İqtidar növbəti dialoq təklifi ilə çıxş etdi. Müxalifət isə (söhbət normal müxlaifətdən gedir-R.) bu təklifi, yaxud da dəvəti müsbət qiymətləndirib, dialoqda iştirak edəcəklərini bəyan etdilər. Hətta Müsavat partiyası da dialoqda iştirak edəcəyi ilə bağlı anonsunu verdi. Düzdür, Müsavata etibar etmək olamaz. Çünki paritya rəhbərliyi təşkilat daxilində nələrin baş verdiyini heç özü də doğru-dürüst anlamır. Amma bu, onların öz işləridir. Dialoq məsələsi isə ümummilli məsələdir. Yəni Müsavat dialoqda iştirak edərsə, bəlkə çulunu sudan çıxarmağa nail ola bilər.
Lakin məsələ yalnız Müsavatla başa çatmır axı. Ortada AXCP deyilən bir bolşevik təfəkkürlü siyasi təşkilat da var ki, əslində oraya rəhbərlik edən Əli Kərimlinin bolşevizm, ya da bolşivənizm siyasəti yürütməsi məsələsi dayanıb. Yəni bilinmir ki, Əli Kərimli bolşevikdir, yoxsa ki, bolşivənçi?!
Görmüşük ki, eşşək palçığa bir dəfə batar
Bunun cavabını mətbuatda ADP sədri Sərdar Cəlaloğlu yaxşı verib. Demokratların sədrinin fikrinə görə, AXCP iqtidar-müxalitəf dialoqundan imtina etməklə sübut edir ki, bu, bir bolşevik partiyasıdır. Cəlaloğlunun hesabınca, Azərbaycanda elə qüvvələr var ki, onlar istənilən konsensusu qəbul etmirlər. Ona görə də AXCP kimi qüvvələrı dialoqa dəvət etməyin heç bir mənası yoxdur.
Amma AXCP-dən fərqli olaraq, bu gün ölkədə siyasi mədəniyyəti, müxtəlif hadisələrə kültürlü baxışı, olayları qiymətləndirmə məsələlərində tez-tələsik nəticə çıxarmayaraq, əqli siyasət ortaya qoyan partiyalar da mövcuddur. Təbii ki, siyasi mədəniyyət fonunda bu, çox lazımlı bir amildir. Amma kimə deyirsənsə de, bunu AXCP-yə, bu partiyanın sədri Əli Kərimliyə, müavinləri Fuad Qəhrəmanlıya, Həsən Kərimova, Nurəddin Məmmədliyə-zada demə! Çünki görmüşük ki, eşşək palçığa bir dəfə batar.
Təkdırnaqlı deyil, cütdırnaqlılardandırlar
Fəqət, bunlar palçığa batan təkdırnaqlı qədər də deyillər. Bir dəfə batdıqları palçığa növbəti dəfə də batırlar. Üzərləri palçıqdan qurumamış, gözətçimiz Elşad dayı demişkən, aha, bir də görürsən ki, yenə də palçığa batıblar. Ona görə də təkdırnaqlı kimi ikinci dəfə palçığa batmaq bunlara xoş deyil. Bubnlara xoş olan cütdırnaqlı öküz kimi palçığa batmaq həvəsidir. Əgər elə olmasaydı, Əli Kərimlinin müavini Nurəddin Məmmədli durub deməzdi ki, "partiya rəhbərliyini deyə bilmərəm, amma mənim şəxsi fikrimə görə iatidarla dialoqa getmək doğru olmazdı". Olmazdı-olmazdı da. Daha bu qədər şivənçilik nəyə lazımdır axı?!
Bəli, ADP sədri düz deyir da, başqa nə deməlidir axı, ömrünü-gününü müxalifətdə keçirib, müxalifət veteranı adını alan Cəlaloğlu? Bunu elə onun özü də sual edir ki, yaxşı sən - yəni Əli Kərimıi dialoqu boykot edib demokratiyanın bu prosedurunu gündəmdən çıxartmaqla necə demokratiyaya xidmət edə bilərsən?!
Həəə, bax, burada yenə də bolşevizm və bolşivənizm məsələsi gəlib dayanır düppədüz qənşərimizdə dayanır və sübut olunur ki, Əli Kərimli və onun ətrafındakı təkdırnaqlılar deyil, cütdırnaqlılar həm də əməlli-başlı bolşivənizm aşiqlərdirlər. Və o qədər buna aludə olublar ki, əğstəğfirullah, Allah belə onları yadından çıxarıb, ya da dəftərindən silib atıb o yana...