PDF Oxu

Köşə

  • 2 154

Tüpürülən partiya

Tüpürülən partiya

1990-cı illərdə AXCP-dən istefa verənlər müəyyən qədər abırlarına qısılırdılar, yüngül bəyanat verməklə partiyadaşlarını tərk edirdilər. Ortada Elçibəy də var idi axı. Əsrin birinci önilliyində cəbhəçilər həm Elçibəydən narahatlıqlarını dilə gətirirdilər, həm də Əli Kərimlinin daş altında olanlarının hamısını qəzet səhifələrinə düzürdülər. Bu gün isə cəbhəçilərin istefa mədəniyyəti buğaya gedən inəyin hərəkətlərindən heç nə ilə fərqlənmir. İndi Elçibəyi də söyürlər, Əli Kərimlini də. Özlərinə "tarixi lider" elan etdikləri Məmməd Əmin Rəsulzadənin də bu sıraya qoşulmağına çox qalmayıb. Azğın qrupdan nə düşünsək, onu da görəcəyik.

Cəbhəçi Ülkər Kazımova "tüpürüm sizin partiyanıza" deməklə heç də haqsızlıq görmədi, nə də heç kimin verdiyi çörəyi ayaqları altına atmadı. Sadəcə "qadın hara AXCP hara"? İndi görün Ülkəri hansı həddə çatdırıblar ki, mətbuat səhifələrində öz tüpürcəyini Ə.Kərimlinin üzünə yaxmağı rəva bildi. AXCP elə əvvəldən qadın saçyoldularının ən maraqlı nüanslarını özündə daşıyıb. 90-cı illərdə AXCP-də kollektiv şəkildə cəbhəçilər tərəfindən zorlanan qadınları susdurmağa o vaxt az-maz gücləri var idi. İndi öz qadınlarını belə susdura bilmirlər. Kəmalə Bənənyarlı təcrübəsi sübut elədi ki, cəbhədə hələ də "seksual maraqlar siyasi mübarizəni üstələyir". 25 il müxalifətdə olasan, bütün günü "Azadlığ"ın iyli səhifələrində baş girələyəsən, gününü 1 manatlıq çayla göy əskiyə bükəsən, amma belə bir qadına baxmayasan, bax, bu, çətin olar.

Tutaq ki, biz səhv deyirik. O zaman özünüz aydınlıq gətirin görək, nə üçün AXCP-yə üz tutan gənclərin 90 faizi potensial geylərdir? Və ya nəyə görə bütün müxalifətçi ateistlər AXCP-yə üzv tutub? İsa Qəmbər Müsavatda birici amili boğmaq üçün az-maz çaba göstərirdi, ancaq Ə.Kərimlinin çabası bütün geyləri AXCP-yə yığmaq idi. Yəqin yazığın fikri ABŞ siyasətinə gedib. ABŞ-da geylərin, qaradərililərin səsini qazanmaq üçün namizədlər bütün vasitələrdən istifadə edirlər, yaxşı vədlər verirlər. Amma onları partiyada "funksioer"ə çevirməyə cəhd etmirlər. Məsələn, ermənilərin səsini qazanmaq üçün Fransada bu bədbəxtlərə xüsusi güzəştlər edirlər, hətta 100 ilin tarixini "soyqırımı" adı altında dəyişməkdən də çəkinmirlər. Ay Ə.Kərimli, amma bu, sən deyəndən deyil e, bu, başqa şeydir. Nə özünü aldat, nə də başqalarını.

Vaxtınız olsa Müsavata da məsləhət verin. Müsavat deyir ki, payızda, seçki vaxtı mitinqlər keçirəcəyik. O zaman "seçkidən-seçkiyə pırtlayıb xalqdan səs dilənən xəstələrsiniz" deyəndə niyə xoşunuza gəlmir? Sizin varlığınızı seçkimi bəlirləyir?

P.S. İsa Qəmbər oğluna toy tutub. Toy eləyib başqa şeydir. Qısa zamandan sonra görəcəksiniz.

Digər xəbərlər