PDF Oxu

Köşə

  • 2 082

NURƏDDİN BƏY, GÜNAHKAR BIÇAQ DEYİL!

NURƏDDİN BƏY, GÜNAHKAR BIÇAQ DEYİL!

AXCP sədrinin müavini Nurəddin Məmmədli ilə telefon əlaqəsi saxladıığıma görə bəlkə də çoxları fikirləşəcək ki, "peşman oldum". Əstəğfürullah və haşa! Heç də peşman-filan olmadım. Olmadım ona görə ki, onların iç üzlərini növbəti dəfə kəşf etdim. Yəni bir daha Əli Kərimli başda olmaqla, onun müavininin əqidəsizliyinin, dövlət, xalq, millət adı altındakı süni var-gəllərinin yüzüncü, bəlkə də mininci dəfə şahidinə çevrildim. Hətta onu da bildik ki, hakimiyyətin apardığı uğurlu siyasəti "çirkin siyasət" adlandıran "pambıq bəyləri" deyilən kəslər nəyə görə bizimlə belə ifadələr işlətdi. Məsələn, Nurəddin Məmmədlidən bir məsələ barədə öyrənmək istədik və ona sual ünvanladıq. Sanki Nurəddin Məmmədlinin başına iki qazanda qaynar su tökdülər, onun da arxasınca həmin qazanda buzlu su əndərdilər. Onun ilk cümləsi bu oldu : "Sən hara, mən hara, "SƏS" hara, "Azadlıq" hara"?! Bəri başdan deyin ki, görün Nurəddin Məmmədli kərimovçuluq xəstəliyinə nə təhər düçar olubsa, özünü az qala tanrı hesab edir. Hətta tanrıdan da üstün hesab edir. Çünki onun bütü, daş tanrısı Əli Kərimlidir. Biz Əli Kərimlini tənqid etdikcə, elə bil Nurəddin Məmmədlinin tanrısına küfr edirmişik. Onun jurnalistə, özü də xanım jurnalistə olan münasibəti də məhz bu amili ehtiva edir. Lakin düz deyirsən, ay Nurəddin Məmmədli. Çünki bizim qəzet real fakta əsaslanaraq tam şəffaf istiqamətdə fəaliyyət göstərir və "Azadlıq" kimi ona-bunu şantaj edib, böhtan ataraq, özünü söydürmür. Əli Kərimli kimi xəyanətkarın sifarişini həyata keçirmir, erməni lobbisinin pulu ilə gün işığına çıxmır. "SƏS" isə Mirzə Ələkbər Sabirin "Molla Nəsrəddin" haqqında dediyi kimi "düzü düz, əyrini əyri" yazır. Sizlər isə, Azərbaycanda aparılan uğurlu, düzgün siyasətə qarayaxmalar yayır, böhtalar atır, hansısa beynəlxalq səviyyəli bir tədbirə ev sahibliyi ediriksə, həmin ərəfədə bəzi xarici təşkilatlarla əlbir olub ölkəmizə qarşı "qara piar" kampaniyası aparırsınız. Bunun dəfələrlə şahidi olmuşuq. Bir də ona görə ki, "tanrınız" Əli Kərimli və onun bütpərəst ətrafı siyasət amilində çirkin tiplərdir və siyasətə çirkinliyi də sizlərin ucuz, sərsəm varlığı gətirir. Necə deyərlər, günahkar bıçaq deyil, onu pis məqsədlə istifadə edəndir.

Azərbaycanlı olmaq şərəfini hər adam öz üzərində daşıya bilmir!

Nurəddin Məmmədli "SƏS" qəzetinin iqtidarın mətbuat orqanı olduğu üçün ona açıqlama verməkdən boyun qaçırır. Amma unudur ki, yatanda da "demokratiya", "söz azadlığı" kimi ifadələri dilində döyənək edən bunlar həmin addımları ilə real demokratik dəyərləri pozmuş olurlar. Adi bir sual verək: cənab Nurəddin "bəy", siz bu qədər demokrartiya aşiqi və əzabkeşisinizsə, niyə "SƏS"ə açıqlama verməkdən qaçdınız?!

Bu gün kimsəyə sirr deyil ki, dağılmış, sıradan çıxmış AXCP adlı qurumun sui-qəsdçi sədri Əli Kərimli hələ də pislik əməllərini davam etdirməklə çirkinlik mahiyyətini ortaya qoumaqda davam edir. Ancaq bütün bunlara rəğmən, Əli Kərimli "mübarizəsini" düşmənçilik, anti-dövlətçilik və həyasızlıq formasında aparmaqla özünü tamamən bitirib, sonunu çatdırıb. Hətta elə hesab edir ki, ölkədə siyasi dialoq, bu istiqamətdə müzakirələr başlayarsa, o, bütün bu proseslərdən kənarda qalacaq və nəticədə olan-qalanını da itirəcək.

Lakin məsələ yalnız bunda deyil. Əgər bu gün iqtidarla dialoqa getməkdən çəkinərək, erməni lobbisinin buraxdığı pulları onlara tulapayı kimi atan xarici qüvvələrin istənilən çağırışlarına və görüşlərinə dərhal qatılan Əli Kərimli, əslində, həm də azərbaycanlı olmamaq üçün əlindən gələni edir. Ancaq öz aramızdır, Əli Kərimli kimi "azərbaycanlı" olmaqdansa, olmamaq yaxşıdır. Elə erməni mövqeyindən çıxış edərək, Nnurəddin Məmmədlikimilərin üzərində bəylik etməsi daha yaxşıdır. Çünki azərbaycanlı olmaq şərəfini hər adam öz üzərində daşıya bilmir! Daşıya biləməyənlər isə məhz Əli Kərimli və onun axecepeçiləridir!

Çirkabın ən böyüyü və təmizlənə bilinməyəcəyi...

Bu tip, əslində, öz günahları ucbatından siyasi proseslərdən kənarda qaldığı üçün hər zaman dialoq planını pozmağa çalışıb və baxır ki, yanlış siyasəti üzündən proseslərdən kənarda qalır, bu üzdən çalışır ki, ölkədə "zopa siyasəti" olsun, sular durulmasın. Çünki bu şəraitdə Əli Kərimli xaricdən pullar qopara bilir, ən müxtəlif oyunbazlıqlarla mövcudluğunu qoruyur. Əli Kərimli "uca xalqım" kimi pafoslu ifadələri ilə faktiki olaraq bu xalqa ən böyük pisliyi, xəyanəti edir, ən pis çirkabı yaxmağa çalışır. Çünki özü çirkabın ən böyüyü və təmizlənə bilinməyəcəyidir. Ona görə də mən Nurəddin Məmmədlini qınamıram, nə etsin, xəstədir...Elə isə Allah şəfasını versin!

Digər xəbərlər