PDF Oxu

Köşə

  • 2 153

Əslində, necədir?

Əslində, necədir?

Gülünc müqayisə

İsa Qəmbərin son açıqlaması insanın ölmüş və yalnız kədərə hesablanmış hüceyrələrini belə gülməyə məcbur edir. "Bəy" Müsavatı Türkiyənin CHP-si ilə müqayisə edir. Etsin, lakin CHP-nin bir şəhərdə olan üzvlərinin sayı Müsavatın bütün dünyada olan üzvlərinin və tərəfdarlarının sayından min dəfələrlə çox deyilmi? Ona görə yox ki, Türkiyənin əhalisi 80 milyona yaxındır. CHP-yə Mustafa Kamal Atatürk, İsmət İnöni, Bülent Ecevit, Dəniz Baykal kimi insanlar rəhbərlik edib. Bu gün də Kamal Kılıçdaroğlu əsl müxalifətçiliyi ilə seçilir. Bəs sizin kiminiz var? Əgər Məhəmməd Əmin Rəsulzadəni deyirsinizsə, axı bir nəfərlə iş bitmir. Müsavat bu gün də narkoman avaralar kimi ley-pey arenasına çevrilib. Bir kişi tapılmır ki, Müsavatı partiya görkəminə salsın. Köhnə kənd məktəblərinin təsərrüfat müdirlərini xatırladan Gülağa Aslanlımı Müsavatı dirçəldəcək?

İdman paxıllığı

Ermənistanı və bəzi Qərb dövlətlərinin Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları ilə bağlı qərəzli mövqeyini başa düşdük. Düşmən elə düşməndir. Bəs sizlərə nə olub, ay AXCP və Müsavat!? Sizə elə gəlmirmi ki, düqşmənlə ortaq mövqedən çıxış edirsiniz? Lap tutaq ki, nəyisə düz deyirsiniz, o zamana belə çıxır ki, düşmənlərimiz də düz deyir və bizim yaxşılığımızı istəyir? Bu qədər absurd mövqe olarmı? Yunanıstanla Azərbaycanı müqayisə etmək hansı məntiq və ağıl sahibi olduğunuz isbatlamış oldu. İndi də Aydın Doğanın "izi"nə düşmüsüz. "İŞİD" bayraqlarından bir xeyir gəlmədimi?

Mitinq reallığı

Yusif Bağırzadə yalan söyləmir, düzgün vurğulayır ki, qeydiyyatı olmayan qurumun meriyaya mitinqlə bağlı müraciət etməyə haqqı yoxdur. Ay Yusif müəllim, onların çox şeyə haqqı yoxdur, amma nə olsun! Eybi yox, keçirsinlər, onsuz da özlərindən başqa heç nə olmur. "Məhsul" stadionunun ətrafındakı binalarda yaşayan uşaqların balkondan baxıb "ay ata, yenə bir topa başdanxarab yığışıb bura" deməsi bəlkə də onlara verilən ən düzgün qiymətdir.

Digər xəbərlər