi. Dalını Allah xeyir eləsin. Guya siyasətdir bu və guya heç kim anlamaz. Açığı deyim ki, bu gün dünyada üçüncü dünya savaşı başlayıb, ölkələr arasında müharibə gedir. Türkiyə I və II Dünya müharibələrindəki kimi bu gün də öz mövqeyini düz seçməyib, düzgün fiqurun yanında deyil. I və II Dünya müharibələrinin Türkiyəyə vurduğu ziyan göz önündədir. Birinci Dünya müharibəsində Türkiyə ərazisinin 4/3-nü itirdi. Suriya, Fələsətin, Mesopotamiya (İraq) Türkiyənin əlindən uçub getdi. Var olsun, ATATÜRK! 1923-cü ildə Türkiyəni yenidən rəsmən qura bildi. Amma bu gün ATATÜRKƏ o qədər çamur atırlar ki, ermənilərə verilən başsağlığı ilə atılan bu çamurun mənbəyinin bir bulaq olduğu heç kimdə şübhə doğurmur.Hələ indi açıqlama verilir ki, ermənilər çirkli suları Araz çayı vasitəsilə axıdırlar. Bu yeni məlumat deyil ki. 2008-ci ildə Füzuli rayonunda ermənilərin postundan ta bizim posta qədər axan suyun içində nələr görmürdük ki. İynə, şpris, qan, yara qaysaqları, çirk, arası çirklə dolu bintlər, zəhərli maddələr, nəcis və sairə. Bütün bunları görürdük. Kimsə naşılıq edib bu suya əl vururdusa, cəzasını da çəkməyə hazır olmalı idi. Ya gedib 3 km uzaqda təmiz suda yuyunmalı, ya da bu çirkli suda yuyunub məhv olmalı idin. Hələ ki sağıq...Əli Kərimli facebookda kiçik oğlu Timurla şəklini paylaşıb. Qabaqlarında da buldoq iti. Lap ürəyim xarab oldu. Bu uşaq 2013-cü ilin martında anadan olub, yazıq uşaq böyüyüb yekə kişi olana qədər dədəsini müxalifətdə görəcək. Əsas məsələ budur.Yeri gəlmişkən, bi maraqlı məlumat eşitdim. Lerikdə elə bir kənd var ki, həmin kəndin 80 yaşlı sakini ömrü boyu o kənddən kənara çıxmayıb. Bircə dəfə də olsun o kəndi tərk etməyib. O kişi hələ də televizora uçan tarelka və şeytan maşını kimi baxır.