PDF Oxu

Köşə

  • 1 937

"İdmana siyasi alət kimi yanaşmamalıyıq..."

"İdmana siyasi alət kimi yanaşmamalıyıq..."

Bakının ilk Avropa Oyunlarına hazırlıqları demək olar ki, bitib. Bu möhtəşəm oyunlara ev sahibliyi edəcəyimizə sayılı günlər qalıb. Lakin bəzi qüvvələr adımıza ləkə gətirmək üçün əllərindən gələni edirlər.

Avropa Oyunları haqqında mənfi yazanlar ermənilərdən heç nə ilə fərqlənmirlər. Bəziləri sanki unudurlar ki, bu oyunlar onların öz doğma vətənində - Azərbaycanda keçiriləcəkdir və bu bizim xalq üçün yalnız qürur mənbəyi ola bilər. Azərbaycanın belə oyunlara ev sahibliyi etməsi, artıq sözümüzün dünya ictimaiyyətinə çatdırmamısının baris nümunəsidir. Lakin görünən odur ki, bəzilərimiz hələ də vətəndaş sözünün nə olduğunu başa düşməyiblər.

19 may hadisəsi və bu faciəni Azərbaycana yaşadanlara isə söz belə tapmaq olmur. Bəli, xalq faciə yaşadı. Lakin bu faciədə Azərbaycanı pisləmək, ona qarşı qara piar aparmaq hansı məntiqə sığar? Azərbaycan bir gündə Azərbaycan olmayıb. Xalqımız bir çox çətinliklərdən keçib. Bizim bu gün sözümüz və gücümüz bir olmaqdansa durub öz dövlətimizin adına ləkə gətirməməliyik. Avropa Oyunları ilə bağlı Bakıya qarşı qərəzli aparılan qara PR başa düşmək olar. Bu oyunlar Bakı üçün olduqca önəm daşıyır. Çünki Bakını artıq bütün dünya tanıyacaq və bu fakt biz vətəndaşlar üçün yalnız müsbətdir.

Xarici qüvvələrin Azərbaycana qarşı apardığı təxribat artıq özünü doğrulda bilmədi. Buna sübut bizim gənclər tərəfindən Azərbaycanın adını qorumaq üçün sosial şəbəkələrdə lazımi cavabların verilməsidir. Bu gün informasiya müharibəsində Azərbaycan heç kimdən geridə qalmır və bu onu deməyə imkan verir ki, biz sürətlə inkişaf etmişik. Bizim haqqımızda qərəzli kampaniya aparan istənilən şəxs bilməlidir ki, onun qarşısında olduqca güclü xalq dayanır.

Müxalif yönlü olmaq olar, lakin müxalif yönlü olub vətəni satmaq olmaz! Bəlkə də ilk dəfə baş tutacaq Avropa Oyunlarının məhz müsəlman ölkəsində keçirildiyini bəzi dairələrin həzm edə bilməməsindən qaynaqlanan bu qara piar, əslində islamofob yanaşmanın bir təzahürüdür.

Bu gün Azərbaycan həm də dünya miqyasında idman ölkəsi kimi tanınmaqda və Azərbaycanda idmanın inkişafı mütəmadi səciyyə daşımaqdadır. Azərbaycan Avropa Oyunlarına hazırlıqların öhdəsindən cəmi 3 il ərzində gəlib. Baxmayaraq ki, bir çox dövlətlərə daha çox müddət lazım olur, Azərbaycan qısa müddət ərzində ilk Avropa Oyunlarına uğurla ev sahibliyi edəcək. Bəzi dairələr idmana siyasi don geyindirərək, siyasi alət kimi yanaşırlar. Əslində bu, düzgün deyil. Hər bir xalq üçün idman böyük əhəmiyyət daşıyır və Azərbaycan idman sahəsinə yetərincə diqqət yetirir.

Müxtəlif dairələr ölkəmizə qarşı həqiqətdən uzaq ittihamlar səsləndirməkdənsə, Azərbaycanın uğuruna sevinməlidirlər. Çünki heç bir güc Azərbaycanın lazımi səviyyədə bu oyunları keçirməsinə mane ola bilməz. Unutmamalıyıq ki, eyni adamlar "Eurovision" yarışması ərəfəsində də bu cür qara piar aparırdılar və nəticə etibariylə heç bir şey qazanmadılar. Azərbaycan yetərincə özünü təqdim etməyi bacarmışdı. Bu gün də yaranan vəziyyət onu göstərir ki, bizə qarşı qara piar aparanların bütün səyləri nəticəsiz qalacaq.

Azərbaycan hər zaman olduğu kimi ilk Avropa Oyunlarına da uğurla ev sahibliyi edəcək.

Türkan Nadirqızı

Digər xəbərlər