PDF Oxu

Köşə

  • 2 067

Müsavat "cırtdan"laşır

Müsavat "cırtdan"laşır

Müsavatın vəziyyəti get-gedə daha da ağırlaşmaqdadır. Hətta vəziyyət o həddə qədər gəlib çatıb ki, artıq bu partiyanın da "cırtdan" partiyalar sırasına aid olunduğunu deyə bilərik. Məhz ölkənin ən böyük müxalifət partiyası olduğunu iddia edən Müsavatın hazırkı vəziyyəti məhz budur. Necə deyələr, nəticə göz önündədir. Hətta bu gün desək ki, Müsavatın vəziyyəti müxalifətdəki digər "cırtdan" partiyaların vəziyyətindən qətiyyən fərqlənmir, bu fikrimizdə heç də yanılmarıq.

Gəlin sadəcə bil misal gətirək. Belə ki, Müsavatın sabiq başqanı İsa Qəmbər hələ başqanlıqdan getməmiş uzun müddət qurultay keçirmədi ki, bəlkə bir müddət də öz postunda qalsın. Amma sona qədər bu addımı atmaq artıq sübut edirdi ki, partiyada İsa Qəmbər avtoritarizmi mövcuddur. Guya avtorutarizmin olmamasını sübut etməkdən ötrü nəticədə İsa Qəmbər bütün rıçaqlarını əlindən verməməsi üçün saxta qurultay və saxta başqanlıq seçkiləri keçirdi. Bununla da postunu "demokratik" yollarla Arif Hacılıya - "verdi". Əslində isə yenə də pərdəarxası başqanlığını saxlamış oldu...

Rövşən Dəmirli Müsavatı xilas etmək yolunda

Daha dəqiq desək, bu gün Müsavatın yeni başqanı olan Arif Hacılı reallıqda dırnaqarası başqanlıq vəzifəsini icra edir və bunu yalnız biz iqtidar mətbuatı olaraq iddia etmirik. Bunu, eyni zamanda, partiyanın "cırtdan"laşma prosesində olduğunu deyən sabiq müsavatçılar da etiraf edirlər. Məsələn, Müsavatın Suraxanı rayon təşkilatının sabiq sədri Rövşən Dəmirli deyir ki, Müsavat partiyasının uzun müddət bundan əvvəl qarşısına qoyduğu məram və məqsəd son qurultaydan sonra kiçik bir qrupun maraqlarına xidmət etməyə yönləndirilib: "Nizamnamə və ideologiya ayaqlar altına alınaraq tapdalanır, fərqli fikir nümayiş etdirən insanlar ağına-bozuna baxmadan partiyadan xaric edilir,rəhbərliyin nəzarətində olmayan rayon təşkilatları buraxılır, partiya kiçilərək "cırtdan"laşır".

Daha bir maraqlı məqam, Müsvatın "cırtdan"laşmasının qarşısının alınması üçün Suraxanı rayon təşkilatının Ədliyyə Nazirliyinə müraciət etməsidr. Dəmirli deyib ki, partiyanı bu qaragüruhun əlindən almaq üçün başqa yolu qalmayıb.

İsa Qəmbərin növbəti düşmənləri hazırda başlarına sığal çəkdiyi Hacılı qardaşları olacaq

Nəticədə məsələ tamamilə aydındır. Məsələ ondadır ki, Müsavat bu kimi vəziyyətdən çıxış yolunu tapmaqdan ötrü, yəni "cırtdan"laşmasının qarşısını almaqdan ötrü yenidən qurultay keçirməli olacaq. Hətta həmin qurultay keçirilsə belə və hətta həmin qurultay zamanı İsa Qəmbər yenidən başqan seçilmə, belə, partiya bu vəziyyətdən çıxış yolu tapmaqda acizlik çəkəcək. Çünki bu, baş verərsə, İsa Qəmbərin növbəti düşmənləri hazırda başlarına sığal çəkdiyi Hacılı qardaşları olacaq. Bu isə heç nəyi dəyişmir. Müsavat yenə də "cırtdan"laşmaqda sürətlə irəliləyir. Ta o zamana qədər ki, kiçilərək, yox oluncaya qədər...

Digər xəbərlər