PDF Oxu

Köşə

  • 2 020

Onların yeri mitinq meydanı deyil, siyasi məzarlıqdır

Onların yeri mitinq meydanı deyil, siyasi məzarlıqdır

"Milli Şura"nın keçirmək istədiyi mitinqlərin mənaları hələ də anlaşılmaz olmaqda davam edir. Mitinqin adını "Talana son" tipli lüzumsuz şüarla "bəzəyən" AXCP sədri Əli Kərimli və onun əlaltısı Cəmil Həsənli, əslində özləri də nəyin fərqinə varıb-varmadıqlarını bilmirlər. Sadəcə, onlara, daha doğrusu, onların Qərbdəki havadarlarına mitinq lazımdır, vəssalam.

Beləliklə, 50-100 nəfər partiya üzvlərini böyük meydana toplamaqla özünü kiçik halda göstərməyin hansı nəticə verdiyini bilənlər yaxşı bilir. Və bu rüsvayçılıq əlbəttə beynəlxalq aləmə də göstərir ki, adını "müxalifətçi" qoyanların quruca adları qalıb.

Qərb siyasi dairələrinin özlərinin ölkələrində vəziyyət, necə deyərlər, "uruscadır"

Yaxşı, bəs mitinq nəyə lazımdır, əgər ona heç bir ehtiyac yoxdursa? Bunun cavabı bəsitdir. Belə ki, siyasi ictimaiyyətə yaxşı məlumdur ki, mitinq mübarizə vasitələrindən biridir. Sosial sifariş olanda, yaxud imkanlar tükənəndə, mitinqə əl atılır. Ancaq Azərbaycanda mitinq üçün heç bir sosial sifariş artıq uzun illərdir ki, yoxdur. Ona görə ki, Azərbaycanda bütün sahələri əhatə edən inkişaf getdikcə, əhalinin sosial rifah halını yaxşılaşdırır. Hansi ki, bu gün Əli Kərimliyə mitinq sifariş edən Qərb siyasi dairələrinin özlərinin ölkələrində vəziyyət, necə deyərlər, "uruscadır".

Digər tərəfdən, əgər hər hansı mübahisəli məsələlər varsa, bunun dialoq şəklində, masa ətrafında müzakirəsi mümkün olmayanda, sonuncu variant kimi mitinq taktikası seçilir. Ancaq bu gün hakimiyyətlə müxalifət dialoqa da gedir və müəyyən məsələlərdə razılıq da əldə olunur. Sadəcə, AXCP kimi partiyalar iki ayaqlarını bir başmağa dirəyib dialoqa gedən müxalifət partiyalarını xəyanətkar adlandırır. Maraqlıdır, bir neçə partiya dialoqa gedir, yerdə qalan bir-ikisi həmin partiyalara xəyanət etdiyi halda, özləri başqalarına çamur atıb, xəyanətkar dalandırırlar. Buna isə siyasi həyasızlıq deyilir.

Küçələrdən, tin-bucaqlardan, stadionlardan, məhəllə çayxanalarından yığışıb müzakirələrə, dəyirmi masalar arxasına keçməyin vaxtı çatıb

Artıq insanlar da küçə təfəkküründən, sönük mitinqlərdən bezdiyi qədər bezib. Kütləvi aksiyalar isə mübarizə alətindən kənara çıxaraq, mövcudluq simvoluna çevrilir. Ona görə də mitinqlər süni keçəndə partiyanın imicinə ziyandır. Belə sönük və qeyri-kütləvi aksiyaların keçirilməsi cəmiyyətə mənfi impuls verir. Onsuz da siyasətlə maraqlanmayan insanlar bu görüntünü görəndən sonra, tamam uzaqlaşırlar. Lakin götünən həm də budur ki, müxalifətin mitinq keçirməsi onları daha çox ifşa edir. Bununla da istər "Milli Şura" olsun, istərsə də AXCP-də baş verənlər onların özünüifşasını daha qabarıq şəkildə büruzə edir.

Necə deyərlər, artıq küçələrdən, tin-bucaqlardan, stadionlardan, məhəllə çayxanalarından yığışıb müzakirələrə, dəyirmi masalar arxasına keçməyin vaxtı çatıb. Çünki boşbiğazlığı ilə ortaya düşüb səs-küy salan "lideri" alqışlamaq kimi ənənəvi üsullar artıq heç nə vermir. Başa düşənlər bunu çoxdan başa düşüb və normal müxalifət partiyalları qismində də çıxış edir.

Ancaq qeyri-normal, düşüncəsiz təşkilatların bunu başa düşməmələri yaxşıdır. Yaxşısı budur ki, elə Əli Kərimlinin və Cəmil Həsənlinin rəhbərlik etdikləri dırnaqarası qurumlar siyasi arenadan birdəfəlik getsinlər. Onların yeri yalnız siyasi məzarlıqdır.

Digər xəbərlər